Fərhad Qaraşov

Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin[2] Müşahidə Şurasının sədri,[3] Azərbaycan Nar İstehsalçıları və İxracatçıları AssosiasiyasınınKiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri,[4][5] iqtisad üzrə fəlsəfə doktoru, "Made in Azerbaijan" məhsulu olan "Originar" brendinin yaradıcısıdır.[6][7]

Fərhad Qaraşov
Doğum tarixi 12 dekabr 1986(1986-12-12) (37 yaş)
Doğum yeri
Uşağı 2
Atası Arif Qaraşov[d]
Anası Rəmziyyə Qaraşova[d]
Təhsili
Fəaliyyəti ictimai xadim, investor, yaradıcı, iqtisadçı, sahibkar, iş adamı
Elmi dərəcələri
  • iqtisad üzrə fəlsəfə doktoru[d][1]
Mükafatları "Tərəqqi" medalı
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur.

1992–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007–2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir.

2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur.

2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.

2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır.

2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.

2017-ci ildə "Kapital Bank" ASC-nin Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı sədri, daha sonra YAP Nəsimi təşkilatının Gənclər birliyinin sədr müavini seçilmişdir.

2009–2017-ci illər arasında "Kapital Bank" ASC-nin müxtəlif filiallarında müdir müvini və müdir vəzifələrində işləmişdir.

Ailəlidir. İki övladı var.

Milli Qəhrəman Aqil Quliyevin bacısı oğludur.

İctimai fəaliyyəti

Prezident İlham Əliyevlə sərgidə görüşərkən, (16 may 2018)[8]

2017-ci ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri seçilmişdir.

2018-ci ilin iyul ayında "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"-nin Müşahidə Şurasının və noyabr ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri seçilmişdir.[9]

2019-cu ilin iyul ayında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib.

2021-ci ilin avqust ayında İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdə səs vermə yolu ilə üzv seçilmişdir.[10]

2021-ci ilin noyabr ayında "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında Statistik Şuraya üzv təyin olunmuşdur.[11]

Elmi və yaradıcı fəaliyyəti

2012–2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri" mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.[12]

Kənd təsərrüfatı məhsulları arasında ən sevimli meyvələrdən birinin, "Made in Azerbaijan" brendi olan Originarın[13] yəni nar markasının yaradıcısıdır.

Soyağacı

  • Milli qəhrəman Aqil Quliyevin bacısı oğludur.
  • Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş sədri Arif Qaraşovun oğludur.

Mükafatları

  • 3 iyun 2019-cu ildə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim olunan "Tərəqqi" medalına layiq görülüb.[14]
  • İSNİ 2019 — Fərhad Qaraşova beynəlxalq səviyyəli sertifikat təqdim olundu.

İstinadlar

  1. https://elibrary.ru/item.asp?id=21691437.
  2. "xxi əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi". 21century.edu.az. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  3. "İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında". www.meclis.gov.az.
  4. ""Azərbaycan Respublikası Kiçik və Orta Müəssisələrə Kömək Mərkəzi İctimai Şurasının sədri"". www.smb.gov.az. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  5. "Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri "Yaradıcı sənayelərdə problemlər və biznes imkanları"". copat.gov.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  6. "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının növbəti iclası". Azpromo.az. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  7. "Azərbaycan narının brendi yaradılır". www.Azerbaijan-news.az. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  8. "İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub". President.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  9. "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura (FOTO)". Trend.Az. 29 noy 2018. 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  10. "İqtisadiyyat Nazirliyi yanında İctimai şura". economy.gov.az. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
  11. ""Əli Əsədov" qərar imzaladı". qafqazinfo.az. 19 noy 2021. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
  12. "İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi - Dissertasiya". 2019-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  13. Originarın
  14. "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.

Xarici keçidlər

Azərbaycanda kənd təsərrüfatı istehsalının artımına töhfə vermək üçün subsidiyaların kəskin artırılmasıwww.news.az

Azərbaycan Polşa və Latviyaya nar ixrac edəcəkAzertag.az

KOBİA yanında İctimai Şuranın iclası keçirilibReport.az

Azərbaycanın vergi sistemi Fərhad Qaraşov Vergiler.az

(ANİİA) İctimai Birliyinin sədri Fərhad Qaraşov fermerlərə çağırış edib. Qafqazinfo.az

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.