Eromanga Sensei
Eromanga Sensei (エロマンガ先生, azərb. Eromanqa-sensey) — Tsukasa Fuşimi tərəfindən yazılmış və Hiro Kanzaki tərəfindən illüstrasiya edilmiş Yaponiya ranobe seriyası. "ASCII Media Works" 2013-cü ilin dekabr ayından bəri "Dengeki Bunko" möhrü ilə seriyanın 13 cildini nəşr etmişdir. 2014-cü ilin may ayında Rin tərəfindən illüstrasiya edilmiş manqa adaptasiyası nəşr olunmağa başlamışdır. "A-1 Pictures" studiyasının istehsal etdiyi bir anime adaptasiyası 2017-ci ilin aprel ayından iyun ayına qədər yayımlanmışdır.
Eromanga Sensei | |
Ranobenin I cildininin üzlüyü. Burada Saqiri (solda) və Masamune (sağda) təsvir olunub. | |
エロマンガ先生 | |
---|---|
Janr | Romantik komediya[1] |
Manqa | |
Manqaka | Tsukasa Fuşimi |
Rəssam | Hiro Kanzaki |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | Kişi |
Nəşr tarixi | 10 dekabr 2013 – 10 avqust 2022 |
Cildlər | 13 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Tsukasa Fuşimi |
Rəssam | Rin |
Nəşriyyat | ASCII Media Works |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 27 may 2014 – h.h. |
Cildlər | 7 (cild siyahısı) |
Anime | |
Rejissor | Ryohey Takeşita |
Prodüsser | Şiniçiro Kaşivada Şoki Niva Kazuma Miki Noriko Kosukeqava Kozue Kananiva Tomoyuki Ovada |
Ssenarist | Tatsuya Takahaşi |
Bəstəkar | Tomoki Kikuya |
Studiya | A-1 Pictures |
Lisenziya | |
Kanal | Tokyo MX, MBS, TVA, GTV, GYT, BS11, AT-X |
Buraxılış tarixi | 9 aprel 2017 – 25 iyun 2017 |
Seriyalar | 12 (seriya siyahısı) |
Manqa | |
Nəşriyyat | ASCII Media Works |
Jurnal | Dengeki Daioh |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 27 iyul 2018 – 27 noyabr 2019 |
Cildlər | 3 |
Anime | |
Rejissor | Ryohey Takeşita |
Ssenarist | Tatsuya Takahaşi |
Bəstəkar | Tomoki Kikuya |
Studiya | A-1 Pictures |
Vaxt | hərəsi 24 dəqiqə |
Seriyalar | 2 |
Məzmun
Ranobe seriyasının məzmunu Masamune İzumi adlı ranobe yazmağı sevən və orta məktəbdə təhsil alan bir şagirdi əhatə edir. Rəssamlıq qabiliyyəti olmayan Masamunenin ranobelərini anonim partnyoru adətən şübhə doğuran pozğun rəsmlər çəkən "Eromanga Sensei" illüstrasiya edir. Marağı ilə təhsilini balanslaşdırmağa çalışan Masamune ailəsinin yeganə üzvü – kiçik ögey bacısı Saqiri İzumiyə dayəlik etməli olur. Psixoloji cəhətdən hikikomori olan Saqiri bir ildən uzun bir müddətdir ki, öz otağından çıxmır və Masamuneyə göstərişlər verir. Buna baxmayaraq, Masamune diqqətsizlik ucbatından anonim partnyorunun Saqiri olduğunu öyrənəndə, xüsusən də araya uğurlu bir şoco manqakası olan Elf Yamada girəndə onların bir-birlərinə olan münasibəti dəyişir.
Personajlar
- Masamune İzumi (和泉 正宗, Izumi Masamune)
- Səsləndirən: Yoşitsuqu Matsuoko[2]
Seriyanın baş qəhrəmanı. O, orta məktəbdə təhsil alan 15 yaşlı bir oğlandır. Orta məktəbin ilk illərində o, yazdığı ranobe seriyasına görə bir mükafat almışdır. Daha sonra Masamune Silverwolf of Reincarnation adlı bir ranobe seriyası yazır və illüstrator olaraq "Eromanga Sensei" adlı bir anonim rəssamı işə alır, ancaq onun öz ögey bacısı Saqiri olduğunu öyrənir.
