Etnolinqvistika
Etnolinqvistika — linqvistik vә etnik amillәrin qarşılıqlı әlaqәsini öyrәnәn dilçilik cәrәyanı. Bu cərəyana görə hәr bir dil o dildә danışan xalqın tarixi inkişafının vә mәdәniyyәtinin tәzahürü hesab edilir. Müasir etnolinqvistikanın iki qolu vardır: a) öz mәnbәyini Vilhelm fon Humboldtun ideyalarından götürәn alman etnolinqvistikası (Ernst Kassirer, Yost Trir, Leo Vaysgerber); b) Benjamin Uorf vә Eduard Sepirin tәdqiqatlarına әsaslanan vә Amerika hindi qәbilәlәrinin hәyat tәrzini, mәdәniyyәtini vә dillәrini öyrәnәn Amerika etnolinqvistikası. Etnolinqvistikaya görә dil xalqın mәnәvi vә mәdәni hәyatının mühüm tәrkib hissәsi olub, insanların dünyagörüşünә vә davranışına әhәmiyyәtli dәrәcәdә tәsir göstәrir [1].
Dilin tәkcә struktur cәhәtdәn öyrәnilmәsini yetәrli hesab Vilhelm fon Humboldt vә Sepir - Uorf tәlimindәn tәsirlәnәn, bir növ dilin fәlsәfәsinә әsaslanan etnolinqvistikanın dolaşıq vә sәhv cәhәtlәri dә çoxdur. Mәsələn, bu fәlsәfә dili ünsiyyәt vasitәsi olaraq dәyәrlәndirmәkdәn daha çox, insanla xarici alәm arasındakı “orta bir dünya”, aralıq hadisә hesab edir. Hәmin fәlsәfi cәrәyanın nümayәndәlәrinin fikrincә, dil “ictimai varlığı qavramaq üçün bir rәhbәrlikdir” vә insanların dünyagörüşü, davranışı ondan (dildәn) asılıdır[1].
Benjamin Uorfun fikrincә, hәr dilin “öz metafizikası” vardır ki, o da insanların baxışlarını vә davranışlarını istiqamәtlәndirir, qabaqcadan müәyyәnlәşdirir. Etnolinqvistika dil vә psixologiya, dil vә mәdәniyyәt, dil vә tarix problemlәrinin tәdqiqi ilә dә mәşğul olur [1].
Linqvolkulturologiya dilçiliyin etnolinqvistikaya yaxın bir qolu olub, dil və mədəni anlayışlar arasındakı əlaqəni araşdırır [2]. Linqvokulturologiya yeni dilçilik istiqaməti kimi XXI əsrdə meydana gəlmişdir. Dil və mədəniyyətin qovuşuğunda meydana gələn bu dilçilik sahəsinin predmeti həm dil, həm də mədəniyyətdir. Burada dil yalnız kommunikasiya və dərketmə vasitəsi kimi deyil, millətin mədəniyyət kodu kimi də nəzərdən keçirilir, yəni burada dil və mədəniyyətin qarşılıqlı təsiri öyrənilir. Bu elmin əsas vəzifəsi dilin mədəniyyətlə, etnosla, xalq mentaliteti ilə əlaqəsinin öyrənilməsi və təsviridir [3].
Linqvolkulturologiya koqnitivistika və antropologiyanın nəzəri və analitik inkişafına təkan verir.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası. Bakı: NPB. 1919. səh. 600.
- Sharifian, Farzad. Cultural Conceptualisations and Language: Theoretical Framework and Applications. Amsterdam/Philadelphia: John Benjamins. 2011.
- Bəylərova A. Konnotasiyanın tədqiqində linqvokulturoloji yanaşma // Filologiya məsələləri. № 11. Bakı. 2018. səh. 3-9.