Evkalipt
Evkalipt (lat. Eucalyptus) — Mirtkimilər (Myrtaceae) fəsiləsindən həmişəyaşıl ağac və ya kol cinsi. Bəzi növləri qiymətli bəzək və dərman bitkisidir.
Evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Myrtoideae Triba: Eucalypteae Cins: Evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi məlumat
Evkalipt cinsi - Evcalyptus həmişəyaşıl ağaclardır. Əsasən tropik və subtropik iqlim zonalarında təbii yayılmışdır. Vətəni Avstraliyada onun boyu 100 metrə çatır. Qabığının quruluşuna görə evkaliptlər bir neçə qrupa bölünür: qabığı hamar olanlar, parçalanaraq lövhəciklərlə tökülənlər, iri gövdədə və budaqlarda qabığı həmişəlik qalanlar. Yarpaqları ətirlidir, formaca eyni növ daxilində çoxlu müxtəliflik vardır. Hətta bu budaqda belə uzunsov, ovalvari, lansetvari formalı, yaşıl və göyümtül rəngli yarpaqlara təsadüf edilir. Yaşlı budaqlarda yarpaqlar növbəli, cavan budaqlarda isə qarşı-qarşıya düzülşülüdür. Çiçəkləri ağ və qırmızı rəngdə olub, çətirvari və ya süpürgəvari çiçək qrupunda yerləşir.
Qafqazda və Cənubi Qafqazın qərbində subtropik iqlim zonasında, Azərbaycanda subtropik zonada, Zaqatalada, Lənkəranda, Astarada, Bakıda əkilib becərilir. Dünyada evkaliptin 600 növü məlumdur. Təbii halda Azərbaycanda, Tasmaniyada, Yeni Qvineyada, Yeni Zelandiyada və s. yerlərdə yayılmışdır. Bu bitki ilə 1934-cü ildən bu günə qədər AMEA Nəbatat İnstitutunda, Azərbaycan Tibb Universitetində, Mərdəkan Dendrarisində dərin və hərtərəfli elmi-tədqiqat işi apırılır. Bəzi növləri 155 metr hündürlüyünə və 10–15 m diametrə çatır, tez böyüyən ağaclardır. Azərbaycanda aşağıdakı növlərinə təsadüf edilir:
- Kamaldul evkalipti (Eucalyptus camaldulensis)
- Çubuqvari evkalipt (Eucalyptus viminalis)
- Külvari evkalipt (Eucalyptus cinerea)
- Makarturi evkalipti (Eucalyptus macarthurii)
- Balqoxulu, yaxud balli evkalipt (Eucalyptus melliodora)
- Dəmir evkalipt (Eucalyptus siderexylon)
- Mavi evkalipt (Eucalyptus globulos) və s.
Bu növlərin hamısı Azərbaycanda subtropik iqlim zonalarında (Lənkəranda, Astarada, Zaqatalada, Göyçayda, Abşeronda) və Kür-Araz ovalığında dekorativ bitki kimi əkilib becərilir. Evkaliptin efir yağının çox qiymətli xüsusiyyətlərinə görə son zamanlar onun dünyada şöhrəti daha da artmışdır. Belə ki, onun efir yağı bir çox mikrobları məhv edir, soyuqlama zamanı onun dəmlənməsindən istifadə edirlər.
Evkaliptdən bağlanmış süpürgədən rus hamamlarında istifadə edirlər. Evkalipt yağı antiseptik, antibakterial, virus əleyhinə, sətəlcəm əleyhinə, ağrı götürücü, spazma götürücü, istilik salan xassələrə malik olduğundan tibbdə ondan geniş istifadə edirlər. Ürək-damar çatışmazlığı, zob xəstəliyi zamanı da evkalipt yağı müalicəvi dərman kimi tətbiq olunur. O eyni zamanda bədəndə ölmüş toxumaları bərpa edir, orqanizmdə qanı oksigenlə zənginləşdirir, qanda şəkərin miqdarını azaldır, qan dövranını yaxşılaşdırır. Evkalipt yağı bronxit, öskürək, revmatizm, artrit, nevralgiya xəstəliklərinin müalicələrində geniş istifadə edilir. Evkalipt yağının antiseptik xassələrinin olması süd vəzilərinin və düz bağırsağın xərçəng xəstəliyində ondan istifadə edilir. Virus xəstəliklərinin qarşısını almaq üçün otağın havasını evkalipt - lavanda yağları ilə qarışdırıb aramatikləşdirirlər.
