Eskimos mətbəxi
Eskimos mətbəxi — qədim sivilizasiyaya malik olan Eskimosların milli yeməkləri.Eskimos mətbəxtini, dünyanın digər mətbəxtlərindən fərqləndirən ən önəmli cəhət bəzi yeməklərin çiy yeyilməsidir.
İnyupik mətbəxi
İnyupiklər avropalılarla qarşılaşmamışdan əvvəl öz mətbəxləri heç bir təsirə məruz qalmadan formalaşırdı. İnyupiklərin mətbəxində ən önəmli məmulat ətdir.Onlar əti niqipiaq yəni əsil yemək adlandırırlar (niqi 'yemək' + piaq 'əsil'). Eskimoslar bəzən yeməklərini çiy formada yeyirlər, bunun əsas səbəblərindən biri isə Eskimosların ulu nəsillərinin bir müddət od əldə edə bilməmələri və beləliklə, bəzi hallarda əti çiy yeməyə öyrəşmələridir.
- Maktak: Çiy formada yeyilən balina ətidir.Ətin üzərində mütləq balina yağı olur.Çiy formada yeyilməsinin əsas səbəbi, ətdə çoxlu vitaminlərin olması göstərilir.Eskimoslar vitaminli qidaları çox sevirlər.Yemək hazır olduqda Uunaalik adlanır.
- Quaq: Dondurulmuş formada yeyilən ət və ya balıq.Əsasən ovçuların səhər yeməyi olaraq istifadə edilir.Digər Eskimos xalqlarının dillərində nunavut inuktitut və ya nunavik inuttitut adlanır.
- Uiḷaq : Qurudulmuş ət.
- Mikigaq : Balina əti.Maktakın ət maşınından çəkilmiş forması.
- Igamaaqłuk : Fok yağında qızartılan qismən qurudulmuş ət.
- Igaapiaq : Qazanda qaynadılmaqla hazırlanan ət xörəyi.
- Akutuq : Əridilmiş maral yağı ilə nazik formada kəsilmiş maral ətinin birlikdə, eyni qabda qatışdırılmasından alınan yemək. Mövsümə görə yeməyə bəzi əlavələr etmək olar. Akutuq bəzən məşhur olan eskimos dondurması mənasında da işlənir.
Yupik mətbəxti
Şirniyyatlar-Qecirniirutet
- Akutaq
- Quagciq
- Qerpertaq
- Mak'aq
- Anllelget
- Ikiitulek
- Kemlek
- Tenguggluk
- Qanikcalek
- Tunulek
- Uqiinaq
Sibir Yupiklərinin mətbəxti
Sibir Yupikləri əsasən dəniz məhsulları ilə qidalanırlar.Ov zamanı əldə olunan Pərayaqlılar, balina, Morjlar kimi dəniz heyvanlarının ətləri qurudulur.Bəzi heyvanların ətləri çiy formada yeyilir ki, bu da ən çox balinaya aiddir.Səbəbi isə balinaın dərisində və ətində olan vitaminlərdir.Eskimoslar bəzən yosunları yeyirlər.[1][2] Eskimoslar həmişə yüksək kalorili və proteyinli yeməkləri yeməyə önəm verirlər.[3] Eskimoslar əsasən əti yaz-yay aylarında qurudur, daha sərt keçən qışda isə yerin altına basdırmaqla onun keyfiyyətini bir neçə aya kimi uzadırlar.[4]
İstinadlar
- "Edward J. Vajda, Siberian Yupik (Eskimo)". 2016-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-04.
- "ЭСКИМОСЫ Историческая справка Хозяйство и быт Духовная культура". 2007-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-04.
- Nobmann ED, Ebbesson SO, White RG, Schraer CD, Lanier AP, Bulkow LR. (1998) Arxivləşdirilib 2016-09-23 at the Wayback Machine, Dietary intakes among Siberian Yupiks of Alaska and implications for cardiovascular disease, Int J Circumpolar Health. 1998 Jan;57(1):4-17
- David O. Carpenter et all. (2005), Polychlrorinated Biphenyls in Serum of the Siberian Yupik People from St. Lawrence Island, Alaska, Int J Circumpolar Health 2005; 64(4):322-335.