Etel Kennedi
Etel Skeykl Kennedi (tam adı: ing. Ethel Skakel Kennedy; 11 aprel 1928[1][2], Çikaqo, İllinoys, ABŞ) — Amerikalı insan hüquqları müvəkkili. ABŞ senatoru Robert Kennedinin həyat yoldaşı, Corc Skeykl və Enn Brennekin altıncı övladıdır. 1950-ci ildə Robert F. Kennedi ilə ailə həyatı qurub. Cütlüyün on bir övladı var.
Etel Kennedi | |
---|---|
ing. Ethel Kennedy | |
Doğum tarixi | 11 aprel 1928[1][2] (95 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | sosial fiqur[d] |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat yoldaşı 1968-ci il iyunun 5-də sui-qəsdə məruz qalıb həyatını itirdikdən qısa müddət sonra Etel, Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini yaratmışdır. Xeyriyyəçiliklə məşğul olan bu qeyri-kommersiya təşkilatının yaradılmasında məqsəd Robert F. Kennedinin ədalətli və sülhsevər dünya arzusunu reallaşdırmaqdır. 2014-cü ildə Etel Kennedi prezident Barak Obama tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Hazırda Massaçusetsdə yaşayır.[4]
Həyatı və təhsili
Etel Skeykl Çikaqoda biznesmen Corc Skeykl və katibə Enn Brennekin ailəsində dünyaya göz açıb. Valideynləri 1955-ci ildə təyyarə qəzasında dünyalarını dəyişiblər.[5] Etel Skeyklların yeddi uşağının altıncısı, dörd qızından üçüncüsüdür. Özündən böyük beş bacı-qardaşı: Corcen (1918–1983), Ceyms (1921–1998), Corc (1922–1966), Raşten (1923–2003), Patrisiya (1925–2000) və bir kiçik bacısı var: Enn (1933).[6] Corc holland mənşəli protestant,[7][8][9] Enn isə irland mənşəli katolikdir. Etel və bacı-qardaşları Qrinviçdə katolik kimi böyüyüblər. Corc Skeykl hazırda SGL Carbon şirkətinin tərkibində olan Böyük Göllər Karbon Korporasiyasının təsisçisi olub.[10] Etel yalnız qızlar üçün nəzərdə tutulmuş Qrinviç Akademiyasında təhsil alıb[11] və 1945-ci ildə Manhettendə Müqəddəs Qəlb Monastırından məzun olub.[12]
1945-ci ilin sentyabrında Skeykl Manhettenvil Kollecində təhsil almağa başlayır və burada gələcək baldızı Cin Kennedi Smit ilə qrup yoldaşı olur.[13] Etel Cinin qardaşı Robert F. Kennedi ilə 1945-ci ilin dekabr ayında Kvebekdəki Mon Tramblan Rizortda (fr. Mont Tremblant Resort) xizək gəzintisi zamanı tanış olmuşdu. Səfər zamanı Robert Kennedi Etelin böyük bacısı Patrisiya ilə görüşməyə başlamışdı. Münasibətləri başa çatdıqdan sonra isə Etel ilə görüşürdü. Bu zaman Etel onun böyük qardaşı Con F. Kennedinin 1946-cı il ABŞ Konqresi üçün kampaniyasına rəhbərlik edirdi; hətta Etel öz kollec tezisini Con F. Kennedinin Niyə İngiltərə yatır? kitabı haqqında yazmışdı.[11] Skeykl 1949-cu ildə Manhettenvili bakalavr dərəcəsi ilə bitirmişdir.[12][14]
Ailə həyatı
Robert Kennedi və Etel Skeykl 1950-ci ilin fevralında nişanlanmış, 17 iyun 1950-ci ildə evlənmişdilər. Nikahları Qrinviçdə Müqəddəs Məryəm Katolik Kilsəsində keçirilmişdir.[15]
1950-ci illərdə Robert F. Kennedi federal hökumətdə Birləşmiş Ştatlar Senatında bir məsləhətçi olaraq təhqiqatçı kimi fəaliyyət göstərmişdir.[16] Kennedilər Virciniya ştatındakı bir mülkü (Hikeri Hill) Robertin qardaşı Con və həyat yoldaşı Cekidən satın alırlar.[17] Robert və Etel Kennedi evlərində çoxsaylı toplantılar keçirir və özlərinin görkəmli və eklektik qonaqları ilə tanınırdılar.[18]
