Fərid Əliyev küçəsi

Fərid Əliyev küçəsiAzərbaycanın paytaxtı Bakı şəhərində, Səbail rayonunda, İçərişəhərdə küçə.

Fərid Əliyev küçəsi
Ümumi məlumatlar
Ölkə
Rayon Səbail
İçərişəhər küçələrinin xəritəsi: 1 — Böyük Qala, 2 — Kiçik Qala, 3 — Asəf Zeynallı, 4 — Qala, 5 — Hərb, 6 — Həqiqət Rzayeva, 7 — Vəli Məmmədov, 8 — Fərid Əliyev, 9 — İlyas Əfəndiyev, 10 — Mirzə Şəfi küçəsi, 11 — Telman Bağırov, 12 — Sabir, 13 — Firdovsi küçəsi, 14 — Müslim Maqomayev, 15 — Mirzə Mansur, 16 — Neftçilər, 17 — Əziz Əliyev, 18 — Səftər Quliyev, 19 — Qazı Məhəmməd , 20 — Vaqif Mustafazadə.

Küçə 2023-cü ilə qədər Qəsr adlanıb.

Tarixi

2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ zamanı küçənin bəzi tikililərinə, xüsusilə 16 nömrəli yaşayış binasına ciddi ziyan dəymişdir.[1] Zəlzələ zamanı dağılmış bəzi evlərin divarlarında erkən orta əsrlərə aid pullar aşkar olunmuşdur.

2023-cü ildə küçəyə şəhid Fərid Əliyevin adı verildi. 11 aprel 2023 tarixində küçənin açılış mərasimi keçirildi.[2]

Əsas tikililər

Saray hamamının qalıqları.

Küçənin şimal hissəsində Şirvanşahlar sarayının hamam kompleksi yerləşir.

Görməli yerləri

Hacı Heybət məscidi (1791, arxitektor Hacı Heybət Əmiralı oğlu)

Bakı miniatür kitab muzeyi[3]

32 nömrəli yaşayış binası - (XVIII əsr)

F.Əliyev küçəsinin Şirvanşahlar sarayına bitişik ərazisində yeddi "armudu" stəkandan ibarət İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir.[4]

İstinadlar

  1. В ноябре 2000 года после произошедшего в Баку сильного землетрясения на месте развалившихся в крепости домов были обнаружены монеты раннего средневековья.
  2. "İçərişəhərdə küçəyə Vətən müharibəsi şəhidinin adı verildi". ORDU.AZ (az.). 11.04.2023. 2023-04-11 tarixində arxivləşdirilib.
  3. "Бакинский музей миниатюрных книг". 2016-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-06.
  4. "Семь красавиц «армуды»". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.