Fərhad bəy Məlik-Aslanov

Fərhad bəy Məlik Aslan oğlu Məlik-Aslanov (1805, Tuğ1889, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar.

Fərhad bəy Məlik-Aslanov
Fərhad bəy Məlik Aslan оğlu Məlik-Aslanov
Doğum tarixi 1805
Doğum yeri Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı
Vəfat tarixi 1889
Vəfat yeri Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Uşaqları

Mehdi bəy, Cəfər Qulu bəy, Aslan bəy, Sadıq bəy, Səlim bəy,

Maytaban xanım, Nobat xanım
Atası Məlik Aslan
Anası Xatay xanım
Fəaliyyəti hərbi qulluqçu

Həyatı

● Fərhad bəy Məlik Aslan oğlu 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib.

● Qarabağ atlı alayında xidmət edib. Praporşik rütbəsi vardı.

● Fərhad bəy igidliyinə görə 1830-cu ildə mayın 11-də praporşik rütbəsi və 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni alıb. Fərhad bəy rus şairi Puşkinlə görüşmüşdü.

● Fərhad bəy Məkkə-müəzzəmi ziyarət edib, şərəfli hacı ünvanını daşıyıb.

● Hacı Fərhad bəy şair idi. Dövrünün şairləri ilə yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi. Onların ilişkiləri haqqında Qasım bəy Zakir Məhəmməd bəy Aşiqə yazırdı:

Biri piri kamil, ikisi sadə,
Oynaş olmaz üçdən, dörddən ziyadə.
Tapşırıb qabağın Şirin Fərhadə,
Bəlkə fürsət ola geridən sana.

Cəfərqulu xan Nəva da Aşıq Pərini Hacı Fərhad bəyə qısqanırdı. O, Aşıq Pəriyə ünvanladığı qoşqusunda yazırdı:

Lənət gəlsin Fərhadın imanına,
Salıb Şirin kimi səni yanına,
Salacaqsan pomoşnikin canına,
Görəcəksən bişübhə vəlvələ sən.
 
Məhəmməd bəy Aşiq Hacı Fərhad bəyi Aşıq Pərinin gözündən salmaq üçün çox çaba xərcləyib. Təxmislərinin birində yazırdı:

Çün sənin qədrini Fərhad ilə Şirin bilməz,
Mirzəcan bilsə də, yüzdən birin bilməz…

Məhəmməd bəy Aşiq qoşmalarının birində yazırdı:

Hər kəs ki, yolunda çəkdi çox cəfa,
Bir gün vüsalından görmədi səfa,
Nə dilin var ey Pəriyi-bivəfa,
Fərhadi-şirinər Məlik Aslana…

Aşiq digər bir qoşmasında Hacı Fərhad bəyi Aşıq Pərinin gözündən salmaq üçün baltanı kökündən vururdu:

Dizaq mahalının Fərhadı olub,
Xosrovu Şirinin fəsadı olub,
Hiylə bazarının ustadı olub,
Nə deyəsən bu sevdayə, sevdiyim…

Ailəsi

● Həyat yoldaşı: Xatay xanım

● Övladları: Mehdi bəy(1839-?), Cəfər Qulu bəy(1847-?), Aslan bəy(1853-?), Sadıx bəy(1855-?), Səlim bəy(1860-?), Maytaban xanım, Nobat xanım

İstinadlar

● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA). F.24.Op.1.D.142.

● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA). F.290.Op.23.D.15402.

● Məlik-Aslanovların soyağacı haqqında, N.A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 23-25 ISBN 5-86871-204-4

● Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, E.E.İsmaylov Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh: 163-169

● Ənvər Çingizoğlu. Məlik Yeqan və onun törəmələri. "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.

Həmçinin bax

Məlik-Aslanovlar

● Məlik-Aslanovlar[+]

Qarabağ atlı alayı

Tuğ

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.