Eucoleus annulatus
Eucoleus annulatus (lat. Eucoleus annulatus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.
Eucoleus annulatus | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Eucoleus annulatus |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Xarici quruluşu
Bədənin kutikulası incə eninə zolaqlıdır. Baş hissəsində kitukula tərəfində xarakterik üzükvarı şiş əmələ gətirir. Bu kutikulyar şiş cavan yetkinliyə çatmayan fərdlərdə olmur. Ventral basillyar lenti eni 0,6-0,8 bədənin diametri qədər olur. Dorzal basilyar lentin eni 0,4-0,5 bədənin diametrinə bərabərdir. Erkək: Bədənin uzunluğu 13,8-16,8 mm, qida borusunun arxa hissəsində bədənin eni 0,050-0,065 mm-dir. Spikulyar balalıq yolu tikanlıdır. Yığılmış vəziyyətdə onun uzunluğu 1,25-1,50 mm təşkil edir. Tikanlar spikulyar balalıq yolunu tam örtmür. Onları balalıq yolunun proksimal və distar hissəsində müşahidə etmək olar. Orta hissəsində tikanlar olmur. Kutikulyar membran ilə birləşmiş cüt olan ikiyə bölünmüş çıxıntılardan ibarət olan sadə cinsi bursa vardır. Dişi: Bədənin uzunluğu 20,0-22,4 mm, qida borusunun axırında eni 0,075-0,100 mm təşkil edir. Vulvanın dəliyi yumuruvari yaxud eninə uzanmış şəkildə olur. Vagina düz yerləşir,divarı yaxşı inkişaf etmiş əzələ qatlardan ibarətdir. Anal dəlik terminal yerləşir. Yumurtaların qabığı hamar qalındır.Yumurtanın qütbündə yerləşən tıxaclar xeylək uzun olur. Yumurtaların uzunluğu 0,060-0,065 mm-dir. [1].
Həyat tərzi
Geniş yayılan,çox saylıdır. Hind toyuğu,ev toyuğu,başqa toyuqkimi quşların qida borusunda çinadəndə parazit həyat tərzi keçirirlər. Selikli qişanın ifrazatı ilə qidalanırlar. Düşmənləri yoxdur. Erkək,dişi,yumurta vasitəsi ilə çoxalır. Növün Fenologiyasına yumurta,aralıq sahib sürfə,yetkin fərd daxildir. Orta ömrün uzunluğu sahibin orqanizmində 45 gün, cinsi yetkinliyə çatma müddəti isə 19-26 gündür. Biohelmintdir, inkişaf dövriyyəsi aralıq sahibi olan yağış qurdları ilə keçir. Sahib dəyişməklə çoxalır.Reproduktivliyi və xromosom göstəriciləri məlum deyil. Mühafizəyə ehtiyac yoxdur.[2]
Yayılması
Dünyada 15 növ, Azərbaycanda 1 növ qeydə alınıb. Azərbaycanın bütün ərazilərində geniş yayılmışdır.
İstinadlar
- K.İ.Skryabin,N.P.Şixobalova,İ.V.Orlov. Nematodologiya əsasları cild VI.İnsanların və heyvanların Trihosefalidləri,kapilləriidləri və onlar tərəfindən yaradılan xəstəliklər.SSSR-nin Elmlər Akademyasının Nəşriyyatı.M.1957.
- K.İ.Skryabin,N.P.Şixobalova,İ.V.Orlov. Nematodologiya əsasları cild VI.İnsanların və heyvanların Trihosefalidləri,kapilləriidləri və onlar tərəfindən yaradılan xəstəliklər.SSSR-nin Elmlər Akademyasının Nəşriyyatı.M.1957.