Eurocopter EC725
Eurocopter EC725 Caracal/Super Cougar və ya Airbus Helicopters H225M — Airbus Helicopters şirkəti tərəfindən istehsal edilən taktiki nəqliyyat helikopteri. Eurocopter AS532 helikopterlərinin üzərindən təkmilləşdirilmişdir və helikopter hərbi birləşmələrin bir yerdən digər yerə daşınması, təxliyə və müharibə zamanlarında axtarma-qurtarma vəzifələrinin icrası üçün istifadə edilir. İlk uçuşu 27 noyabr 2000-ci ildə olub.
Eurocopter EC725 | |
---|---|
Tipi | Hərbi vertolyot, vertolyot |
Hazırlayan | Airbus Helicopters |
İstehsalçı | Airbus Helicopters |
İlk uçuş | 27 noyabr 2000 |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Texniki xüsusiyyətləri
- Ekipajı: 1 və ya 2 nəfər
- Daşıma qabilliyyəti: 28 əsgər və ya 5670 kq yük
- Uzunluğu: 19.5 metr
- Pərinin (vintinin) uzunluğu: 16.20 metr
- Hündürlüyü: 4.6 metr
- Pərinin sahəsi: 216.1 m²
- Boş çəkisi: 5330 kq
- Maksimal yükqaldırma qabiliyyəti: 5500 kq
- Motor: 2 x Turboméca Makila 2A1 qazturbin mühərriki
İstifadəçilər
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.