Fərid Şəfiyev

Fərid Rauf oğlu Şəfiyev (21 iyul 1969, Bakı) — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri.[1] Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri.[2]

Fərid Şəfiyev
Doğum tarixi 21 iyul 1969(1969-07-21) (54 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

Həyatı

Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur[3].

Təhsili

1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır[3].

2002–2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib[3].

2009–2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb[3].

Karyerası

1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir[3].

1998–2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır[3].

22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir[2].

2009[4]–2014-cü[5] illərdə Azərbaycanın Kanadada, 2014–2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub[3].

26 may 2011-ci ildən[6] 9 iyul 2014-cü ilədək[5] Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur.

İstinadlar

  1. F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. president.az, 19.02.2019  (az.)
  2. "F.R.Şəfiyevə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilməsi haqqında" Arxivləşdirilib 2019-04-08 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli, 293 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  3. Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur Arxivləşdirilib 2019-07-31 at the Wayback Machine. qafqazinfo.az, 19.02.2019  (az.)
  4. "F.R.Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Arxivləşdirilib 2021-02-10 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli, 294 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  5. "F.R.Şəfiyevin Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2014-cü il tarixli, 632 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  6. "Azərbaycan Respublikasının Kanadada Fövqəladə və Səlahiyyətli Səfiri F.R.Şəfiyevin eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında Daimi nümayəndəsi təyin edilməsi haqqında" Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 26 may 2011-ci il tarixli, 1532 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.