Evdə təhsil

Evdə təhsilməktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur.[1]

Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər.[2]

Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir.[3]

Evdə təhsilin təşkili

  • məktəb direktorunun adına ərizə;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
  • şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
  • yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;
  • psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi;
  • evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli;
  • fərdi təlim proqramı;
  • tədris planı;
  • şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər;
  • evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı);
  • şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri;
  • şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri;
  • şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi;
  • evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.

İstinadlar

  1. "Закон «Об образовании в Российской Федерации». Статья 17". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.
  2. "Unschooling - letting children grow up without school or teachers". dpa International (ingilis). 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.
  3. "Informal learning, home education and homeschooling (home schooling)". YMCA George Williams College. 2013-05-08. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.