Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Eymur | |
---|---|
40°32′53″ şm. e. 47°14′46″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0316[1] |
|
Tarixi
Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür.[2]
Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s.
Coğrafiyası və iqlimi
Ağdaşdan 25 km uzaqlıqda, Yevlax rayonu ərazisində Kür çayının qırağında yerləşir.
Şəhidləri
- Məmmədov Qasım Göyərçin oğlu (1974-1994)
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. I cild, səh. 247.