1962-ci ildə Prezident Kennedi Etel və Roberti 28 günlük xoşməramlı səfər çərçivəsində on dörd ölkəyə göndərdi. Səfər qeyri-rəsmi olsa da, səfər boyu ev sahibi dövlətlər cütlüyü Prezident və Birinci xanım kimi qarşılamışdılar.[19]
22 noyabr 1963-cü ildə Etel öz həyat yoldaşından Prezident Kennedinin sui-qəsdə məruz qaldığını öyrənir. Telefona cavab verən Etel zəng edənin Con Edqar Huver olduğunu görüb dəstəyi Robertə ötürür. Daha sonra Robert Etelə qardaşının öldürüldüyü xəbərini verir. FTB-nin rəhbəri daha əvvəl Baş Prokurorun evinə zəng etməmişdi. Deyilənə görə, Etel sui-qəsd xəbərindən sarsılmış və Prezident Kennedinin uşaqları üçün narahat olmuşdu.[20]
Etel həyat yoldaşını 1968-ci il Prezident seçkilərində iştirak etmək üçün Demokratik partiyaya daxil olmağa vadar edir. Bioqraf Evan Tomas onu Robert F. Kennedinin "Ağ Ev uğrunda yarışda ən ardıcıl müdafiəçisi" kimi təsvir edirdi.[21]
Robert F. Kennedinin qətli
1968-ci il iyunun 5-i gecə 12:00-dan bir qədər keçmiş Robert F. Kennedi Sərxan Sərxan tərəfindən ağır yaralanır və ertəsi gün vəfat edir. ABŞ Prezidenti Lindon Conson milli matəm günü elan edir. İyunun 19-da Etel, Consona əlyazma məktub göndərərək ona və həyat yoldaşı ABŞ-nin Birinci xanımı Ledi Börd Consona özünə və Kennedi ailəsinə göstərdikləri köməyə görə minnətdarlığını bildirir.[22] Yoldaşının qətlə yetirilməsinin ardından Etel Kennedi ictimaiyyətə bir daha əsla evlənməyəcəyini bildirir.[23] Bir müddət onu yeməklərdə, yığıncaqlarda və teatrlarda müğənni və ailə dostu Endi Vilyams müşayiət edir.[24]
Uşaqları
Robert və Etel Kennedilərin on bir övladı var: Ketlin, Cozef, Robert, Devid, Kortni, Maykl, Kerri, Kristofer, Maks, Duqlas və Rori.[23] Rori atasının qətlindən sonra dünyaya gəlmişdir.[25] Ketlin 1995-2003-cü illərdə Merilendin leytenant-qubernatoru kimi fəaliyyət göstərib.[26] Cozef 1987-1999-cu illərdə Massaçusets 8-ci konqres ərazisindən ABŞ Nümayəndələr Palatasının üzvü olub.[27]
Mediada Etel Kennedinin valideynliyi "qəribə", "mübahisəli",[28] "sərt sevgi",[29] "laqeyd"[30] və "əsəbi" kimi təsvir edilirdi.[31] 1997-ci ildə Kennedinin uşaqları haqqında məlumatların birində Vanity Fair "bir oğlunun narkotik maddədən istifadə həddini aşdığına görə dünyasını dəyişdiyini, digərinin heroin saxladığına görə tutulduğunu, Conun avtomobili diqqətsiz idarə etməsi ucbatından bir qızın ömürlük iflic olduğunu, eləcə də Kennedi qardaşlarının ümumən şit xarakterlərinin onları bəzən xoşagəlməz vəziyyətlə üz-üzə qoyduğunu" qeyd edirdi.[30] Bu qeydlər müvafiq olaraq Devid,[32] Robert[33] və Cozef[34][35] Kennedilər barədədir.
Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzi
Etel Kennedi 1968-ci ildə Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini (hazırda Robert F. Kennedi İnsan hüquqları adlanır)[36] qurmuşdur.
