Fəhlə və kolxozçu

"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri.[1] Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur.[1] Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur.[2]

1957-ci ilin SSRİ poçt markası

Mənası

İşıqlı gələcək rəmzi[3] olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir.[1]

Tarixi

1937-ci ildə Ümumdünya sərgisində, Paris, Fransa

"Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış[3]Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı:[1]

"Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik".[1]

Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib:[1]

"Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü. Biz bütün gecəni ondan danışırıq".[1]

Heykəli Eyfel qülləsinin yaxınlığında yerləşdirirlər.[1] Lakin parislilərin bu xahişi SSRİ rəhbərliyini qane etmir.[1] Heykəli Moskvaya gətirirlər və o, Moskvada Xalq Təsərrüfat Nailiyyətləri Sərgisində ucaldılır.[1]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.