Evbulides

Miletli Eubulides (yun. Εὐβουλίδης, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın şagirdi, Meqara məktəbinin təmsilçisi.

Evbulides
q.yun. Εὑβουλίδης
Doğum tarixi e. ə. V əsr
Doğum yeri
Vəfat tarixi e. ə. IV əsr
İstiqaməti Meqara məktəbi[1]
Əsas maraqları fəlsəfə, paradoks, aporia
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Paradoksları

Evbulidesin fikrincə duyğularımız bizə ətrafımızda olan şeylər haqqında yanlış bilgi verir. İstənilən şeyin həqiqi mahiyyəti onun görkəmində deyil, mahiyyətindədir. Məqsəd də o mahiyyətləri qavramaqdır. Bu kimi iddiaları irəli sürməklə o, Eleyalı Zenonun yolunu getmiş, bir çox ziddiyyətləri (paradoksları) açıqlamış, onların vasitəsi ilə öz fikirlərini əsaslandırmağa çalışmışdır. Bu paradokslar haqqında Diogenes Laertius xəbər verərək onlardan bəzilərinin başqa meqaraçı Diodorus Kronosa aid olduğunu qeyd etmişdir[2]. Həmin paradoksların ən tanınmışları “Yalançı”, “Keçəl”, “Qalaq”, “Elektra”“Buynuzlu” adlanır. Günümüzə qədər elmi ədəbiyyatda onların çözülməsi haqqında müxtəlif fikirlər irəli sürülür[3].

Yalançı

“Yalançı” (yun. Ψευδόμενον) adlı paradoksda “Mən yalan danışıram” iddiası araşdırılır. Bir tərəfdən bunu iddia edən kəs heç də yalan danışmır, həqiqəti deyir. Çünki, yalan danışdığını etiraf edir. Digər tərəfdən isə bu iddiada o adamın yalan danışdığı iddia edilirsə onda o yalandır. Beləliklə, danışan yalan deyirsə düz danışır. Düz danışırsa, yalan deyir.

Keçəl

Daha bir paradoks “Keçəl” adlanır. Burada Eubulides deyir ki, bir tükü itirən keçəl olmaz, ikincisini itirsə də olmaz. Bəs onda neçənci tükün tökülməsindən başlayaraq insanı keçəl saymaq olar?

Buna bənzər daha bir paradoks “Qalaq” adlanır. Bir ya iki taxıl dəni qalaq deyil. Bəs neçənci dəndən qalaq başlanır?

Elektra

Bir başqa paradoks “Elektra” adlanır. Elektra adlı qadının qarşısında örtük altında onun qardaşı durub. O, öz qardaşını tanıyır. Ancaq o, o örtüyün altında kimin olduğunu bilmir. Deməli, Elektra öz qardaşını eyni zamanda həm tanıyır, həm də tanımır.

Buynuzlu

“Buynuzlu” adlanan paradoks isə daha da çox sofizmə yaxınlaşır. Burada Eubulides iddia edir ki, insan bir şeyi itirməmişdirsə, deməli o şey onda var. Əgər o buynuzları itirməyibsə, deməli buynuzludur. Burada bir tərəfdən demək olar ki, olmayan şeyi itirmək olmaz, ancaq digər tərəfdən “məndə olmadığı şeyi heç vaxt itirə bilmərəm” də demək mümkündür.

Mənbə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 112-114. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

  • Rescher, N. (2001) Paradoxes: Their Roots, Range, and Resolution. Open Court Publishing.
  • Seuren, P. A. M. (2005) Eubulides as a 20th-century semanticist. Language Sciences, 27(1), 75-95.
  • Wheeler, S. C. (1983) Megarian Paradoxes as Eleatic Arguments, American Philosophical Quarterly, 20 (3), 287-295.
  • Эвбулид // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.

Həmçinin bax

İstinadlar

  1. Eubulides Of Miletus // Encyclopædia Britannica (ing.).
  2. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, s. 99.
  3. Samuel C. Wheeler. Megarian Paradoxes As Eleatic Arguments Arxivləşdirilib 2016-01-17 at the Wayback Machine // American Philosophical Quarterly Volume 20, Number 3, July 1983 / University of Illinois, pp. 287-295.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.