Fərmanfərma

Fərmanfərma (fars. فرمانفرما , hərf.əmr verən) — SəfəviQacar dövlətlərində üç fərqli məna daşıyan titul.[1]

  1. Səfəvi şahları və onların məmurları Avropa monarxlarına müraciət etmək üçün ümumi bir üsul kimi fərmanfərmadan (bəzən fərmanrəva və fərmandə ilə əvəz olunurdu) istifadə edirdilər.
  2. Görkəmli valilər üçün fərmanfərma onlara müraciət forması kimi, həmçinin əlavə olaraq hökmran və vəli istifadə olunurdu. Məsələn, XIX əsrin sonlarında Qacar şahzadələri Müzəffərəddin mirzə, Sultan Məsud mirzə Qovanlı-QacarFərhad mirzə müvafiq olaraq Azərbaycan, İsfahan və indiki Fars ostanının fərmanfərması, hokmran və vəliləri adlanırdı.[1]
  3. Beş şahzadə və bir tayfa xanı şəxsi titulu kimi fərmanfərma alırdı. Sultan Məsud mirzə Qovanlı-Qacarbu ənənəni 1797-ci ildə Fars valiliyinə təyin olunduqdan sonra oğlu Hüseynəli Mirzəyə titulu verməsi ilə başlamışdır.[1]

Mənbə

İstinadlar

Ədəbiyyat

  • Ashraf, Ahmad (2020). "Farmānfarmā". In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.