Evkaliptin efir yağından dermokologiyada və kosmetikada geniş istifadə edilir, yəni dərman səpməsinə qarşı, başda kəpək olduqda, saçın tökülməsinə qarşı, dəridə yanıq və yara olduqda onun tez sağalmasına və dərinin tez bir zamanda regenerasiya olmasına kömək edir. Fizioterapiyada onun yağından inqalyasiya edərək yuxarı nəfəs yollarının müalicəsində son 30 ildə geniş istifadə olunur. Onun yağından alınmış maz vasitəsi ilə bədən masaj olunduqda oynaqlarda olan duzlar tamamilə bədəndən yox olur. Xalq arasında Evkalipti - "möcüzə ağacı" adlandırırlar, ona görə ki, bu ağac bataqlıq yerlərinin suyunu tez buxarlandıraraq qurudur və təsadüfi deyil ki, malyariya xəstəliyinin yayıldığı rayonların sakinləri onu "həyat ağacı" adlandırırlar. Evkalipt yağından formokologiyada qrip xəstəliyinə qarşı istifadə olunan "İnqolen" dərmanının əsas tərkib hissəsini təşkil edir. Onun yağının tərkibində geraniol, sitronellol, limonen olduğunu nəzərə alaraq ətriyyatda ondan yüksək keyfiyyətli ətirlər hazırlanır. Bu yağdan hazırlanmış emulsiya dizenteriya, difteriya, streptokokki, stafilokokki çöplərinə qarşı məhvedici təsir östərir.
Evkalipt ağacının dövrəsindən gəmiqayırmada, kağız emalında, onun kökündən dubil maddələri və rəngləyici maddələr (qırmızı, qəhvəyi rəng) alınır. Evkalipt ağacının ən mühüm xüsusiyyətlərindən biri olan fitonsid xassəyə malik olmasıdır. Yəni o özündən gün ərzində 20 kq-dan çox fitonsid maddəsi buraxır və ətrafdakı mikrobları, bakteriyaları, ibtidailəri 1,5 dəqiqə ərzində məhv edir. Bu siyahını çox davam etdirmək olar və bütün bunlar Evkaliptin çox qiymətli bəzək və dərman bitkisi olduğunu göstərir.
Növləri
- Eucalyptus abdita
- Eucalyptus acaciiformis
- Eucalyptus accedens
- Eucalyptus acmenoides
- Eucalyptus agglomerata
- Eucalyptus aggregata
- Eucalyptus alba
- Eucalyptus albens
- Eucalyptus amplifolia
- Eucalyptus amygdalina
- Eucalyptus angophoroides
- Eucalyptus angustissima
- Eucalyptus argutifolia
- Eucalyptus badjensis
- Eucalyptus baueriana
- Eucalyptus baueriana subsp. thalassina
- Eucalyptus baxteri
- Eucalyptus bicostata
- Eucalyptus bigalerita
- Eucalyptus blakelyi
- Eucalyptus blaxlandii
- Eucalyptus bosistoana
- Eucalyptus botryoides
- Eucalyptus brookeriana
- Eucalyptus brockwayi
- Eucalyptus burgessiana
- Eucalyptus caesia
- Eucalyptus caliginosa
- Eucalyptus camaldulensis
- Eucalyptus campanulata
- Eucalyptus quadrangulata
- Eucalyptus camphora
- Eucalyptus capitellata
- Eucalyptus cephalocarpa
- Eucalyptus chapmaniana
- Eucalyptus cladocalyx
- Eucalyptus cinerea
- Eucalyptus cloeziana
- Eucalyptus cneorifolia
- Eucalyptus coccifera
- Eucalyptus conferruminata
- Eucalyptus conica
- Eucalyptus coolabah
- Eucalyptus copulans
- Eucalyptus cordata
- Eucalyptus cornuta
- Eucalyptus crebra
- Eucalyptus crenulata
- Eucalyptus cretata
- Eucalyptus cunninghamii
- Eucalyptus curtisii
- Eucalyptus cypellocarpa
- Eucalyptus dalrympleana
- Eucalyptus dawsonii
- Eucalyptus deanei
- Eucalyptus deglupta
- Eucalyptus delegatensis