- Saqiri İzumi (和泉 紗霧, Izumi Sagiri)
- Səsləndirən: Akane Fucita[3]
Seriyanın ikinci baş qəhrəmanı və "Eromanga Sensei" adınının daşıyıcısı. O, orta məktəbin birinci sinifində təhsil alan 12 yaşlı bir qızdır. O, öz otağını tərk etməyən bir hikikomoridir. Onun ehtiyaclarını ögey qardaşı Masamune qarşılayır. Saqiri daha sonra ögey qardaşını öz otağına dəvət edir və yavaş-yavaş dünyaya açılmağa başlayır. Masamune və bir neçə şəxsin onun "Eromanga Sensei" olduğunu bilməsinə baxmayaraq, danışıqlarda kimsə onu bu adla çağıranda o, duruxur və bu adda olan bir tanımadığını deyir. Seriyanın anime adaptasiyasında Saqirinin illüstrasiyaları Tiv tərəfindən çəkilmişdir.[4]
- Elf Yamada (山田エルフ, Yamada Erifu)
- Səsləndirən: Minami Takahaşi[5]
Elf Yamada 14 yaşlı populyar bir ranobe müəllifidir. Onun ranobeləri 2.000.000-dan çox nüsxə satmışdır. O, Masamunenun qonşusudur və lolita üslubundakı geyimlərinə görə şöhrət qazanmışdır. O daha sonra Masamuneyə qarşı romantik hisslər əldə edir və ona açılır. Elf Yamada onun təxəllüsüdür. Onun gerçək adı – Emili Qrencer (エミリー・グレンジャー, Emirī Gurenjā).
- Muramasa Sencu (千寿 ムラマサ, Senju Muramasa)
- Səsləndirən: Saori Onişi[5]
Muramasa uğurlu bir ranobe müəllifir. Onun ranobe seriyası cəmi 14.500.000 nüsxə satmışdır. O, Masamunenin "Silverwolf of Reincarnation" seriyasının azarkeşidir. Buna görə də Masamune seriyanı sona çatdıranda o çox məyyus olur. Murasama onu romantik komediya janrındakı seriyası yazmamağa çağırır, ancaq daha sonra Tenkayçi-Budokay müsabiqəsi zamanı uğursuz olduğunu anlayır. O, Masamuneyə aşiqdir, ancaq Masamune onun sevgililik təklifini rədd edir. Muramasa Sencu onun təxəllüsüdür. Onun gerçək adı – Şablon:Nihongo.
- Mequmi Cinno (神野 めぐみ, Jinno Megumi)
- Səsləndirən: İbuki Kido[5]
- Mequmi Saqirinin sinif yoldaşıdır və əvvəllər həvəskar bir model olub. O, Saqiri ilə yaxından dost olmağa çalışır.
- Tomoe Takasaqo (高砂 智恵, Takasago Tomoe)
- Səsləndirən: Yui İşikava[5]
- Tomoe Masamunenin lokal bir kitab mağazasında yarı-müddətli işləyən dostudur.
- Ayame Kaqurazaka (神楽坂 あやめ, Kagurazaka Ayame)
- Səsləndirən: Mikako Komatsu
- Kaqurazaka Masamunenin və Muramasanın icraçı redaktorudur.
- Kris Yamada (山田 クリス, Yamada Kurisu)
- Səsləndirən: Seyiçiro Yamaşita
- Kris Elf Yamadanın böyük qardaşı və onun icraçı redaktorudur.
- Kunimitsu Şido (獅童 国光, Shidō Kunimitsu)
- Səsləndirən: Nobunaqa Şimazaki
- Şido Tenkayçi-Budokay müsabiqəsinin iştirakçılarından biridir, ancaq o, müsabiqədə ikinci yeri tutur. O, Masamunenin homoseksual olduğunu düşünür.
Media
Ranobe
Ranobe seriyası Tsukasa Fuşimi tərəfindən yazılıb və Hiro Kanzaki tərəfindən illüstrasiya edilib. Seriyanın I cildi 10 dekabr 2013-cü il tarixində "ASCII Media Works" tərəfindən "Dengeki Bunko" möhrü altında nəşr edilib.[1] 2022-ci ilin iyun ayından etibarən ranobe seriyasının 13 cildi nəşr edilmişdir.
