FİFA 100
FİFA 100 — Ölkələrarası Futbol Federasiyası olan FİFAnın 4 mart 2004-cü ildə Londonda baş tutan yüzüncü il yubileyidir. Mərasimdə eyni zamanda aralarında dünya şöhrətli braziliyalı futbolçu Pelenin də olduğu, müxtəlif millətlərdən futbol adamları FİFA 100 adı altında dünyada yaşayan ən yaxşı futbolçuları seçmişlər. Ancaq 100 ədədi siyahıdakı futbolçuları təmsil etmir, çünki Pele bu ədədi 100 ilə məhdudlaşacağının çox çətin olduğunu demişdir. Siyahı peşəkar 123 kişi və 2 qadın futbolçudan təşkil olunmuşdur. (Qadın idmançılar ABŞ-lı Miçele Akers və Mia Hammdır.) FİFA 100 siyahısı hələ də futbolla məşğul olan 50 və futbola əlvida deyən 75 futbolçudan ibarətdir.[1]
Kriteriya
Bəzi futbolçuların müşahidələri siyahının yaradılmasında istifadə edilən üsullardan ən mühümü olmuşdur. Köhnə siyasi günümüzün futbol şərhçisi — David Mellor Evening Standard qəzetinin bir bölməsində siyahının futbol sahələrində edilənlərdən çox siyasi amillərlə yaradıldığını hiss etdiyini yazmışdır. Mellor siyahının Pele tərəfindən deyil, FİFA-nın idarə heyəti tərəfindən qələmə alındığını yazmışdır. Mellor ayrıca siyahıdakı oyunçuların geniş bir coğrafi quruluşdan gəldiyini, ancaq gerçəkdə Cənubi Amerikalı və Avropa oyunçuların əksəriyyətlə siyahını meydana gətirmələrinin lazım olduğunu söyləmişdir. Digər tənqidlər isə siyahının yalnız günümüzün oyunçularına yönəldiyi fikrindədir.[2]
Bir başqa soruşulması lazım olan FİFA sanksiyası ilə siyahının əslində "yaşayan futbolçu"ları ehtiva etməməsi, yalnız fəal futbol həyatı davam edən idmançılarla məhdud olmasıdır. Siyahı FİFA 100-cü ilini qeyd edərkən gəlmiş-keçmiş ən böyük futbolçuları ehtiva etməməkdədir. Nümunə olaraq Bobbi Moor, Lev Yaşin və ya Qarinçanın siyahıda olması lazım olduğu düşünülən adlardır.[1]
Mübahisəli siyahıya ən diqqət çəkici reaksiya isə Pelenin köhnə komanda yoldaşı və Braziliya Milli Futbol Komandasımım keçmiş yarımmüdafiəçisi Gersondan gəldi. Gerson FİFA 100 siyahısında yer almamasını siyahının surətinin bir Braziliya televiziyasında cıraraq göstərdi. Marko van Basten və Uve Seeler isə prinsipləri səbəbiylə proyektdə yer almağı rədd etdilər.[3]
Siyahı
Pele tərəfindən irəli sürülmüş 100 ən böyük futbolçunun siyahısı verilmişdir.[4][5]
- Fəaliyyətini başa vuran futbolçular ulduzla nişanlanıb. (*).
- Davam edənlərdə isə italik vardır.
Argentina
Belçika
Braziliya
Bolqarıstan
Kamerun
Çili
Kolumbiya
Xorvatiya
Çexiya
Danimarka
İngiltərə
Fransa
Almaniya
Qana
Macarıstan
İtaliya
Yaponiya
Liberiya
Meksika
Niderland
Nigeriya
Şimali İrlandiya
Paraqvay
Peru
Polşa
Portuqaliya
İrlandiya
Rumıniya
Rusiya
Şotlandiya
Seneqal
Cənubi Koreya
İspaniya
Türkiyə
Ukrayna
ABŞ
Uruqvay
|
İstinadlar
- Mellor, David. "Sing up for Ken, a true Blues man". Evening Standard Ltd. 5 March 2004. səh. 77. (#accessdate_missing_url)
- "Fifa names greatest list". BBC. 4 March 2004. 30 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2007.
- Davies, Christopher. "Pele open to ridicule over top hundred". The Daily Telegraph. UK. 4 March 2004. 13 March 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 February 2008.
- "FIFA 100". Best Football Players Ever. 2017-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-02.
- "The Fifa 100". The Guardian. 4 March 2004. 3 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2016.