Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması.
Ev sahibi və qonaq | |
---|---|
სტუმარ-მასპინძელი | |
Müəllif | Vaja Pşavela |
Janr | epos |
Orijinalın dili | gürcü dili |
Orijinalın nəşr ili | 1893 |
Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib.[1]
Məzmunu
Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir.
Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur. Bu vaxt ovçular evə gəlir, burada Coqolanın arvadı Ağaz və özü də qonaqları mehribanlıqla qarşılayırlar. Gecələr belə yad adamdan xəbər tutan həmkəndliləri evə soxularaq Zviadaurinin əllərini bağlayırlar. Coqola əlində xəncər onların yolunu kəsərək, onun evində olan qonağa toxunmağın düzgün olmadığını izah edir. Burada iki adət: qonaqpərvərlik qanunu və qan davası adətləri toqquşur.[1] Ev sahibi haqlı qəzəblə hətta onu təhqir edən qonşulardan birini öldürür.Coqola döyülür və bağlanır, Zviadauri isə qəbrin üstündə onun əlində ölən həmkəndlisini öldürmək üçün qəbiristanlığa aparılır. Son nəfəsinə qədər itaət etməkdən boyun qaçırır, ona görə də azad Xevsur kimi ölür. Hamı gedəndən sonra ölən üçün ağlayan Coqolanın arvadı Ağazı, bundan xəbər tutan əri onu qətiyyən qınamır.
Zviadaurinin ölüm xəbəri Xevsureti kəndinə çatır və onlar onun qalıqlarını götürüb basdırmaq üçün hərəkətə keçirlər. Kəndin yaxınlığında kistlərlə xevsurların toqquşmalı olurlar. Həmkəndlilərinə rüsvay olan Coqola rəşadətlə vuruşaraq döyüşdə həlak olur. Düşməni yenidən kəndə sıxışdıran xevsurlar qəbiristanlıqdan öz yoldaşlarının qalıqlarını aparırlar. Coqolanın cəsədi isə icma ilə toqquşduğu üçün dəfn olunmur. Ağaza ərinin ölümünə göz yaşı axıdıb, sonra isə qonşularının gözündən yayınaraq özünü dağ çayına atır.
Poema gecələr Zviadauri və Coqolanın ruhlarının yenidən odun yanında görüşməsi, dost və and içmiş qardaşlar kimi söhbət etməsi və Ağazanın onlara yemək hazırlaması haqqında əfsanə ilə bitir.
Mətn və tərcümələr
Bu poema bir neçə dilə, o cümlədən: ingilis (Donald Reyfild, Venera Uruşadze, Lela Jqerenaiya, Nino Ramişvili və başqaları), fransız (Qaston Buatşidze), rus (Nikolay Zabolotski, V.Derzhavin, Osip Mandelştam, Boris Pasternak, S.Spasski, Marina Svetayeva və başqaları), alman, ispan, italyan, yapon və digər dillərə tərcümə olunub.[2]
Filmdə
Poemanın bədii əsər olaraq ilk film versiyası 1967-ci ildə istehsal edilib. 1967-ci ildə Tengiz Abuladze tərəfindən çəkilmiş film onun Gürcüstanda kino sahəsindəki ən böyük uğuru idi.[3]
İstinadlar
- Аида Абуашвили. "Высший прорыв к человечности". Вопросы литературы (6). 1996. /. 2018-04-08 tarixində arxivləşdirilib.
- "About Literature – Vazha-Pshavela". Jun 19, 2012. April 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: Oct 18, 2019.
- "Vedreba". April 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: Oct 18, 2019 – www.imdb.com vasitəsilə.
Xarici keçidlər
- Poem's free text translated by Lela Jgerenaia
- ABOUT LITERATURE – VAZHA-PSHAVELA
- The Plea review