№ | Başlıq | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|---|
1 | My Little Sister and the Sealed Room Imōto to Akazu no Ma (妹と開かずの間) | 10 dekabr 2013[6] | ISBN 978-4-04-866081-5 |
2 | My Little Sister and the Most Interesting Novel in the World Imōto to Sekai de Ichiban Omoshiroi Shōsetsu (妹と世界で一番面白い小説) | 10 may 2014[7] | ISBN 978-4-04-866531-5 |
3 | My Little Sister and Fairy Island Imōto to Yōsei no Shima (妹と妖精の島) | 10 oktyabr 2014[8] | ISBN 978-4-04-866937-5 |
4 | Eromanga Sensei VS Eromanga Sensei G Eromanga-sensei VS Eromanga-sensei G (エロマンガ先生VSエロマンガ先生G) | 10 mart 2015[9] | ISBN 978-4-04-869334-9 |
5 | Sagiri Izumi's School Debut Izumi Sagiri no Hatsutōkō (和泉紗霧の初登校) | 10 sentyabr 2015[10] | ISBN 978-4-04-865381-7 |
6 | Ten Reasons to be Married to Elf Yamada-chan Yamada Erufu-chan to Kekkon Subeki Jū no Riyū (山田エルフちゃんと結婚すべき十の理由) | 10 mart 2016[11] | ISBN 978-4-04-865808-9 |
7 | Cohabitation Starting with Anime Anime de Hajimaru Dōsei Seikatsu (アニメで始まる同棲生活) | 10 avqust 2016[12] | ISBN 978-4-04-892249-4 |
8 | Masamune Izumi's Holiday Izumi Masamune no Kyūjitsu (和泉マサムネの休日) | 10 yanvar 2017[13] | ISBN 978-4-04-892597-6 |
9 | Sagiri's New Married Life Sagiri no Shinkon Seikatsu (紗霧の新婚生活) | 9 iyun 2017[14] | ISBN 978-4-04-892950-9 |
10 | Muramasa Senju and the Cultural Festival of Love Senju Muramasa to Koi no Bunkasai (千寿ムラマサと恋の文化祭) | 10 iyul 2018[15] | ISBN 978-4-04-893914-0 |
11 | My Little Sister's Pajama Party Imōtotachi no Pajama Pāti (妹たちのパジャマパーティ) | 10 yanvar 2019[16] | ISBN 978-4-04-912198-8 |
12 | Elf Yamada Reversal Victory Yamada Erufu-chan Gyakuten Shōri no Maki (山田エルフちゃん逆転勝利の巻) | 9 noyabr 2019[17] | ISBN 978-4-04-912892-5 |
13 | Eromanga Festival Eromanga fesutibaru (エロマンガフェスティバル) | 10 avqust 2022[18] | ISBN 978-4-04-914493-2 |
Manqa
Rin tərəfindən illüstrasiya olunan bir manqa seriyası 27 may 2014-cü il tarixində "ASCII Media Works" nəşriyyatının "Dengeki Daioh" jurnalında nəşr edilməyə başlamışdır.[19][20] 2018-ci ilin avqust ayından etibarən manqa seriyasının yeddi tankobon cildi var. Manqanı Şimali Amerikada "Dark Horse Comics" nəşr edir.[21]
Elf Yamada personajına həsr olunmuş bir spin-off manqa 27 iyul 2018-ci il tarixində "Dengeki Daioh" jurnalının sentyabr buraxılışında nəşr edilməyə başlamışdır.[22]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 10 noyabr 2014[20] | ISBN 978-4-04-866922-1 | 3 oktyabr 2018[23] | 978-1-50670-984-0 |
2 | 9 may 2015[24] | ISBN 978-4-04-865087-8 | 20 mart 2019[25] | 978-1-50670-985-7 |
3 | 9 yanvar 2016[26] | ISBN 978-4-04-865518-7 | 3 iyul 2019[27] | 978-1-50670-986-4 |
4 | 10 avqust 2016[28] | ISBN 978-4-04-892172-5 | — | — |
5 | 10 mart 2017[29] | ISBN 978-4-04-892718-5 | — | — |
6 | 7 oktyabr 2017[30] | ISBN 978-4-04-893431-2 | — | — |
7 | 9 iyun 2018[31] | ISBN 978-4-04-893849-5 | — | — |
Anime
