Ervin Şredinger
Ervin Rudolf Yozef Aleksandr Şredinger və ya Şrödinger (alm. Erwin Rudolf Josef Alexander Schrödinger; 12 avqust 1887, Vyana – 4 yanvar 1961, Vyana) — avstriyalı nəzəriyyəçi-fizik, 1933-cü il Fizika üzrə Nobel mükafatı lauretı, Berlin, Oksford, Qrats, Gent universitetlərinin professoru, Dublinin Ali Tədqiqatlar İnstitutunun təsisçisi və direktoru. Kvant mexanikası və materiyanın dalğa nəzəriyyəsinin (ehtimalın dalğa funksiyası) müəllifi.
Ervin Şredinger | |
---|---|
alm. Erwin Rudolf Josef Alexander Schrödinger | |
| |
Doğum adı | Erwin Rudolf Josef Alexander Schrödinger |
Doğum tarixi | |
Doğum yeri | Vyana |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Vyana |
Vəfat səbəbi | vərəm |
Elm sahəsi | nəzəri fizika |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | Fizika üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir Fizika |
---|
Çoxobrazlı dinamikası: Şredinger tənliyi və Kleyn–Qordon tənliyi |
Qurucuları Maks Planck · Albert Eynşteyn · Nils Bor · Maks Born · Verner Heyzenberq · Ervin Şredinger · Paskual İordan · Volfqanq Pauli · Pol Dirak · Ernest Rezerford · Lui de Broyl · Şatyendranat Boz |
Bölmələri Tətbiqi · Eksperimental · Nəzəri Riyazi · Fizika fəlsəfəsi Kvant mexanikası (Kvant sahə nəzəriyyəsi · Kvant informasiyası · Kvant kompüteri) Elektromaqnitizm · Zəif qarşılıqlı təsir · Elektrozəif qarşılıqlı təsir Güclü qarşılıqlı təsir Atom fizikası · Hissəciklər fizikası · Nüvə fizikası Atom, molekul və optika fizikası Bərk cisimlər fizikası · Statistik Kompleks sistems · Qeyri-xətti dinamika · Biofizika Neyrofizika Plazma fizikası Xüsusi nisbilik · Ümumi nisbilik Astrofizika · Kosmologiya Qravitasiya nəzəriyyələri Kvant qravitasiyası · Hər şeyin nəzəriyyəsi |
Alimlər Vitten · Röntgen · Bekkerel · Lorens · Plank · Küri · Viyen · Mariya Küri · Zommerfeld · Rezerford · Soddi · Onnes · Eynşteyn · Vilçek · Born · Veyl · Bor · Şredinger · de Broyl · Laue · Boz · Kompton · Pauli · Uolton · Fermi · Yan Van-der-Vaals · Heyzenberq · Dyson · Zeyeman · Mozli · Hilbert · Hödel · İordan · Dirak · Viqner · Hokinq · P. U. Anderson · Lemetr · Tomson · Puankare · Uiler · Penruz · Milliken · Nambu · fon Neyman · Hiqqs · Han · Feynman · Yanq · Li Tzundao · Lenard · Salam · 't Hooft · Bell · Gell-Mann · Cozef Con Tomson · Raman · Breqq · Bardin · Şokli · Çedvik · Lourens · Zeylinqer · Qaudşmit · Ulenbek |
Kateqoriyalar Müasir fizika |
Həyatı
Ervin Şredinger Vyanada Rudolf Şredinger və Georgina Emili Brendin ailəsində anadan olmuşdur. 1898-ci ildə Akademik gimnaziyaya daxil olur. 1906-1910-cu illərdə artıq İ. Loşmidt, İ. Ştefan və L. Bolsman kimi alimlərin sayəsində nəzəri və eksperimental fizika üzrə kifayət qədər tanınan Vyana universitetində təhsil almışdır. Məhz burada L. Bolsmannın tələbələri F. Qazenorl və Frans Eksber kimi böyük alimlərin təsiri altında Şredingerin elmi dünyagörüşü formalaşır.
