Ervin Köniq
Ervin Köniq (alm. Erwin König; XX əsr – 1943, Volqoqrad) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərməsi ehtimal olunan Almaniya snayperi. Ervin Köniqin doğum tarixi və şəxsi həyatı haqqında qaynaqlarda heç bir məlumat yoxdur. Sovet mənbələrinə əsasən Köniq Üçüncü Reyx tərəfindən Vasili Zaytsevi öldürmək üçün Stalinqrada göndərilmişdir. Hər iki synayper arasında 6 aya qədər davam etmiş duel nəticəsində 1942-ci ilin qışında Zaytsev, Köniqi öldürmüşdür. Bəzi mənbələrdə Köniqin adı Haynts Torvald şəklində göstərilmişdir. Üçüncü Reyxin arvixlərində isə nə Ervin Köniq, nə də Haynts Torvald adlı zabit qovluğu tapılmamışdır. Bu barədə olan ən real ehtimal, Ervin Köniqin döyüş əhvalını yüksəltmək məqsədi ilə sovet mətbuatı tərəfindən uydurulmasıdır.
Ervin Köniq | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XX əsr |
Vəfat tarixi | 1943 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Vermaxt |
Rütbəsi | mayor |
Döyüşlər |