Fərid Əhmədov
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən),[1] Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini (2022–2024),[2] Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022),[3] Azərbaycan Universitetinin rektoru (2015–2017),[4] BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Fərid Əhmədov | |
---|---|
Vəzifədədir | |
27 fevral 2024-cü ildən | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Azər Cəfərov (müvəqqəti) |
24 may 2022 – 27 fevral 2024 | |
Nazir | Rəşad Nəbiyev |
Azərbaycan Universitetinin rektoru | |
2015 – 2017 | |
Əvvəlki | Eldar Qəhrəmanov |
Sonrakı | Səadət Əliyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyul 1979 (44 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır.
2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili almışdır.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Ailəsi
Ailəlidir, üç övladı var.
Fəaliyyəti
Elmi-pedaqoji fəaliyyəti
2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi "ADA" Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Əmək fəaliyyəti
Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət" hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərmişdir.
2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2007–2008-ci illərdə "LegCon Group" hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirmiş, 2014-cü ildə "BM Morrison Partners" hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışmışdır.
2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsində çalışmışdır.
27 fevral 2024-cü ildə Ədliyyə naziri vəzifəsinə təyin olunmuşdur.[1]
Həmçinin bax
İstinadlar
- F. T. Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- "F.T.Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 24.05.2022. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2022.
- "Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib". apa.az (az.). Azəri Press Agentliyi. 12 mart 2021. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.
- "Fərid Əhmədov vəzifədən getdi – Yerinə qadın təyin edildi". qafqazinfo.az (az.). 13 mart 2017. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.