Evancelin Lilli

Nikol Evancelin Lilli (ing. Nicole Evangeline Lilly; 3 avqust 1979[2][3][…], Fort-Saskaçevan, Alberta) — "Qızıl qlobus" mükafatının sahibi olan Kanada aktrisası. 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətin Fort-Saskaçevan şəhərində anadan olmuşdur. Daha çox "Lost" serialında Keyt Ostin rolunu ifa etdiyinə görə populyarlıq qazanmışdır.

Evancelin Lilli
Doğum adı Nicole Evangeline Lilly[1]
Doğum tarixi 3 avqust 1979(1979-08-03)[2][3][…] (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyoru
  • Dominik Monaqan[d] (20042009)
Fəaliyyəti aktrisa, model[d], kino aktrisası, stüard
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
IMDb ID1431940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyera - "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışmışdır.təhsilini maliyyələşdirmək üçün o, telereklamlarda çəkilir və model kimi çalışırdı. Hərçənd özünü heç vaxt model hesab etməmişdir.

Model kimi onu Ford model agentliyinin meneceri Kelonva şəhərinin küçələrində görərkən kəşf etmişdir. Lilli agentliklə müqavilə imzalayır və Vankuverə köçür. O, burada dəb nümayişlərində çıxış edir və Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsindəki təhsilini maliyyələşdirir.

2004-cü ildə Lillinin əmək haqqısı hər epizoda görə $80 000 təşkil edirdi. Sağ qalmaq serialındakı roluna görə o, Entertainment Weekly jurnalının versiyası üzrə  Breakout Stars 2004 nominasiyasında, 14 dekabr 2006-ci ildə isə ən yaxşı dramatik aktrisa nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.

Serial bitdikdən sonra, o, aktrisa karierasını bitirib, humanitar işçi qismində karyerasının davam etdirməyi planlaşdırırdı. lakin gələcəkdə televiziyaya qayıda biləcəyini də istisna etməmişdir. 2009-cu ildə Evangelin Lilli L’Oréal firmasının erklam siması seçilmişdir.

2013-cü ildə Piter Ceksonun "Hobbit" filmində rol almışdır.

İstinadlar

  1. (unspecified title). Rivista del Cinematografo.
  2. Evangeline Lilly // L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.).
  3. Evangeline Lilly // Internet Speculative Fiction Database (ing.). 1995.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.