Rejissorluğunu Ryohey Takeşitanın, ssenaristliyini Tatsuya Takahaşinin, prodüserliyini isə Şiniçiro Kaşivadanın etdiyi və "Aniplex" tərəfindən "A-1 Pictures" studiyasının animasiyası ilə istehsal edilən 12 seriyalıq bir anime televiziya adaptasiyası[3][32][2] 9 aprel 2017-ci il tarixindən[5][lower-alpha 1] 25 iyun 2017-ci il tarixinə qədər yayımlanmışdır. İki OVA seriyasının 2018-ci ildə yayımlanmağı planlaşdırılırdı,[34] ancaq onlar 16 yanvar 2019-cu il tarixində yayımlandılar.[35] Açılış mahnısı "Hitorigoto" (ヒトリゴト, azərb. Monoloq) "ClariS",[36] bağlanış mahnısı "Adrenaline!!!" (azərb. Adrenalin!!!) isə "TrySail" tərəfindən ifa olunmuşdur. Səkkizinci seriyada Akane Fucitanın ifa etdiyi "Natsuiro Koi Hanabi" (夏色恋花火, azərb. Gəl, fişənglərin yay rəngi) mahnısı verilib. "Aniplex of America" anime seriyasını Şimali Amerikada lisenziyalaşdırmışdır.[37]
№ | Başlıq | Orijinal yayım tarixi[38] |
---|---|---|
1 | "Mənim kiçik bacım və bağlanmış otaq" | 9 aprel 2017 |
Orta məktəbdə təhsil alan Masamune İzumi öz romançılıq karyerası ilə bir il əvvəl hikikomori olmuş bacısı Saqiriyə dayəlik etmək arasında balans yaradıb. Masamunenin kitabları populyar olanda onun "Eromanqa-seysey" təxəllüslü anonim illüstratoru ilə birlikdə ictimaiyyətdə görünməsi tələb olunur. Daha sonra Masamune Eromanqa-senseyin birbaşa efirini izləyir. O burada rəsmlər çəkir və onun qoca bir kişi olduğuna inanan azarkeşləri ilə danışır. Masamune İzumi Eromanqa-senseyin kiçik bacısı Saqiri olduğunu öyrənir. | ||
2 | "Adi həyatlı sinif nümayəndəsi və qorxmaz bir pəri" | 16 aprel 2017 |
Saqirinin sinif yoldaşı Mequmi Cinno Masamunein evinə ziyarət edir ki, Saqirini məktəbə aparsın. Saqiri bu təklifi rədd etdikdən sonra Masamune Mequmini yola salır. Həmin günün axşamı o, dostu Tomoe Takasaqonun işlədiyi lokal bir kitabxanaya gedir. Tomoe ona Elf Yamadanın yazdığı yeni kitabları göstərir, Masamune isə Elfin kitablarını satın alır. Masamune Elfin redaktoru Ayame Kaqurazaka ilə Eromanqa-senseyin Elfin yeni illüstratoru olması ilə bağlı mübahisə etdiyinə şahid olur. Ayame Elfin tələbini geri çevirir, Elf isə əsəbi halda oranı tərk edir. | ||
3 | "Çılpaq malikhanə və yıxılmış ustad" | 23 aprel 2017 |
Mequmi sinifin digər şagirdlərini Msamunenin evinə gətirir ki, Saqirini məktəbə geri gətirə bilsin, ancaq o, uğursuz olur. Daha sonra Saqirinin qonşu evdən gələn pianino səsləri barədə şikayətlənməsindən sonra Masamune Elfin qonşu evdə yaşadığını öyrənir. Masamune Elfin evinə ziyarət edir və onun məşhur bir müəllif olduğunu öyrənir. Buna görə də o, Elfin işləri barədə daha çox məlumat almağa çalışır. Onlar tezliklə dostlaşırlar, ancaq aralarındakı rəqabət hələ də qalır. Onlar Eromanqa-senseyin partnyoru olmaq üçün müsabiqəyə start verirlər. Daha sonra Saqiri Masamuneni onun Elf ilə olan münasibəti haqda yalan danışmaqla günahlandırır və onu otağından qovur. | ||
4 | "Eromanqa-sensey" | 30 aprel 2017 |
Müsabiqə Masamunenin qələbəsi ilə nəticələnir. Elfin əlyazması onunkindən daha yaxşı olmasına baxmayaraq, o, Eromanqa-senseyin Saqiri olduğunu öyrəndikdən sonra əlyazmasını parçalayır. Buna sevinən Masamune evə Saqirinin otağının eyvanına tullanaraq gedir. Narahat olan Saqiri Masamunenin onu Elf ilə əvəzləmək istədiyinə inanırdı. Buna görə də o, özünü otağında saxlayıb daha yaxşı rəsmlər çəkməyə başlamışdır. Masamune Saqiriyə həqiqəti açıqlayır və yazdığı əlyazmanı göstərir. Masamune əlyazmasını nəşr etmək istəyir ki, bununla o çoxlu böyük miqdarda pul qazana bilərdi. Daha sonra Saqiri otağının qapısını açıq və ilk addımlarını atır. | ||
