Exokardioqrafiya
Exokardioqrafiya — ürəyin ultrasəs müayinəsi. EKQ ilə birlikdə kardiologiyanın önəmli qeyri-invaziv müayinə üsullarından biridir.
Növləri
Transtorakal (Döşüstü) Exokardioqrafiya (TTE)
Transtorakal Exokardioqrafiya (TTE) zamanı ürək döşüstü, yəni bədənin xaricindən, müayinə olunur. Bu zaman əsasən 2 nöqtədən baxış keçirilir:
- sol parasternal (döşsümüyü yanı) baxışda 2 müayinə kəsiyi var:
- qısa ox kəsiyi
- uzun ox kəsiyi
- apikal (ürək zirvəsindən) baxışda 4 görünüş var:
- dörd boşluq görüntüsü (dördkameralı görünüş)
- beş boşluq görüntüsü (beşkameralı görünüş)
- üç boşluq görüntüsü (üçkameralı görünüş)
- iki boşluq görüntüsü (ikikameralı görünüş)
Digər əlavə ölçmə nöqtəsi subcostal nöqtədir (qabırğaaltı görünüş, xəncərəbənzər çıxıntının altından).
Döşüstü exocardioqramda müxtəlif kəsiklərdə ürəyin görünüşü
![](../I/Apical_4_chamber_view.png.webp)
Apikal dörd boşluq görüntüsü
![](../I/Subcostal_view_of_heart.gif)
Subkostal görünüş
![](../I/LeftParasternalLongAxis.gif)
Sol parasternal uzun ox kəsiyində görünüşü
![](../I/Apical2Chamber.png.webp)
Apikal iki boşluq görüntüsü
![](../I/LeftVentricleShortAxis.gif)
Sol mədəciyin qısa ox kəsiyində görünüşü
![](../I/Aortic_valve_sa.png.webp)
Aortal qapağın qısa ox kəsiyində görünüşü
Müxtəlif yöntəmlərlə ürəyin fəaliyyətini aşağıdakı kimi müayinə etmək olar:
- M-rejim ultrasəsin birölçülü müayinəsidir. Bu zaman sol parasternal yandan aortal və mitral qapaqlar, sol mədəcik müayinə olunur.
- Sol mədəciyin parasternal uzun ox kəsiyində M-rejimdə görüntüsü
- 2-ölçülü B-rejimində ağ-qara görüntülərin sayəsində real zamanda qapaqların quruluşu, mədəciklərin yığılma fəaliyyəti və ölçüləri müayinə edilir.
- PW- və CW-Doppler
- Rəngli Doppler[1]
Ədəbiyyat
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.