Şredinger Bolsman tərəfindən inkişaf etdirilmiş termodinamikanın ehtimal interpretasiyası ilə maraqlanır. 1929-cu ildə alim bunu belə xatırlayır:"Bu ideyalar dairəsi mənim üçün elmə ilk məhəbbət rolunu oynadı, başqa heç bir şey məni bu qədər məftun etmir, və yəqin ki, bundan sonra də etməyəcək". Doktorluq dissertasiyası çərçivəsində Şredinger rütubətli havada izolyator səthində elektrik keçiriciliyi məsələsi ilə məşğul olur.
Elmi fəaliyyəti
Universiteti bitirdikdən sonra, Şredinger Eksnerin assistenti işləyir. 1910-cu ildən etibarən Şredingerin dielektriklər, maqnetizmin kinetik nəzəriyyəsi, atmosfer elektrikliyi, (Qaytinger mükafatına layiq görülmüşdür) anormal elektrik dispersiyası nəzəriyyəsi, interferensiya hadisələri, Debay effekti nəzəriyyəsi və s. dair ilk nəşrləri işıq üzü görməyə başlayır.
Birinci Dünya Müharibəsinə bir neçə həftə qalmış Şredingeri ordu sıralarına çağırırlar. Cəbhə xəttində həlak olan F. Qazenorldan fərqli olaraq Şredingerin bəxti gətirir. Onu artilleriya zabiti qismində nisbətən sakit Cənub-Qərb cəbhəsinə (Triest rayonu) göndərirlər. Burda ona hətta fizika kurslarında qalmaq və Eynşteynin nisbiliyin ümumi nəzəriyyəsi ilə tanış olmaq da nəsib olur. 1918-ci ildə isə o bu mövzuda iki məqalə də nəşr etdirir.
Müharibədən sonra 1919-cu ilin payızında Şredinger M. Vindən Yen universitetində elektron və kvant nəzəriyyəsindən mühazirələr oxumaq təklifini alır. 1920-1921-ci illərdə Şredinger Ştutqart və Breslav universitetlərinin professoru işləyir, 1921-ci ildə isə Sürix universitetinin nəzəri fizika kafedrasına rəhbərlik edir. Ondan əvvəl isə bu kafedraya A. Eynşteyn, P. Debay və M. fon Laue başçılıq edirdi.
Şredingerə dünya şöhrəti gətirən isə onun 1926-cı il kvant nəzəriyyəsinə dair işləri olmuşdur. Maks Born sonralar „Onun nəzəri fizikada dalğa mexanikasına dair ilk altı işindən daha mühüm nə ola bilər?" demişdir. L. de Broylun elektron dalğaları nəzəriyyəsini daha da təkmilləşdirən Şredinger elektronların diskret vəziyyətini xüsusi rəqslər kim göstərmişdir. Beləliklə kvant məsələləri yeni bir istiqamət alaraq xüsusi qiymətlə və xüsusi funsksiyalar axtarışına yönəlir. Mikroobyektlərin vəziyyətini təsvir edən funksiya anlayışını daxil etməklə Şredinger materiyanın məşhur „dalğa tənliyini" – Şredinger tənliyini alır. Bu tənlik atom fizikasında Nyuton qnunlarının klassik mexanikada, Maksvel tənliklərinin klassik elekrodinamakida oynadığı rol qədər fundamental rol oynamşdır. Zamanın momentərindən birində funskiyanı bilməklə və Şredinger tənliyini həll etməklə zamanın digər momentləri üçün də bu funkiyanı almaq mümkündür. Funkiyanın özü yalnız mikrohissəciklərin vəziyyətinin ehtimal paylanmasının təsvir edir. Dalğa mexanikasını yaratdıqdan az sonra Şredinger bu mexanikanın Heyzenberq- Born-Yordan kvant mexanikasına ekvivalentliyini göstərmişdir. Bununla belə kvant nəzəriyyəsinin interpretasiyası kimi prinsipial məsələdə Şredingerin mövqeyi köhnəlmiş klassik anlayışları rədd edən Kopehnagen məktəbindən ayrılır. Sonralar Heyzenberq Şredingerlə faktiki olaraq yeni fizikanən əsasını qoyacaq müzakirələrini özünün „Hissə və tam" əsərində xatırlayır. Bu müzakirələr Nils Bor və Verner Heyzenberq tərəfindən müəyyən edilmiş kvant nəzəriyyəsi və onun fundamental prinsiplərinin daha dərindən dərk ediımsinə böyük töhfə vermişdir. Şredinger kvant nəzəriyyiyəsinin natamamlığını başa düşür və sonralar Kopenhagen interpretasiyasının mahiyyətini "Şredingerin pişiyi" kimi tanınan paradoksal forması ilə ifadə edir.
