Etanolamin

Etanolamin- HO-CH2CH2-NH2 -

Etanolamin
Ümumi
Kimyəvi formulu C2H7NO
Molyar kütlə 61,08q/mol q/mol
Fiziki xassələri
Sıxlıq 1,012 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 10,3 °C °S
Qaynama nöqtəsi 170 °C °S
Öz-özünə yanma temperaturu 450 °C
Buxarın təzyiqi 0,4 ± 0,1 mm Hg[1]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 9,5 ± 0,01[2]
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,4539
Təsnifatı
CAS-da qeyd. nöm. 141-43-5
PubChem
RTECS KJ5775000
ChEBI 16000
ChemSpider

(2-aminoetanol, trivial adı kolamin), sadə stabil aminospirtdir, birli amin və birli spirtdir.

Dietanolamin - (NH(CH2CH2OH)2)

və trietanolamin kimi (N(CH2CH2OH)3)

bu maddə də monoetanolamin adlandırılır.

Fiziki xassəlləri

Qatı yağvarı mayedir (T qayn. 170 oC), zəif amin iylidir, su ilə bütün nisbətlərdə qarışır. Etanol, benzol, xloroformda yaxşı həll olunur.

Alınması

Sənayedə etanolaminin alınması ammoniumun etilenoksidə birləşməsi ilə az miqdarda suyun iştirakıyla həyata keçirilir. Proses 1 mərhələlidir, 90-130 oc və 710 Mpa təzyiqdə aparılır. Nəticədə 78.3 % mono-, 16 % di- və 44% trietanolamin alınır.

Kimyəvi xassələri

Etanolamin- zəif əsaslıdır. Mineral və güclü üzvi duzlarla duzlar əmələ gətirir. Mürəkkəb efirlər və karbon turşuları və ya anhidridlər və xloranhidridlərlə monoetanolamin N-(2-hidroksietil)amid duzlarına çevrilir. Monoetanolamin aldehidlərlə (formaldehid istisna olmaqla) və ketonlarla Şiff əsasini əmələ gətirir. Əsasən oksazolidinin izomerləri ilə tarazlıq yaradır:

Monoetanolaminin duzları KCN və ya NaCN ilə aldehid və ketonlarla N-(hidroksietil)aminonitrillər əmələ gətirir.

Monoetanolaminin CS2 ilə reaksiyasında N-(2-hidroksietil)ditiokarbamin turşusu alınır ki, bu da qızdırıldıqda merkaptotiazolin əmələ gətirir:

Moçevina ilə qızdırıldıqda etilenmoçevina əmələ gətirir:

y-butirolaktonla, N-(2-hidroksietil)pirrolidon, sonra isə N-vinilpirrolidona çevrilir:

Monoetanolaminin H2 və (Ni və Cu)-un katalizator kimi iştirakı ilə ammonolizi etilendiaminin əmələ gəlməsinə gətirib çıxarır.

 ::

Tədbiqi

Etanolaminin sulu məhlulları qələvi reaksiyalıdır, turş qazları yaxşı udma qabiliyyətinə malikdir, buna görə də etanolaminin məhlullarından adsorbent kimi müxtəlif qaz təmizləmə proseslərində (məs. neftqaz və neftkimya sənayesində )kükürdün, karbon turşusu və tiolların udulması üçün, saç rənglərində isə ammonium əvəzedicisi kimi istifadə olunur. Etanolamin taurinin sintezində ilkin maddə kimi istifadə edilir.

Mənbə

  • Кремлёв А. М., Менделеев Д. И.,. Этаноламин // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907
  1. http://www.cdc.gov/niosh/npg/npgd0256.html.
  2. Hall H. K. Correlation of the Base Strengths of Amines 1 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1957. Vol. 79, Iss. 20. P. 5441–5444. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01577A030
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.