Fərhad Bədəlbəyli
Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən).
Fərhad Bədəlbəyli | |
---|---|
Vəzifədədir | |
1991-ci ildən | |
Əvvəlki | Elmira Abasova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1947 (76 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | pianoçu, bəstəkar, musiqişünas |
Atası | Şəmsi Bədəlbəyli |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.
1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı[1]) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.
Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir.[2] Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 19 aprel 1972[3]
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978[4]
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 11 aprel 1975; 24 fevral 1979[5]
- "SSRİ xalq artisti" fəxri adı — 6 noyabr 1990[6]
- Azərbaycan SSR Dövlət mükafatı — 1986
- "Şöhrət" ordeni — 26 dekabr 1997
- Fransanın "İncəsənət və Ədəbiyyat" ordeni — 2000
- "İstiqlal" ordeni — 25 dekabr 2017[7]
- "Şərəf" ordeni — 26 dekabr 2022[8]
Filmoqrafiya
- Azadlıq məşəli (film, 1967)
- Böyük ömrün anları (film, 2006)
- Fərhad (film, 1987)
- Kədərimiz... Vüqarımız...
- Maestro Niyazi (film, 2007)
- Memar (film, 2006)
- Mənə inanın! (film, 2007)
- Nəğməkar torpaq (film, 1981)
- Ötən ömrün notları (film, 2003)
- Üç eskiz (film, 1978)
- Ürək nəğməsi (film, 1989)
- Üzeyir ömrü (film, 1981)
Nəsil şəcərəsi
Bəşir bəy Bədəlbəyli | Əzizə xanım | Şirinbəyim xanım (1853–1939) | Əbdülhüseyn bəy Hacıbəyov (1842–1901) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bədəl bəy Bədəlbəyli (1875–1932) | Rəhimə xanım | Əhməd bəy Bədəlbəyli (1884–1954) | Zülfüqar bəy Hacıbəyov (1884–1950) | Üzeyir bəy Hacıbəyov (1885–1948) | Ceyhun Hacıbəyli (1891–1962) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfrasiyab Bədəlbəyli (1907–1976) | Davud Bədəlbəyli | Turqut Bədəlbəyli | Məsturə Bədəlbəyli | Şəmsi Bədəlbəyli (1911–1987) | Məmməd Ağdamski (d. 1934) | Telman Ağdamski (d. 1936) | Niyazi Hacıbəyov (1912–1984) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fərhad Bədəlbəyli (d. 1947) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
- Португалија: Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 609.
- Lider TV. "Fərhad Bədəlbəylinin yubileyi konsert proqramı ilə qeyd olunub" (az.). Youtube.com. 27.12.2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
- Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Respublikanın musiqi ifaçılığı sənəti xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- "Указ Президента СССР от 6 ноября 1990 г. N УП-986 «О присвоении почетного звания "Народный артист СССР" тов. Бадалбейли Ф. Ш.»" (az.). 6 noyabr 1990. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2019.
- "İlham Əliyev Xalq Artisti Fərhad Bədəlbəyliyə "İstiqlal" ordeni təqdim edib". 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- "F.Ş.Bədəlbəylinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
Ədəbiyyat
- Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" elmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48.