2001-ci ilin fevralında Kennedi İqualadakı həbsxanada Rodolfo Montiel və digər kəndli fəalı ziyarət etmiş, ABŞ ətraf mühit qrupu olan Syerra Klubunun adından Rodolfoya Çiko Mendes mükafatını təqdim etmişdi.[37]
2016-cı ilin martında Wendy's direktoru Nelson Peltzin Palm Biçdəki evinin önündə addımlayıb işçilərin maaşının artması üçün şirkəti hər funt pomidora görə bir sent əlavə ödənilməsinə inandırmağa çalışan yüzlərlə insanın arasında Etel Kennedi də var idi.[38]
2018-ci ilin sentyabrından Kennedinin qızı Kerri Kennedi Mərkəzin prezidentidir.[39]
Sonrakı həyatı
Kennedi 2009-cu ilin dekabrında Hikeri Hilli 8,25 milyon dollara satır.[40][41]
2008-ci ildə Demokratik Partiyanın ön seçimlərində Etel Kennedi Barak Obamaya dəstək verir.[42] O, Virciniya qubernatorluğuna namizəd Brayan Moran da daxil olmaqla, çox sayda siyasətçi üçün Hikeri Hilldə maliyyə vəsaitinin toplanmasını təşkil etmişdi.[43] Kennedi 2008-ci ilin iyununda Hikeri Hilldə Obama üçün 6 milyon dollarlıq vəsaitin toplandığı qonaqlıq vermişdi. 28,500 dollarlıq bir şam yeməyi, keçmiş Demokrat prezidentlik namizədi və Demokratik Milli Komitənin sədri Hovard Dinin rəhbərliyi ilə təşkil edilmişdi.[44]
2012-ci ildə Kennedi özü haqqında sənədli filmə çəkilir. Filmin rejissoru sonbeşiyi, qızı Rori idi. Etel adlanan filmdə Kennedinin siyasətə daxil olduğu ilk illər, Robert F. Kennedi ilə birlikdə keçən həyatı və onun ölümündən sonra a on bir övladını təkbaşına böyütməsindən danışılır. Film Etellə keçirilən müsahibələri, ailə videolarını və arxiv şəkillərini təqdim edir.[28]
2014-cü ilin avqustunda yan amiotrofik skleroza maliyyə yardımının edilməsi və xəstəlik barədə məlumatlılığın artırılması məqsədilə Kennedi Prezident Barak Obamanı buzlu vedrə yarışına qoşulmağa çağırmışdı. Obama yarışdan iştirakdan imtina etmiş və Etel Kennediyə öz minnətdarlığını bildirərək xəstəlikdən əziyyət çəkənlərə maliyyə vəsaiti ayırmışdı.[45][46]
2014-cü ildən etibarən Kennedi yayları Floridada, qışı isə Massaçusetsdə Keyp Kod yarımadasında keçirir.[47]
Xatirəsi və mükafatları
1981-ci ildə Prezident Ronald Reyqan Ağ Ev Qızılgül Bağında Kennedini Robert F. Kennedi medalı ilə təltif etmişdir.[48]
2014-cü ildə Anakostiya çayı üzərindəki körpü Vaşinqton şəhərində göstərdiyi sosial fəallığa və ətraf mühitlə bağlı apardığı təbliğata görə onun şərəfinə Etel Kennedi Körpüsü adlandırılmışdır.[49]
Həmçinin 2014-cü ildə Prezident Obama tərəfindən həyatını "sosial ədalət, insan hüquqları, ətraf mühitin qorunması və dünyadakı dəyişikliyə təsir etmək üçün saysız-hesabsız ümidlər yaratmaqla yoxsulluğun azaldılmasına həsr etməsi" səbəbindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir.[50][51]
İstinadlar
- Lundy D. R. Ethel Skakel // The Peerage (ing.).
- Ethel Kennedy // GeneaStar.
- Kindred Britain.
- Seelye, Katharine Q.; Martin, Jonathan. "Granddaughter of Robert F. Kennedy Dies After Overdose at Family's Compound". August 1, 2019. August 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019 – NYTimes.com vasitəsilə.
- Schlesinger, Arthur Meier Jr. (2002). Robert Kennedy and His Times. Houghton Mifflin Harcourt, p. 87
- "A Dynasty Strained". The New York Times. November 19, 2013. September 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2019.
- David, Lester. Ethel: The Story of Mrs. Robert F. Kennedy. World Publishing Company. 1971. səh. 4.
- Sheenan, Susan. "Heaven Still Has Pearly Gates, Angels, For Ethel". The Palm Beach Post. November 3, 1969. səh. C-4. September 25, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 8, 2019.
- Hilty, James. Robert Kennedy: Brother Protector. Temple University Press. 2000. səh. 54. ISBN 1-439-90519-3.
- "Home : SGL Group – The Carbon Company". September 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2014.
- "Ethel Skakel Kennedy - JFK Library". www.jfklibrary.org. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- "Kennedy, Ethel (1928—) - Encyclopedia.com". www.encyclopedia.com. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- News, A. B. C. "The Last Kennedy: A Closer Look at Jean Kennedy Smith". ABC News. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- "Ethel Kennedy". Biography. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- "On This Day: Robert F. Kennedy and Ethel Skakel marry in 1950". IrishCentral.com. June 17, 2019. August 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2019.
- ""Chapter 18. Records of Senate Select Committees, 1789–1988." In Guide to the Records of the United States Senate at the National Archives, 1789–1989: Bicentennial Edition. (Doct. No. 100-42) Robert W. Coren, Mary Rephlo, David Kepley, and Charles South, eds. Washington, D.C.: National Archives and Records Administration, 1989". 25 October 2010. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.
