Eskimo
Tarixi
Eskimonun yaranması haqqında iki versiya mövcuddur:
- Danimarkalı immiqrant, məktəb müəllimi və uşaqlar üçün olan şirniyyat mağazası sahibi Kristian Kent Nelson[3], bir dəfə təsadüfən bir dəstə dondurma üçün şokolad şəkəri tökdü[4]. Eskimonun yeni partiyası artıq partnyor Rassell Stover ilə birgə hazırlanmışdı. Yeni məhsula "Eskimo Pie" (ing. Eskimo Pie — "eskimo piroqu") adı verildi. 1920-ci ildə 25 min ədəd həcmində ilk sənaye partiyası buraxıldı.
- Pendir istehsal edən "Gervais" şirkətinin yaradıcısı Çarlz Gervais, Parisin kinoteatrlarından birində şokoladlı və çubuqda olan dondurma satmışdı. Həmin günlərdə eskimoslar haqqında "Şimallı Nanuk" sənədli filmi vardı. Kinoya baxanlardan birinin yüngül əliylə bu marka "Eskimo" adlandırıldı. Bu gün "Gervais" şirkəti "Danone" konserninə məxsusdur. Eskimonun indiki görünüşü yalnız 1935-ci ildə taxta çubuqda istehsal olunmağa başladı.
SSRİ-də eskimo
SSRİ-də eskimo 1935-ci ildə meydana çıxdı. Məlum olduğu kimi, bu zaman SSRİ xalq komissarları sovetində ərzaq üzrə təşəbbüsü A. Mikoyan göstərirdi. SSRİ incəsənətinin müxtəlif sahələrində eskimo dondurması öz əksini tapmışdır. Məsələn, Lazar Laginin yazdığı eyniadlı əsəri əsasında 1956-cı ildə çəkilmiş Qoca Xottabıç filminin baş qəhrəmanı Həsən Abdurahman Xottabıç sirk zamanı çoxlu eskimo yeyir, Çeburaşka cizgi filmində "Timsah Genanın mahnısı"nda eskimo dondurmasının adı çəkilir.
Həmçinin bax
Xarici keçidlər
Vikianbarda Eskimo ilə əlaqəli mediafayllar var.
- History of the Eskimo Pie Arxivləşdirilib 2004-04-05 at the Wayback Machine
- Neilson Dairy history Arxivləşdirilib 2006-10-21 at the Wayback Machine
- U.S. Patent 1.404.539
- CoolBrands press release announcing sale of Eskimo Pie to Dreyer's Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine
- Revello Bars Arxivləşdirilib 2018-05-14 at the Wayback Machine
İstinadlar
- "Eskimo stays despite frosty reception". The New Zealand Herald. NZPA. April 22, 2009. August 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2011.
- "Tip Top Eskimo Pie – Fonterra Food Services – Products". Fonterra Food Services. 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
- "www.findagrave.com". 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- James T. Ehler. "Christian Kent Nelson: Who's Who in Food History". Foodreference.com. 1992-03-08. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.