Esays van de Velde
Esays van de Velde (nid. Esaias van de Velde; 17 may 1587, Amsterdam, Hollandiya qraflığı – 18 noyabr 1630[1][2], Haaqa) — Van de Velde ailəsindən olan holland rəssamı və qravüraçısı.
Esays van de Velde | |
---|---|
nid. Esaias van de Velde | |
| |
Doğum tarixi | 17 may 1587 |
Doğum yeri | |
Vəfat tarixi | 18 noyabr 1630[1][2] (43 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, rəssam-qravüraçı[d], qrafika ustası[d] |
Janr | peyzaj |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Antverpenli rəssam Hans van de Veldenin oğlu Esays 17 may 1587-ci ildə vəftiz olunub. Dövrün məşhur rəssamları Qilis van Koninqslo və David Vinkbunsun yanında təhsil alıb. 1612-ci ildə Müqəddəs Luka Gildiyasının ustası olub.[3] Haarlemdə cəmi bir neçə il işləsə də, 1610-cu ildən 1618-ci ilə qədər Esays van de Velde Hollandiya mənzərəsinə yeni, emosional aspekt təqdim edən Haarlem rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur. Ayrı-ayrı insan fiqurları olan mənzərələrdən əlavə, Esays vedata və məişət janrında rəsmlər çəkib.
Esays van de Veldenin sonrakı işi kompozisiyaları və parlaq rəngləri ilə seçilir. Rəssam bir çox döyüş rəssamları nəsilləri üçün örnək olan süvari döyüşlərini, döyüş səhnələri və duelləri üslubunda olan batal janrında rəsmlər çəkmişdir.[4] O, Oranj şahzadələri (Hollandiya monarxları) Moritz və Frederik Henrinin saray rəssamı idi.[5]
Esays van de Velde öz məktəbini yaradaraq, özündən sonra dərin iz qoymuşdur. Onun tələbələri arasında Yan van Qoyen, Piter de Nijn, Yan Asselin, Piter van Layer və başqaları olub. Esays van de Velde tərəfindən hazırlanmış çoxlu sayda qravür günümüzə qədər gəlib çatmışdır. 18 noyabr 1630-cu ildə Haaqada vəfat edərək dəfn edilmişdir.[3]
Qalereya
- Şəhərin mərkəzi meydanında qış əyləncəsi. 1618-ci il. Köhnə Pinakotek. Münhen
- Qışda ferma. Esays van de Velde, 1624-cü il.
- Qız mənzərəsi. 1623-cü il. London Milli Qalereyası. London
- Zirikseyə mənzərə.
- Gecə alov içində kənd, yağlı boya, 1620-ci il
- Döyüş səhnəsi. Ermənistan Milli Rəsm Qalereyası
İstinadlar
- Esaias van de Velde // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- The Fine Art Archive. 2003.
- Robinson, William W. Drawings from the Age of Bruegel, Rubens, and Rembrandt: Highlights from the collection of the Harvard Art Museums. Cambridge, Mass.: Harvard Art Museums. 2016. 293. ISBN 9780300208047.
- Esaias Vanden Velde biography in De Groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) by en:Arnold Houbraken, courtesy of the en:Digital library for Dutch literature
- Коллектив авторов, 1999
Ədəbiyyat
- А. Плюшар. en:Энциклопедический лексикон, том 8. — Типография А. Плюшара; С.-П., 1837 — с. 222 (Ванденвельде, Исаія).
- Коллектив авторов. Европейская живопись XIII—XX вв. Энциклопедический словарь. Российская академия художеств. М.: NOTA BENE, Искусство. 1999. ISBN 5-210-01390-1.
Xarici keçidlər
- Rijksmuseum, Amsterdam
- Allen Memorial Art Museum
- Biography and painting
- Works and literature on Esaias van de Velde
- Velde (van de Velde), Dutch painters family
- Vermeer and The Delft School, a full text exhibition catalog from The Metropolitan Museum of Art, which contains material on Esaias van der Velde