Erotika

Erotika və ya Erotizm sözü qədim yunan mifologiyasındakı məhəbbət ilahı sayılan Erosun adından götürülmüşdür[1]. Sözün geniş mənasında həm iki cinsin (yəni kişiqadın) cinsi yaxınlığındakı, həm də bütün insanların arasında mövcud olan dostluq və sevgi formasındakı eşqin bütün növlərini əhatə edir. Amma bu söz zaman keçdikcə öz ilkin mənasını tamamilə itirmişdir. Bu gün erotik deyincə ağıla gələn cinsi ehtiyacların fiziki və mənəvi ölçüləri və cinsi eqoları təmin etmək məqsədilə edilən hərəkətlər, davranışlar, oyunlar, moda və incəsənət kimi ictimai hadisələr başa düşülür. Bu anlayışına görə də, hal-hazırkı dövrdə erotika və ya erotizm sözünün mənası cinsi ehtiyacların sərhədlərini keçmir. Erotizm anlayışı pornoqrafiyaya yaxın olsa da, pornoqrafiya sərhəd tanımaması ilə erotikadan fərqlənir.

İstinadlar

  1. "Эротика, эротизм". Оксфордский толковый словарь общей медицины. 2002. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.