Etnikos Axna FK
Etnikos Axna FK (yun. Εθνικός Άχνας) — Kiprin Axna vilayətini təmsil edən peşəkar Kipr futbol klubudur. Klub 1968-ci ildə təsis edilmişdir. Klubun hal-hazırkı prezidenti Kikis Filippoudur. Etnikos Axna FK futbolçuları öz ev oyunlarını 7000 nəfər tamaşaçı tutumuna malik Dasaki Stadionunda keçirir. Stadion hal-hazırda ən çox futbol oyunları üçün istifadə olunur və 1997-ci ildə inşa edilmişdir. UEFA turnirlərində çempion olan yeganə kipr komandasıdır.
Etnikos Axna FK | ||||
---|---|---|---|---|
Εθνικός Άχνας | ||||
Klubun tam adı | Ethnikos Achnas Football Club | |||
Ölkə | Kipr | |||
Ləqəb(lər) | Axniotlar | |||
Rəng(lər) | göy, ağ | |||
Yaranma tarixi | 1968 | |||
Stadionu | Dasaki stadionu, Axna | |||
Tutumu | 7000 | |||
Prezidenti | Kikis Filippou | |||
Liqa | Kipr Birinci Diviziyası | |||
2017/2018 | 14 | |||
| ||||
Rəsmi saytı |
Tarixi
Klub yarandığı vaxtdan Kiprin İkinci Diviziyasında oynamağa başlamışdır. Bir müddətdən sonra klub İkinci Diviziyada az müddət oynamasına baxmayaraq Kiprin Birinci Diviziyasına vəsiqə qazanmışdır. Bu da çox uzun müddət davam etmədi. 1983-cü ildə klub yenidən İkinci Diviziyaya düşdü. Etnikos Axna FK klubu 1986-cı ildə yenidən Birinci Diviziyada iştirak etməyə başladı. Klub dörd mövsüm Birinci Diviziyada mübarizə apardı. İki il yenidən İkinci Diviziyada oynamağa başladı. 1992-ci ildə yenidən Birinci Diviziyaya vəsiqə qazandı. Bundan sonra Etnikos Axna klubu öz əsl oyununu oynamağa başladı.
Komandanın ölkə komandaları arasında ən yaxşı nəticələri 1994-95, 1997-98 və 2006-07 mövsümlərində dördüncü yeri tutmaqla baş vermişdir. Klub bir dəfə, yəni 2002-ci ildə Kipr Kubokunun finalında iştirak etmişdir. Onlar finalda Anortosis Famaqusta klubuna 0-1 hesabı ilə məğlub olaraq, ikinci yeri tutmuşlar.
Avropa turnirlərində
Etnikos Axna FK klubu UEFA İntertoto Kubokunda beş dəfə mübarizə aparmışdır: 1998, 2003, 2004, 2006 və 2008-ci il mövsümlərində. Dörd dəfə onlar ilk turda məğlub olaraq yarışda iştiraklarını dayandırmışlar. Lakin 2006-ci ildə Etnikos Axna klubu İntertoto Kuboku qazana bilmişdir və bu müsabiqənin on bir qalibindən biri olmuşdur. Albaniya komandası Partizan Tirana FK (evdə 4-2 qələbə və Albaniyada səfərdə 2-1 məğlubiyyət) klubunu məğlub etdikdən sonra Xorvatiya təmsilçisi Osiyek FK klbu üzləşdilrə. Osiyek klbu ilə birinci oyunda 2-2 və ikinci oyunda 0-0 heç-heçə qaldıqdan sonra İntertoto Kubokunun üçüncü mərhələsinə vəsiqə qazanan yeganə Kipr təmsilçisi oldular. Onlar UEFA Kubokunun ikinci seçmə mərhələsinə vəsiqə qazanmaq və UEFA yarışında qələbə qazanmaq üçün ilk növbədə Makkabi Petah Tikva klubuna qalib gəlməli idilər. Klub evdə 2-3 hesabı ilə məğlub olsa da, səfərdə 2-0 hesablı qələbə qazandı. Bu Kipr klublarının UEFA turnirlərində ən böyük nailiyyəti hesab olunur.
UEFA Kubokunda Etnikos Axna klubu birinci turda Belçikanın Roselare klubunu səfərdə 2-1, 5-0 hesabı ilə məğlub edib növbəti tura vəsiqə qazandılar. İkinci turda onlar (GSP Stadionu, Nikosiya) Fransanın Lans FK klubu ilə evdə 0-0 heç-heçəyə qalsalar da, səfərdə 3-1 qalib gələrək çempion oldular. İntertoto Kubokundakı uğurları nəticəsində Etnikos Axna klubu 2006-cı ildə Kipr İdman Jurnalistləri İttifaqı tərəfindən İlin İdman Komandası adına layiq görülmüşdür. Həmin mövsümün sonunda Etnikos yenidən dördüncü yeri tutdu və İntertoto Kubokuna vəsiqə qazandı.
Uğurları
Liqa
- Kipr İkinci Diviziyası:
- Çempion (2): 1986, 1992
Kuboklar
- Kipr Kuboku:
- İkinci (1): 2002
Beynəlxalq
- UEFA İntertoto Kuboku:
- Çempion (1): 2006 - Birgə Qalib[1]
Hal-hazırkı heyəti
26 avqust 2016-cı il məlumatlarına əsasən
|
|
Kirayələr
Gedənlər
|
|
Baş məşqçilər
- Stefane Demol (2008–09)
- Panikos Orfanides (2009–10)
- Çedomir Yanevski (2011–12)
- Stefen Konstantine (2012–13)
- Danilo Donçiç (2015–)
İstinadlar
- The UEFA Intertoto Cup: Past Winners. Listed are all 11 teams that won the Intertoto Cup, qualifying for the UEFA Cup.
Xarici keçidlər
- Official website Arxivləşdirilib 2015-12-24 at the Wayback Machine