Fərqət Tuxtamışev
Fərqət Şərəfullayeviç Tuxtamışev — 20 yanvar şəhidi.
Fərqət Tuxtamışev | |
---|---|
Fərqət Şərəfullayeviç Tuxtamışev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Azərbaycan SSR |
Milliyyəti | Tatar |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Həyatı
1958-ci il oktyabrın 29-da Bakıda anadan olub. Milliyyətcə tatardır. Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər işləmişdir. Subay idi. 19-dan 20-sinə keçən gecə iş yoldaşları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər silahsız piketçilərə divan tutan vaxt başından yaralanıb. Əsgərlərin insaflıları bir neçə yaralı ilə birlikdə Fərqəti də Salyan qazarmasının içərisindəki həkim məntəqəsinə aparmışlar (Bunu mərhumun iş yoldaşları görmüşdülər). Yanvarın 20-dən başlayaraq Fərqətin valideynləri onu axtarmağa başlamış, lakin şəhərin heç bir xəstəxanasından tapa bilməmişlər. Salyan qazarmasının həkim məntəqəsində Fərqət qeydiyyatdan keçirilməmişdi. Növbətçi həkim şəhidin şəklini tanımış, onun hərbi qospitalın ölüxanasına göndərildiyini bildirmişdir. Yanvarın 24-də Semaşko adına xəstəxananın ölüxanasına gətirilmişdir.
Valideynləri yanvarın 26-da şəhidin burada olduğundan xəbər tutmuş, bir gün sonra Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ünvan
Bu ünvanda yaşamışdır: Bakı, Həsənoğlu küçəsi, ev 12a, mənzil 81.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.