1933-cü ildə Şredinger Pol Dirakla birgə "atom nəzəriyyəsinin yeni formalarının kəşfinə görə" Nobel mükafatına layiq görülür. 1927-ci ildə o, Berlin Universitetinə Maks Plankın xələfi olaraq dəvət edilir. 1933-cü ildə faşızmin gəlişi ilə Şredinger Oksforda emiqrasiya etməli olur. 1936-38-ci illrədə vətənində, Qratsda qısamüddət dərs dedikdən sonra yenidən emiqrasiya edir. 1939-cu ildə İralndiyanın baş naziri İ. De Valerin dəvəti ilə Dublinə dəvət olunur və burada Ali Tədqiqatlar İnstitutunun əsasını qoyur. Şredinger qravitasiya nəzəriyyəsi, mezon nəzəriyyəsi, termodinamika, Born-İnfreld qeyri-xətti elektrodinamikası ilə məşğul olur, sahənin vahid nəzəriyyəsini yatarmağa cəhd göstərir. Şredinger nəinki böyük fizik-nəzəriyyəçi, eyni zamanda qeyri-adi istedadlı mütəfəkkir-filosof olmuşdur. O, altı dil bilir, antki və müasir filosofların əsələrinın əlyazmalarını sərbəst oxuyur, incəsənətlə maraqlanır və şer yazırdı. 1944-cü ildə Şredinger fizika və biologiyaya aid maraqlı əsərini – "Fizikin gözündə həyat nədir?" nəşr etdirir. 1948-ci ildə London universitet-kollejində "Təbiət və yunanlar" adlı kitabının əsasını təşkil edəcək yunan fəlsəfəsinə dair mühazirələr oxuyur. Onu daimə varlıq və şüur ("Ruh və materiya", Kembric, 1958), elm və cəmiyyət (Prusiya Elmlər Akademiyasına məruzə "Ətraf mühir elmi şərtləndirilibmi?" 1932, "Elm və humanizm", Kembridc, 1952) arasındakı qarşılıqlı əlaqə məsələləri narahat edir və təbiətin səbəbiyyatı və qanunları problemini müzakirə edir (məcmuələr: "Elm nəzəriyyəi və insan" Nyu-York, 1957, "Təbiət qanunu nədir?", Münhen, 1962).
Kitabları
- "Təbiət və Yunanlar" və "Elm və Humanizm" Kembridc universiteti nəşriyyatı (1996)
- "Kvant mexanıkasının interpretasiyası" Ox Bow Nəşriyyatı (1995)
- "Statistik termodinamika" Dover Nəşrləri (1989)
- "Yığma əsələri" Friedr. View & Sohn (1984)
- "Dünyaya baxışım" Ox Bow Nəşriyyatı (1983)
- "Genişlənən kainat" Kembridc universiteti nəşriyyatı (1956)
- "Məkan-Zaman quruluşu" Kembridc universiteti nəşriyyatı (1950)
- "Həyat nədir?" Macmillian (1946)