Etibar Babayev (rejissor)
Etibar Babayev (tam adı:Babayev Etibar Kamal oğlu; 1967, Bakı – 2 iyul 2020, Bakı) — "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi
Etibar Babayev | |
---|---|
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 2020 |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Mükafatları |
Həyatı
1967-ci ildə Bakıda anadan olmuşdur. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olmuşdur. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunmuşdur.
Bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olmuşdur. "Ana və poçtalyon", "Xocalı yol gözləyir" filmləri olmuşdur.
2 iyul 2020-ci ildə Bakı şəhərində koronavirusdan dünyasını dəyişmişdir.[1]
Tətlifləri
- 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi adı ilə təltif olunmuşdur.[2]
İstinadlar
- "Əməkdar incəsənət xadimi Etibar Babayev koronavirusdan vəfat edib". 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
- "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.