Eyvazxanbəyli

EyvazxanbəyliAzərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd.[1]

Eyvazxanbəyli
40°04′54″ şm. e. 46°56′46″ ş. u.
Ölkə
Eyvazxanbəyli xəritədə
Eyvazxanbəyli
Eyvazxanbəyli

Tarixi

20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Ağdam Atçılıq Zavodu bu kənddə yerləşir.

Etimologiyası

Eyvazxanbəyli kəndin əsasını qoymuş nəslin adıdır. Qarabağ xanlığı dövründə Kəlbəcərin Çal-bayır, mənşəcə Hacılı tayfasına mənsub olmuş bir el Eyvazxanbəyli adlanırdı. Bu elin digər hissələri Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli. Muradxanbəyli və Tağıbəyli adlanmışdır. Kənddə müasir dövrdə həmin adda olan nəsillər yaşayır. Kəndin tam adı Ərəb-Eyvazxan idi. 1826-cı ildə Eyvazxan öz rəiyyəti ilə İrana qaçmış, sonra çar hökumətinin icazəsi ilə geri qayıdaraq 1830-cu ildə Şəlva (Şalva), Tərnəgüt, Əliməmmədköçü, İsaq Pənah Sərkar köçü adlı yaşayış məntəqələri onlara verilmişdir. Kənd Eyvazxan bəyə məxsus rəiyyətin məskunlaşması nəticəsində yaranmışdır. Eyvazxanbəylilər yayı Kəlbəcərin Çalbayır adlı yaylağında, qışı isə indiki kəndin ərazisində keçirilmişlər. Kənddə Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli nəsilləri yaşayır.[2]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın toponimləri"

Xarici keçid

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.