Etiqat Hacıyev
Etiqat Balaxan oğlu Hacıyev (25 fevral 1974 – 5 iyul 1993, Bakı) — Qarabağ müharibəsi şəhidi.
Etiqat Hacıyev | |
---|---|
Etiqat Balaxan oğlu Hacıyev | |
Doğum tarixi | 25 fevral 1974 |
Vəfat tarixi | 5 iyul 1993 (19 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyatı
Etiqat Hacıyev Balaxan oğlu 25 fevral 1974-cü ildə doğulmuşdur.
Lənkəran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.
Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artilleriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib.
Ağdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir.
5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.