Fərəc Quliyev

Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncübeşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri.

Fərəc Quliyev
Vəzifədədir
7 may 2005-ciildən
ƏvvəlkiVəzifə təsis edildi.
2010 2020
Seçki dairəsi2010 — 31 saylı Suraxanı ikinci
2015 — 31 saylı Suraxanı ikinci
ƏvvəlkiƏhməd Vəliyev
SonrakıEtibar Əliyev
bayraq
Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri
bayraq2
1992 1995
ƏvvəlkiPənah Hüseyn
SonrakıVəzifə ləğv edildi.
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 1995
Seçki dairəsi338 nömrəli Ordubad
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1962(1962-12-22) (61 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı
  • Mətin Quliyev[d]

Təltifləri "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var.

Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir.

1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.

Ailəlidir. 3 oğlu var. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İctimai-siyasi fəaliyyəti

Fərəc Quliyev 1989-cu ildə Sərhəd Hərəkatının təşkilatçılarından biri olmuşdur. Naxçıvanda Ermənistanla sərhəddə, mübahisəli ərazidə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlilkdə ələ keçirmişdir. Bu əməliyyat itkisiz ötüşsə də, Azərbaycan tərəfindən 5 nəfər hərbçinin ayaqlarını donmuş və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu əməliyyata görə prezident Əbülfəz Elçibəy tərəfindən "milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir.

Fərəc Quliyev Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırmışdır.

2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.

Həbsdən çıxdıqdan sonra çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.

"Yeni Dirçəliş", "Təbriz" qəzetlərinin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün "qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis etmiş, "Yeni Dirçəliş" qəzeti ilə birgə çapını reallaşdırmışdır.

Prezident seçkilərində

Fərəc Quliyev 2013-cü il prezident seçkilərinə qatılan Fərəc Quliyev 31 926 (0,86%) səs toplayaraq seçkiləri 8. sırada tamamlamışdır.

Fərəc Quliyev prezident seçkilərində səs verir.

2018-ci il prezident seçkilərinə də qatılan Fərəc Quliyev 46 010 (1.17%) səslə seçkiləri 7. sırada tamamlamışdır.

Parlament seçkilərində

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycan Xalq Cəbhəsi namizədi olaraq qatılan Fərəc Quliyev 338 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir.[1]

1995-ci ildə həbs edildikdən 4 gün sonra deputat mandatından məhrum edilmişdir.

1995-ci il parlament seçkilərində Fərəc Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 6-cı sırada olmuşdur.[2] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[3] Beləliklə, Fərəc Quliyev deputat seçilə bilməmişdir.

2010-cu il parlament seçkilərinə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri olaraq qatılmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olan Fərəc Quliyev 2 814 (34.99%) səs toplayaraq deputat seçilmişdir.

2015-ci il parlament seçkilərinə Milli Dirçəliş Hərəkatı Partiyası sədri olaraq qatılmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olan Fərəc Quliyev 5 437 (38.6%) səs toplayaraq deputat seçilmişdir.

2020-ci il parlament seçkilərinə Milli Dirçəliş Hərəkatı Partiyası sədri olaraq qatılmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olan Fərəc Quliyev deputat seçilə bilməmişdir.

Parlament fəaliyyəti

Fərəc Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırışı xalq deputatı və daha sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü olaraq 1991-ci ildə Parlamentdə qəbul olunmuş "Müstəqillik aktı"nı yazan 3, ona səs verən 43 istiqlalçı deputatdan biridir.

Fərəc Quliyev 1991-ci ildə parlamentdə

Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı olaraq 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış edib. Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü olub. Avropa Parlamenti "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Azərbaycan-Belçika, Azərbaycan-Ukrayna, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Moldova, Azərbaycan-Latviya, Azərbaycan-Ruminiya parlamentlərinin dostluq qruplarının üzvü olub. 5 il ərzində (2010–2015) 521 nəfər yazılı ərizə ilə, 862 nəfər isə qəbula gələrək şifahi formada (Cəmi: 1383 müraciət) deputata müraciət edib. "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub və Avropa İttifaqı üzvü olan dövlətlərin Avropa Parlament Assambleyasında təmsil olunan üzvlərinə 169 müraciət göndərib.[4]

Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı olaraq 4 il ərzində (2015–2019) keçirilmiş 115 iclasın 71-ində 174 təkliflə çıxış edib. 6529 sayt və qəzetdə müsahibə və çıxışları olub. 190 televiziya çıxışı olub. Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü olub. Avropa Parlamenti "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Beynəlxalq qurum olan "Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatı" (GOPAC) üzvü olub. Bu dövrdə 932 vətəndaş (seçici) qəbulu keçirilmiş ki, bunlardan 343-ü seçki dairəsində yerləşən deputat ofisində keçirilib. 98 məhəlli görüş keçirilmişdir. Keçirilən qəbullarda deputata ümumilikdə 2031 müraciət edilmiş, bunlardan 1680-i öz həllini tapmışdır.

Partiya fəaliyyəti

Fərəc Quliyev 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ordubad Rayon Şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur.

Fərəc Quliyev 2002-ci ildə ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, təşəbbüs qrupunun qərarı ilə 7 may 2005-ci il tarixdə keçirilən 1-ci qurultayda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri seçilmişdir. 2017-ci ilin 14 may tarixində partiyanın II qurultayı keçirilmiş və Fərəc Quliyev yenidən partiya sədri seçilmişdir.[5]

Kitabları

7 kitab[6][7] və yüzlərlə elmi-nəzəri məqalələr müəllifidir.

Azərbaycan dilində

  • "Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu" Bakı, 2001. Fərəc Quliyev.[8]
  • "Missiya" Bakı, 2002. Fərəc Quliyev.[9]

İngilis dilində

  • "The place and role of Azerbaijan in new world order policy" Bakı, 2012. Faraj Gulyev.[10]

Mükafatları

  • "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı[11]
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
  • "Azərbaycan Parlamentinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
  • "Şito-Ryu Karate Do" federasiyasının fəxri prezidentidir.
  • "Bozqurd fight club" fəxri prezidentidir.
  • "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.
  • 2019-cu ildə "İlin ən aktiv millət vəkili" seçilib.[12]

Mənbə

İstinadlar

  1. "Milli Dirçəliş Hərəkatı Partiyası seçkilərdə, red". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
  2. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  4. "Fərəc Quliyevin hesabat bukleti". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  5. "MDHP-nin II qurulayı keçirildi". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  6. "Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu". 2017-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  7. "Missiya". 2018-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  8. "Fərəc Quliyevin "Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu" kitabı" (PDF). 2020-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-27.
  9. "Fərəc Quliyevin "Missiya" kitabı" (PDF). 2020-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-27.
  10. "Millət vəkili Fərəc Quliyevin kitabı ingilis dilində yenidən nəşr edilib". 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  11. "Arxivlənmiş surət". https://meclis.gov.az/?/az/news/view/4224/ (az.). meclis.gov.az. 2018-11-12. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-07-2020.
  12. "2019-cu ilin ən aktiv millət vəkilləri seçildi". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.