- Eucalyptus deuaensis
- Eucalyptus diversicolor
- Eucalyptus dives
- Eucalyptus drummondii
- Eucalyptus dumosa
- Eucalyptus ebbanoensis
- Eucalyptus elata
- Eucalyptus eremophila
- Eucalyptus erythrocorys
- Eucalyptus erythronema
- Eucalyptus oil
- Eucalyptus placita
- Eucalyptus porosa
- Eucalyptus eudesmoides
- Eucalyptus fastigata
- Eucalyptus fibrosa
- Eucalyptus flocktoniae
- Eucalyptus forrestiana
- Eucalyptus fraxinoides
- Eucalyptus fruticetorum
- Eucalyptus gillii
- Eucalyptus globoidea
- Eucalyptus globulus
- Eucalyptus gomphocephala
- Eucalyptus goniocalyx
- Eucalyptus grandis
- Eucalyptus gregsoniana
- Eucalyptus grossa
- Eucalyptus gunnii
- Eucalyptus haemastoma
- Eucalyptus horistes
- Eucalyptus imlayensis
- Eucalyptus jacksonii
- Eucalyptus kitsoniana
- Eucalyptus kochii
- Eucalyptus kruseana
- Eucalyptus laeliae
- Eucalyptus laevopinea
- Eucalyptus lansdowneana
- Eucalyptus largiflorens
- Eucalyptus leucoxylon
- Eucalyptus ligustrina
- Eucalyptus longifolia
- Eucalyptus loxophleba
- Eucalyptus luehmanniana
- Eucalyptus macarthurii
- Eucalyptus macrandra
- Eucalyptus macrocarpa
- Eucalyptus macrorhyncha
- Eucalyptus maidenii
- Eucalyptus mannifera
- Eucalyptus marginata
- Eucalyptus megacarpa
- Eucalyptus melanophloia
- Eucalyptus melliodora
- Eucalyptus michaeliana
- Eucalyptus microcarpa
- Eucalyptus microcorys
- Eucalyptus miniata
- Eucalyptus mitchelliana
- Eucalyptus moluccana
- Eucalyptus moorei
- Eucalyptus morrisbyi
- Eucalyptus muelleriana
- Eucalyptus multicaulis
- Eucalyptus nicholii
- Eucalyptus nitens
- Eucalyptus nitida
- Eucalyptus notabilis
- Eucalyptus nova-anglica
- Eucalyptus obliqua
- Eucalyptus oblonga
- Eucalyptus oleosa
- Eucalyptus olida
- Eucalyptus olsenii
- Eucalyptus oraria
- Eucalyptus orbifolia
- Eucalyptus oreades
- Eucalyptus ovata
- Eucalyptus paniculata
- Eucalyptus parramattensis
- Eucalyptus parvula
- Eucalyptus patens
- Eucalyptus pauciflora
- Eucalyptus perriniana
- Eucalyptus phoenicea
- Eucalyptus pilularis
- Eucalyptus piperita
- Eucalyptus platypus
- Eucalyptus pleurocarpa
- Eucalyptus polyanthemos
- Eucalyptus polybractea
- Eucalyptus populnea
- Eucalyptus preissiana
- Eucalyptus propinqua
- Eucalyptus pseudoglobulus
- Eucalyptus pulverulenta
- Eucalyptus punctata
- Eucalyptus pyriformis
- Eucalyptus racemosa
- Eucalyptus radiata
- Eucalyptus recurva
- Eucalyptus redunca
- Eucalyptus regnans
- Eucalyptus resinifera
- Eucalyptus robusta
- Eucalyptus rossii
- Eucalyptus rubida
- Eucalyptus rudis
- Eucalyptus saligna
- Eucalyptus salmonophloia
- Eucalyptus salubris
- Eucalyptus saxatilis
- Eucalyptus scias
- Eucalyptus scias subsp. apoda
- Eucalyptus sclerophylla
- Eucalyptus scoparia
- Eucalyptus siderophloia
- Eucalyptus sideroxylon
- Eucalyptus sieberi
- Eucalyptus signata
- Eucalyptus smithii
- Eucalyptus sparsifolia
- Eucalyptus squamosa
- Eucalyptus staigeriana
- Eucalyptus stellulata
- Eucalyptus stenostoma
- Eucalyptus stricta
- Eucalyptus tereticornis
- Eucalyptus × tetragona