Fıstıqlı

FıstıqlıAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Fıstıqlı
41°26′42″ şm. e. 46°47′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 262 nəf.
Fıstıqlı xəritədə
Fıstıqlı
Fıstıqlı

Toponimikası

Kənd fıstıq ağacı çox olan ərazidə salındığı üçün belə adlandırılmışdır.[1]

Coğrafiyası və iqlimi

Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.

Əhalisi

1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Fıstıqlı kəndində milli tərkibi muğallardan ibarət 42 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışır.[3]

2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2.881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.[4]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Fıstıqlı kəndində hər iki cinsdən toplam 262 nəfər əhali yaşamaqdadır.[5]

İqtisadiyyatı

Kənddə 75 təsərrüfat mövcuddur.

İstinadlar

  1. Fıstıqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
  3. SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005 The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu
  5. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.