5 | "Gəl kiçik bacımla bir ranobe planı hazırlayaq" | 7 may 2017 |
Saqiri Masamuneyə kiməsə aşiq olduğunu bildirir. Masamune də eynisini etmək istəyir, ancaq Saqirinin buna olan cavabından əmin deyil. Saqiri illüstrasiya praktikasına geri qayıdır. Bu zaman Masamuneyə Elfən bir zəng gəlir. Elfin redaktoru onun əldə etdiyi irəliləyişi yoxlamağa gəlib. Elf Masamuneyə bir müddət onun evində qalmaq üçün yalvarır. Qarşılığında o, Masamuneyə layihə təklifi hazırlamağı öyrədir. Masamune Saqirinin çəkdiyi illüstrasiyalara baxır və ilhamlanır. Saqiri bacısından daha gözəl qız modellər axtarmağı istəyir. Bu zaman Mequmi Masamuneyə zəng edir Saqiri barədə soruşur. Saqirinin Elflə dostlaşdığı öyrəndikdən sonra o, Saqiriylə dost olmaq üçün ranobelər oxumaq istəyir. | ||
6 | "Masamune İzumi və on milyon nüsxənin əzəli düşməni" | 14 may 2017 |
Mequmi Saqirinin ranobelərini borca götürmək üçün gözünün bağlanılmasını istəyir. Mequminin Saqirinin ranobelərini uğurla borca götürməsinə baxmayaraq, o, Saqiriylə dostlaşa bilmir. Bu zaman Samaune əlyazmasını yazıb-qurtarır və onu Ayameyə aparır. Ayame Masamuneyə onun kitabının sadəcə bir il sonra nəşr edilə biləcəyini bildirir. Buna səbəb ümumilikdə 14.500.000 nüsxə satmış Muramasa Sencunun ranobeləri üzrə priotetin olması idi. Narahat olan Masamune Saqiriyə yaranan maliyyə böhranı və yeni bir nəşriyyat axtarması barədə danışır. Əlavə olaraq, o, Saqiriyə normal bir həyat yaşamaq üçün xalasına mütəmadi olaraq, kitab nəşr etməsi vədini verdiyini də bildirir. Elf ilə nəşriyyat şirkətləri axtararkən Masamune kimono geyən qəribə bir qız ilə tanış olur. O, Ayamedən məsləhət almağa çalışan Masamuneyə qoşulur. Ayame Masamuneyə beş müəllif arasında gerçəkləşən bir müsabiqədən bəhs edir ki, bu müsabiqənin qalibinin əsəri setyabr ayında nəşr ediləcək. Masamune cəld bir şəkildə müsabiqəyə qoşulur. Bu zaman kimono geyən qız olduğu aşkarlanan Muramasa da müsabiqəyə qoşulur və Masamuneni məğlub edəcəyini bəyan edir. | ||
7 | "Mənim bacım və dünyanın ən maraqlı romanı" | 21 may 2017 |
Əsəbiləşən Masamune müsabiqənin qalibinin bu müsabiqənin məğlub olan iştirakçılarına istədiyi əmri verə biləcəyini deyir, Muramasa isə bu təklifi şadyanalıqla qəbul edir. Masamune və Saqiri birlikdə işləməyə başlayırlar. Masamune Elfdən həcmi 60 səhifədən az olacaq bir əsər yazmağını istəyir. Dörd gün davam edən praktikadan sonra, müsabiqənin sona çatmasına iki gün qala Muramasa Masamunenin evinə ziyarət edir. Muramasa onu təslim olmağa və yalnız onun üçün ranobelər yazmağa inandırmağa çalışır. Muramasa heç vaxt bir ranobeni maraqlı hesab etməmişdi. Buna görə də o, ranobelər yazmağa başlamışdır. Bu günə kimi onun maraqlı hesab etdiyi sadəcə bir ranobe olub ki, onu da Masamune yazıb. Muramasa Masamuneni məğlub etmək istədiyini və əsas seriyasını buraxıb yeni bir romantik komediya ranobe seriyası üzrə işlədiyini bağışlaya bilmədiyini deyir. Muramasa öz arzularını açıqlamağa başlayır. Muramasa Masamuneyə göndərdiyi bir azarkeş