Eyr

Eyr-NortAvstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır.

Eyr
ing. Eyre Lake
Ümumi məlumatlar
Mütləq hündürlüyü -16 m
Eni 65 km
Uzunluğu
  • 144 km
Sahəsi 9500 km²
Həcmi 30,1 km³
Dərin yeri 6 m
Orta dərinliyi 1,5 m
Yerləşməsi
28°22′00″ c. e. 137°22′00″ ş. u.
Ölkə  Avstraliya
Eyr xəritədə
Eyr
Eyr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

  • Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.