Fərman Şəkili
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi.
Fərman Şəkili | |
---|---|
Fərman Abdulcabbar oğlu Abdullayev | |
Doğum tarixi | 4 noyabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 2013 (58 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Uşağı | |
Fəaliyyəti | aktyor, rejissor, ssenarist |
IMDb | ID0008305 |
Həyatı
Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur[1].
Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.[2].
Filmoqrafiya
- Aşkarsızlıq şəraitində… (film, 1986)
- Boş yer (film, 1989)
- Zirzəmi (film, 1990)
- "Fransız" (film, 1995)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- Yarımştat (film, 1996)
- Min birinci söz (film, 1997)
- Otel otağı (film, 1998)
- Sarı gəlin (film, 1998)
- Mişovul ovu (film, 2001)
- Bir anın həqiqəti (film, 2003)
- Yalan (film, 2005)
- Günaydın, mələyim! (film, 2008)
- Komediya səhnəsi (veriliş, 2009)
- İstanbul reysi (film, 2010)
İstinadlar
- "Fərman Şəkili son nəfəsində nə demişdi?". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
- "Tanınmış aktyor Fərman Şəkili vəfat edib". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.