Eyvazlı (Qubadlı)

EyvazlıAzərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd.[1]

Eyvazlı
39°25′58″ şm. e. 46°23′55″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Eyvazlı xəritədə
Eyvazlı
Eyvazlı

Tarixi

Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhədd olan ən yaxın yaşayış məntəqəsidir. Həmçinin bura Qubadlının ən kiçik üçüncü yaşayış yeridir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir. Əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdu. Ermənistan 1923-cü ildə bu kəndi dinc yolla zəbt etmək istəsə də, buna nail ola bilməyib (Həmin dönəmdə Zəngilan və Ordubadın bəzi kəndləri ermənilərə verilmişdir).

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhalisi

Tanınmışları

  • Valeh Bərşadlı — general, Azərbaycan Respublikasının 1-ci Müdafiə naziri.
  • Məmməd İsgəndərov — siyasətçi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
  • Zəhra Kərimova — dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı və naziri (1941–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi.
  • Əsgər Abdullayev- akademik, Azərbaycan SSR əməkdar mühəndisi, SSRİ Dövlət Mükafatı laureti.
  • Baxış Hüseynov- professor cərrah,dosent, Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri (1986-1996).

Toponimikası

Kənd dağlıq ərazidədir. Tədqiqatçılar bu oykonimləri oğuz tayfa ittifaqına daxil olan təklələrin (sonralar Şahsevənlərin) tərkibinə daxil olmuş eyvazlı tirəsinin adı ilə bağlayırlar. Etnotoponimdir.

Şərur r-nunun Tənənəm kəndində Eyvazlı məhəlləsi, Ağstafa r.nun Saloğlu kəndində ayvazlı nəsli qeydə alınmışdır.[2]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.