Fərhad Fəxrəddini
Fərhad Fəxrəddini (11 mart 1938, Təbriz, İran) — İran azərbaycanlısı tanınmış bəstəkar, dirijor və İran Milli Simfonik Orkestrinin qurucusu[1]
Fərhad Fəxrəddini | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası Məhəmmədəli Fəxrəddini (1899–1986), Məhzun təxəllüsü ilə Azərbaycan şairlərindən idi[2], və böyük qardaşı Fəxrəddin Fəxrəddini tanınmış portret fotoqrafıdır.[3]
Fərhad Fəxrəddininin öz sözlərinə görə, o, onun böyük bacısı və iki qardaşı Fəxrəddin və Fərrux, Sovet Azərbaycanının Gədəbəy şəhərində doğuldular, və Fərhadın iki aylıq yaşı olanda ailəsiylə İrana köçdülər. Anası əslən gədəbəyli, atası isə əslən Təbriz yaxınlığındakı Üskü şəhərindən idi.[4]
iyul 2008-ci ildə, İranda bir poçt markası onun şərəfinə buraxılmışdır.[5]
1991-ci ilin payızında Fəxrəddini Azərbaycan Bəstəkarlar İttifaqının dəvəti ilə Bakıda olmuşdur. Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın "İbn-Sina" və "Sərbedaran" simfonik süitaları səslənmişdir. Dirijor qismində Fəxrəddini özü çıxış etmişdir.[6]
İstinadlar
- "Iran's National Orchestra to perform in interest of quake victims". Payvand. 29 December 2003. 30 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2010.
- İranın ənənəvi və müasir musiqi adamları, Həbibulla Nəsiri, İ cild, Tehran:Atiyə nəşrləri,193 səh
- "Bioqrafiya:Fərhad Fəxrəddini" (fars). hamshahrionline. 2012-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2012.
- Fərhad Fəxrəddini ilə intervyu (fars dilində): https://www.youtube.com/watch?v=E1wnl8BmIu8 Arxivləşdirilib 2021-02-04 at the Wayback Machine
- "Farhad Farkhreddini stamp unveiled in Shiraz". Tehran Times. 19 July 2008. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2010.
- Dadaşzadə Z. A. İranın musiqi elçisi. Dadaşzadə Z. Biz də dünyanın bir hissəsiyik… Bakı: Nurlan, 2004, s.353–356