Fənərbaxça VK

Fənərbaxça kişi voleybol klubu — son illər Avropada kişi voleybolunda böyük çıxış yaxalayan komandadır. Komanda arxada qoyduğumuz 2013-14 idman mövsümündə Avropa Kişilər CEV Çağırış Kubokunu başı üzərinə qaldıraraq bunu bir daha sübut etmişdi.[1]

Türkiyə Fənərbaxça Kişi Voleybol Klubu
Ölkə
Şəhər İstanbul
Ləqəb(lər) Filenin Şovalyeleri
Sarı - lacivərtlilər
Rəng(lər) Sarı - Lacivərt
Yaranma tarixi 1927
Meydança Burhan Felek Spor Salonu
Tutumu 7.500
Prezidenti Türkiyə Əli Qoç
Baş məşqçisi İtaliya Fabio Soli
Liqa Voleybol 1. Liqası
2013-14 2
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Fənərbaxça kişi voleybol klubunun əsası Fənərbaxça qadın voleybol komandası ilə eyni ildə yəni, 1927-ci ildə qoyulmuşdur. Klub uzun müddət Türkiyə voleybolundakı dominantlığını qorumuşdu. Lakin 1971-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyəti dayandırılan komanda növbəti mövsümlərdə oynamamasına rəğmən adı formal olaraq 1971-72 sezonunda 1-ci liqaya, 1972-73-də ikinci liqaya, 1973-74-də üçüncü liqaya, 1974-75 sezonunda dördüncü liqaya yazılmışdı. 1975-76 sezonunda isə komanda ümumiyyətlə voleybol klubu kimi qeydə alınmamışdı.

1976-cı ildə yenidən fəaliyyətə başlayan klub oyunlarına dördüncü liqadan start verdi. 1976-77 sezonunda bu liqanı çempion tamamlayan Ələddin Günəşin komandasının heyətində bu oyunçular yer alırdı: Orxan Tükər‚ Xaluk Güvənər‚ Korman Ataman‚ Sinan Dinçoğlu‚ Mehmet Gürkan‚ Selçuk Dikmən‚ Fatih Kaya ve Salih Arkış.

Nəhayət 1985-86 sezonunda Türkiyənin əsas liqası olan evdə-səfərdə oynanılan voleybol çempionatına vəsiqə qazandı. (türk. Deplasmanlı Voleybol ligi) Komanda bu liqada uzun müddət ortaba komandalardan biri kimi fəaliyyət göstərmişdi.

2004-05 sezonu klub üçün çox yadda qalan oldu. Belə ki, bu mövsümdə komanda tarixində ilk dəfə olaraq CEV Kubokunda o zamankı adı ilə Avropa Top Teams Kubokunda dördəbir final mərhələsinə qədər yüksəlmişdi. Tarixində ilk dəfə bir Avropa kubokunda bu qədər irəliləyən Fənərbaxça kişi voleybol komandasının heyətində aşağıdakı oyunçular yer alırdı: Barış Özdemir (kapitan), Hakan Fertelli, Nuri Şahin, Burak Hascan, Rıdvan Ürəgil, Santiyaqo Darraido, Camilo Sato, Xuan Pablo Porello, Erhan Dünge, Berat Qısal, Kərəm Əryılmaz, Uğur.

2005-06 sezonunda Türkiyə çempionatında Arkasla girdiyi gərgin mübarizədən yarım xal fərqlə məğlub ayrılaraq ikinci yer olmuşdu. Buna rəğmən Fənərbaxça növbəti mövsüm çempionluq üçün yenə mübarizə apardı. İdman klubunun yaranmasının 100-cü ilini qeyd etdiyi 2007-ci ildə liqanı yaxşı başlamasına baxmayaraq səkkizinci bitirdi. Nəhayət 2008-ci ildə Halkbank komandasını məğlub edən klub tarixində ilk dəfə olaraq ölkə çempionatının kubokunu başı üzərinə qaldırdı. Eyni uğur 2009-10 mövsümündə də təkrarlandı. 2010-11 sezonunda isə üçüncü çempionluq əldə edilməklə yanaşı Türkiyə superkuboku da filənin şovalyələrinə qismət oldu. Həmin vaxt komandanın heyətini bu oyunçular təşkil edirdi: Arslan Ekşi, Tomislav Coşkoviç, Cengizxan Qartaltəpə, Emrə Batur, Burak Yavuz, Ramazan Sərkan Qılınc, Erdən Çevikəl, Uğur Günəş, Leonel Marşall, Kemal Kayhan, İvan Milijkoviç, Ərsin Durqut, Andriya Geriç, Sonər Mezgitçi, İzzət Ünvər, Canər İsmət Söyləməz.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.