Erzyanlar

Erzyanlar[2][3] (erz. эрзят) — Mordvalara aid etnik qrup[1][4][5]. Ural ailəsinin Fin-Uqor şöbəsinin, Fin-Volqa sinfinin Erzyan Mordva qrupuna daxildirlər. Erzyanlar əsasən Mordoviyanın şərqində, Mokşa və Sura çaylarının hövzəsində, həmçinin VolqaAğıdel çayları arasındakı ərazilərdə yaşayırlar.

Erzyanlar
(erz. эрзят)
Milli geyimli erzyan qadınları
Ümumi sayı
400 min.[1]
Yaşadığı ərazilər
Rusiya Rusiya:
Dili

Erzyan dili, rus dili

Dini

Xristian (Provaslavlıq, Malakanlıq, Lüteranlıq), Erzyan inancı.

Qohum xalqlar

Mordvalar, Marilər

Etimologiya və tarix

Etimologiya

Erzya - xalqın öznün özünə verdiyi addır (endo-etnonim). Ehtimal ki, Erzyan feli “ersems” ilə əlaqəlidir. “Eryams” - yaşamaq (var olmaq, yaşamaq) felindən əmələ gəlmişdir.

Antropologiya

Erzyanlar da daxil olmaqla Baltik Fin dilli xalqların əksəriyyəti və Komi-Zıryanların bir hissəsi Avropoid irqinin Ağ-Baltik versiyasına aiddir. Mokşalar isə Ural irqinə və onun daxilində Mokşa subural alt tipə aid olunurlar[6].

Erzyan dilinin formalaşması

Dilçilər arasında üstünlük təşkil edən fikir ondan ibarətdir ki, yarım min il əvvələ qədər ortaq qədim mordva dili mövcud olmuşdur. Yarım min il əvvəl bu dilin artıq mokşa və erzyan dillərinə bölünməsi baş verir[7].

Milli bayramları

Erzyanların əsas xalq bayramı, Rasken Ozks (xalq duası) 10 iyul 2004-cü ildə atyan ezeminin (ağsaqqallar şurası) qərarı ilə 3 illik tezliyi ilə, iyulun ikinci şənbə günü Mordoviya Respublikasının Bolşeiqnatovski rayonunun Çukalı kəndində təşkil edilir. Sonuncu bayram 13 iyul 2019-cu ildə qeyd edilmişdir[8]. İllik Velen Ozks (kənd duası) iyulun sonunda keçirilir. Bu iki bayramdan əlavə olaraq, Erzyanlar arasında təqvimin daha çox qırmızı günləri var, lakin kənd yerlərində yaşayan bu xalqın kiçik nümayəndələri tərəfindən qeyd olunur.

16 aprel 1993-cü ildən etibarən ilk Erzyan professoru Anatoli Ryabovun doğum günündə[9] Erzyan dili günü qeyd olunur (erz. Эрзянь Келень Чи).

Həmçinin bax

İstinadlar

  1. Эрзя Arxivləşdirilib 2020-05-08 at the Wayback Machine статья в БРЭ
  2. Гл. ред. С. А. Кузнецов. Большой толковый словарь русского языка. Первое издание: СПб.: Норинт, 1998.
  3. Отв. ред. В. В. Лопатин. Русский орфографический словарь Российской академии наук. 2007
  4. Эрзя // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия . Под ред. Е. М. Жукова. 1973—1982.
  5. Эрзя // Энциклопедический словарь. 2009.
  6. Антропология современных финно-угорских народов / Рос. акад. наук, Ин-т этнологии и антропологии им. Н. Н. Миклухо-Маклая; отв. ред. А. А. Зубов Москва :2000
  7. "Вихляев В. И. Могильники мордвы III—V вв. и проблема единства древней культуры. Поволжская Археология. № 1 (19) 2017". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  8. "В Большеигнатовском селе Чукалы состоялся праздник эрзян «Раськень озкс», или «Родовое моление»". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  9. finugor.ru. 16 апреля отмечается День эрзянского языка — Эрзянь келень чи Arxivləşdirilib 2019-09-14 at the Wayback Machine (rus.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.