Fərhad Babayev

Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı2 oktyabr 2023[1], Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı.

Fərhad Babayev
Doğum tarixi 5 yanvar 1948(1948-01-05)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 2023(2023-10-02)[1] (75 yaşında)
Vəfat yeri
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı  — 2006
"Şöhrət" ordeni

Həyatı

Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub. Fərhad Babayev Heydər Əliyev adına Saray (keçmiş V. İ. Lenin adına) istifadəyə verildiyi müddətdən ilk fəaliyyət göstərən işçilərdəndir. Onun təhsil sahəsində yiyələndiyi biliklər sayəsində mükəmməl mühəndis və mədəni-maarif işçisi olaraq, Sarayın indiki kimi qorunub saxlanılmasında əməyi və xidmətləri var. Bu illərdə Fərhad Babayev özünü mədəniyyət aləmində yaradıcı, bacarıqlı və işgüzar işçi kimi göstərib. Rəhbərlik etdiyi Heydər Əliyev adına Sarayda tədbirlərin, konsertlərin iş prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyalarının tətbiqi ilə seçilib.

2002-ci ildən tam təsərrüfat üsuluna keçən Heydər Əliyev adına Sarayın kollektivinin həyat səviyəsinin yüksəlməsi və onların əmək haqlarının müntəzəm olaraq artması yönündə tədbirlər görüb. Fərhad Babayev Heydər Əliyev adına Saraya rəhbərlik etdiyi illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətinə malik olması, kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması onu kollektivə sevdirib, hörmət qazandırıb. Bir çox sənətkarların böyük səhnəyə ayaq açmasında və hal-hazırda əməkdar artist, xalq artisti adına layiq görülməsində məhz Fərhad Babayevin danılmaz zəhməti olub. Fərhad Babayev respublikamızda mədəniyyətin, xalq sənətinin inkişafı üçün çox işlər görmüş və görməkdədir, o sənətin bütün növlərinin inkişafı və yayılması üçün əlindən gələn bilik-bacarığını sərf edir.

Ailəlidir. İki övladı, üç nəvəsi var.

Mükafatları

Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.2018-ci ildə Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.