- Rasmussen, Frederick N. "Ethel Kennedy selling Hickory Hill". baltimoresun.com. 2019-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- Leonard, Mary. "'Shock' over plan to sell RFK home". The Boston Globe. October 21, 2003. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2019.
- Oppenheimer, Jerry. The Other Mrs. Kennedy : An Intimate and Revealing Look at the Hidden Life of Ethel Skakel Kennedy. St. Martin's Paperbacks. 1994. səh. 287.
- Oppenheimer, p. 352.
- Evan Thomas. Robert Kennedy: His Life. Simon & Schuster. 2002. səh. 23. ISBN 978-0743203296.
- Califano, Joseph A. The Triumph & Tragedy of Lyndon Johnson: The White House Years. Touchstone. 2015. səh. 304. ISBN 978-1476798790.
- "Who is Ethel Kennedy? Facts you need to know". IrishCentral.com. 28 June 2018. 4 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
- Brownstein, Bill. "A fascinating portrait of Ethel Kennedy". www.montrealgazette.com. 2019-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- Writer, Lisa Anderson, Tribune Staff. "A CHILD OF TRAGEDY POSTPONES HER WEDDING". Chicago Tribune. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- staff, CNBC com. "Former President George H.W. Bush to vote for Hillary Clinton: Politico". CNBC. 20 September 2016. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
- "'Kennedy' Name Returns To Congress As Joe Kennedy III Wins 4th District". CBS Local. 6 November 2012. 27 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
- "A Mother with Moxie:A New Documentary Explores the Life of Ethel Kennedy by Her Filmmaker Daughter". Vogue. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- "RFK Jr. Paints Surprising Portrait Of Mom, Ethel: 'Her Love Didn't Always Feel Unconditional'". People. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- Shnayerson, Michael. "Bobby's Kids". Vanity Fair. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- "Ethel Kennedy, Behind a Brave Front, Fought to Maintain a Dynasty and a Home". People. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- Stuart, Reginald; Times, Special to The New York. "3 Drugs Are Blamed in David Kennedy Case". The New York Times. 17 May 1984. 3 July 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
- Upi. "Robert Kennedy Jr. Faces Charge of Heroin Possession in S. Dakota". The New York Times. 17 September 1983. 4 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
- Washingtonian, BARBARA MATUSOW, The. "JOE KENNEDY EXAMINED FOR SIGNS OF PROMISE". Sun-Sentinel. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
- "Joseph Kennedy Is Found Guilty Of Negligence in Road Mishap". The New York Times. 21 August 1973. 9 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.
- Library, C. N. N. "Ethel Kennedy Fast Facts". CNN. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
- "Ethel Kennedy visits activists". The Irish Times. February 9, 2001. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019.
- "Ethel Kennedy leads farmworkers' protest near home of Wendy's billionaire chairman". Associated Press. March 13, 2016. September 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019.
- Mays, Jeffery C. "500 Women and Teenagers to Be Bailed Out From Rikers by Human Rights Group". 19 September 2018. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2019 – NYTimes.com vasitəsilə.
- Clymer, Adam; Jr, Don Van Natta. "Family of Robert F. Kennedy Rethinks His Place at Library". 11 July 2011. 17 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2019 – NYTimes.com vasitəsilə.
- "Tech entrepreneur's renovation of Hickory Hill signals new business guard remaking D.C." Washington Post. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
- "Ethel Kennedy Endorses Barack Obama". Barackobama.com. 2008-02-02. 2008-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-02.
- "Kennedy Matriarch to Host Moran Event". The Washington Post. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
- "$6 million dollar fundraising dinner for Barack Obama". NY Daily News. 2011-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.
- Itkowitz, Colby. "UPDATED: Obama nominated by Ethel Kennedy to do ice bucket challenge". Washington Post. August 11, 2014. November 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019.
- Laura Stampler, Obama Declines Ice Bucket Challenge Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine, Time (August 12, 2014).
- "Ethel Kennedy still the pillar of strength for her family". www.news-gazette.com. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
- Weisman, Jonathan. "JFK Jr. visited White House at invitation of Nixon, Reagan". The Baltimore Sun. July 24, 1999. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.
- "Ethel Kennedy Bridge is dedicated, at long last". Washington Post. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.
- "President Obama Names Recipients of the Presidential Medal of Freedom". The White House. 11 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.
- "Obama awards Presidential Medal of Freedom to 18". San Francisco Chronicle. İstifadə tarixi: 24 November 2014.
Xarici keçidlər
- Etel Kennedi — IMDb səhifəsi
- Sənədli film – Etel (2012)