Fəridə Vəlixanova

Fəridə Vəlixanova (tam adı:Fəridə Ağaəli qızı Vəlixanova; ) 21 oktyabr 1935 — 3 sentyabr 2023 - Bakı

Fəridə Vəlixanova
Fəridə Ağaəli qızı Vəlixanova
Doğum tarixi 21 oktyabr 1935(1935-10-21)[1]
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 5 sentyabr 2023(2023-09-05)[2] (87 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Ağaəli Vəlixanov
Milliyyəti azərbaycanlı
Təhsili M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Tanınır ədəbiyyatşünas, tənqidçi, professor (1984)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2005
Üzvlüyü

Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), əməkdar elm xadimi (2005).[3] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005)

Həyatı

Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Fəaliyyəti

Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib.

Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub.

Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir. O, 1983-cü ildən xarici dillərdə çıxan filologiya, incəsənət referativ jurnalının elmi katibidir. Eyni zamanda 1986-cı ildə Moskva alimlər qrupu tərkibində Yuqoslaviya, Azərbaycan rəsmi nümayəndə heyəti tərkibində İtaliyada, Tunisdə, Əlcəzairdə, 1988-ci ildə Macarıstanda rəsmi səfərdə olub.

Mükafatları

  • 14.12.2005 — "Azərbaycan Respublikasının Əməkdar elm xadimi"
  • 03.11.2015 — "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü"

Əsərləri

  • "Azərbaycan ədəbiyyatının beynəlmiləl üfüqləri" (1986)
  • "Səməd Vurğun tərcüməçi dostları arasında" (1986)
  • "Tərcümə sənəti" (1990)
  • "Azərbaycan tərcümə tarixi" (1994)
  • "Azərbaycanın rusdilli nəsri" (1999)
  • "Təkrarolunmaz milli ədəbiyyatların dialoqu"
  • "XX əsr və rusdilli ədəbiyyatlar" (2005)
  • "Veymarlı dahi Şərqdə" (İ. V. Höte "Qərb-Şərq" divanında) (2009)

İstinadlar

  1. http://az.baku-art.com/az/emekdar-elm-xadimi-ferid-v-lixanovanin-dogum-gun-d-r.
  2. https://oxu.az/society/773071.
  3. Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.