Eyxler dağlaləsi
Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Eyxler dağlaləsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Lilieae Cins: Növ: Eyxler dağlaləsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığı və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c.
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30-40 sm-ə qədər hündürlükdədir. Yarpaqlar çox və ya az dərəcədə əyilmiş, göyümtül, tədricən yuxarıdan quruyan, uzunsov-neştərşəkilli, aşağıdakı adi, xətvari, enli-neştərvari, yuxarısı dar-neştərvaridir. Çiçəkləri təkdir, çiçəkyanlıqlarının yarpaqcıqları parlaq-qırmızı, 2,5-5 sm uzunluğundadır. Erkəkciyi nəzərəçarpacaq dərəcədə çiçəkyanlığından qısadır; tozcuğu sarı və ya bənövşəyi, sapa bərabər və ya uzundur. Qutucuq 1,5-3 sm uzunluğundadır.
Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri
Ovalıqdan aşağı dağ qurşağına qədər, daşlı-çınqıllı, quru-otlu yamaclarda və əkinlərdə bitir. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir . Dərman və bəzək bitkisidir.
Ehtiyatının dəyişilmə səbəbləri
Ot çalınması və mal-qara otarılması.
Becərilməsi
Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri
Mühafizəsi üşün xüsusı tədbirlər hazırlanmamışdır.Ceyrançöl və Qazangöl ərazilərində mütəmadi monitorinqlərin aparılması təklif olunur.
Yayılması
Samur-Dəvəçi ovalığl, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Böyük Qafqazın Şərq hissəsi (Şamaxı rayonu), Naxçıvan (Ordubad rayonu, Nüsnüs kəndi)
İstinadlar
Azərbaycan SSR-in Qırmızı kitabı, 1989