Ezoterizm

Ezoterizm (yun. esoterikos-daxili) — "populyar", mütəxəssis olmayana aydın olmayan ideya, nəzəriyyə. Hadisələrin daxili, mühüm (ezoterik) və xarici (ekzoterik) əlaqələrinin ifadəsi üçün də tətbiq edilir.

Haqqında

Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan və həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bilikdir. Ezoterik biliklərin toplusu, sistemi ezoterizm adlanır. Ezoterizm (yunanca ezoterikosdaxili, batini) dini, fəlsəfi, yaxud da hər hansı digər təlimlərin batini doktrinalarını özündə təcəssüm etdirən ümumiləşdirici addır. O, həmçinin kosmosun gizli qüvvələri ilə təması və kosmik inkişafı özündə ehtiva edən biliklər toplusudur. Ezoterizmi insanın təfəkkürünün və dünyaya baxışının alternativ formalarından biri kimi də müəyyən etmək olar. Ezoterik reallıq ruhi və vital reallıqdır. Ezoterik həqiqət, hər şeydən əvvəl, insanın özünə ünvanlanıb, yalnız özündən keçirəndən sonra o, zahiri aləmə yönəlir.

Fəlsəfi aspektdə ezoterizm dərk olunan və olunmasının mümkünlüyü qəbul edilmiş konsepsiyaya hörmət edildiyi kimi (burada maddi dünyanın qanunlarına elmi münasibətdən söhbət gedir), rasional təfəkkürlə dərk olunmayan və dərk olunması qeyri-mümkün sayılan konsepsiyaya da hörməti və ona ciddi elmi münasibəti nəzərdə tutan dünyagörüşü ifadə edir.

Praktik aspektdə ezoterizm görünən və görünməyənlərin, ağılla dərk olunan və dərk olunmayanların tabe olduqları vahid qanunların təcəssüm üsulları ilə məşğuldur. Görünən və görünməyənlər, dərk olunan və olunmayanlar uyğun olaraq, rasional və irrasional idrak məsələlərini özündə ehtiva edir. Xarici forma və məzmun rasional bilikdə təcəssüm olunursa, batini mahiyyət irrasionalda təcəssüm olunur. Bunların vəhdət şəklində dərki varlıq haqqında bütöv mənzərəni yaradır ki, bu da idrak nəzəriyyəsinin təməlini təşkil edir. Rasional bilik intellekt, mühakimə, analiz və s. kimi ağıl kateqoriyaları ilə öyrənilən subyekt-obyekt münasibətlərinin özünə və onların zahiri tərəfinə aiddir. İrrasional bilik varlığın subyekt və obyekt haçalanma-Fəlsəfə tarixi sına qədərki təcrübəsi, həmçinin belə haçalanmadan yaranan münasibətlərin batini tərəfidir. Varlığın dərk edilməsində irrasionala tam üstünlük verən dini filosof N.A.Berdyayev (1874–1948) bu işdə ağılla ruhun vəhdətini vacib sayaraq belə yazır: "Canlı həqiqət, bütöv həqiqət yalnız intellektual yolla, mühakimə yolu ilə açıla bilməz; onunla ancaq ruhani həyat təcrübəsində təmasda olmaq mümkündür. Ağıl özünün təcrid olunmuş, ayrılmış mövcudluğuna son qoymalı və ruhun dolğun, tam həyatı ilə üzvi surətdə yenidən birləşməlidir. O zaman şüurlu dərketmə mümkündür. Varlığı dərketmə təcrübədə verilir, lakin o, heç vaxt rasionallaşdırılmış təcrübədə bəlli olmur. Subyekt və obyektə parçalanma mərhələsinə qədərki dövrdə varlıq yalnız dini, mistik təcrübədə bəlli olur. Fəlsəfə üçün qidanı, materialıyalnız orada axtarmaq lazımdır".

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.