məktubunda onun əsərinə yüz xaldan bir milyon xal vermişdir. Buna görə də o, özünün yüz xaldan bir milyon xal verəcəyi bir əsər yazmağa çalışır. Daha sonra Saqiri gəlir. O, Muramasaya Masamunenin onun qardaşı olduğunu və onu heç kəsə verməyəcəyini bəyan edir. Masamune Muramasanın təklifini rədd edir ki, Muramasa Masamuneni məğlub edəcəyinə söz verir. Müsabiqə sona çatanda Muramasanın əlyazmasının həcmi 60 səhifədən daha çox olduğundan o, diskvalifikasiya edilir. Muramasa Masamuneyə ona aşiq olduğunu etirad edir, ancaq Masamune onu nəzakətlə rədd edir. Daha sonra Masamune Muramsadan bir məktub alır. | ||
8 | "Yuxugörən Saqiri və yay fişəngbazlığı" | 28 may 2017 |
Masamune Saqirini yukata geyərkən tapır. Saqiri nəticəyə gəlir ki, o, fişəngbazlıq festivalını görmək istəyir, ancaq otağını tərk etmək istəmir. Masamune Elfi, Muramasanı və müsabiqədə üçüncü yerə çıxan Kunimitsu Şidonu evinə, qonaqlığa dəvət edir. Qonaqlıq sona çatdqıdan sonra onların üçü fişəngbazlığı seyr etmək üçün evdən çıxırlar, ancaq Masamune bacısı Saqiri ilə fişəngbazlığı Saqirinin otağındakı pəncərədən izləmək üçün evində qalır. | ||
9 | "Mənim bacım və Pəri adası" | 4 iyun 2017 |
Masamunenin evindəki qonaqlıq zamanı Elf Masamuneni, Muramasanı və Kunimitsunu "Pəri adası"na səyahət etmək təklifini verir. Yamada ailəsinin sahibləndiyi bu adaya onlar "yazıçılıq düşərgəsi" bəhanəsiylə gedəcəkdilər. Elf və dostları adaya çatdıqdan sonra onlar Elfin böyük qardaşı və icraçı redaktoru Kris Yamada tərəfindən qarşılanırlar. "Pəri adası"nda Masamune daha çox ilham mənbəyi tapır, ancaq o, Elf və Krisin evlilik ilə Yamada ailəsinə qoşulmaq təklfini alır. Elf Masamuneyə öz gerçək adını bildirir (Emili Qrencer) və ona sadəcə evlilik təklifini verərkən həmin adla xitab etməsini istəyir. | ||
10 | "Masamune İzumi və gənc senpay" | 11 iyun 2017 |
Masamune Muramasaya "Silverwolf of Reincarnation" seriyası üçün bir sözardı yazacağına və onu Muramasaya verəcəyinə söz verir. Eyni zamanda Elf qardaşının mütəmadi nəzarətindən qaçıranaq bu vəziyyətdən oyun oynamaq üçün istifadə edir. Bu səuahət zamanı Muramasa Masamuneyə olan sevigisini ictimai bir şəkildə bəyan etdiyinə görə utanır və daha sonra artıq hekayələr yazmayacağını bildirir. Həmin gün, Masamune Muramasaya ona ən son gələn azarkeş məktublarından birini göstərir. O, orta məktəbdə təhsil alan Hana Umezono tərəfindən göndərilən məktubun və bunun kimin digər məktubların ona həvəs verdiyini deyir. Masamune yazı xəttlərini müqayisə edərək bu məktubları yazanın Muramasa olduğunu sübut edir, Muramasa isə bunu qəbullanır. Muramasa firkini dəyişir və Masamune ilə sevgililik münasibəti qurmaq üçün əlindən gələni etmək qərarını alır. | ||
11 | "Bu ikisi necə tanış oldu və gələcək bacı-qardaşlar" | 18 iyun 2017 |
Səyahətindən geri qayıdan Masamune Akihabaraya özünün və Saqirinin əsərinin debütünü izləmək üçün Akihabaraya getmək qərarını alır və bacısı ilə İP telefoniya vasitəsilə danışır. Yolda olarkən onlar xatirələri barədə danışırlar. Masamune anasının ölümündən sonra öz başını qatmaq üçün ilk dəfə roman yazdığı və internetdə yayımladığı vaxtı yada salır. O dövrdə Masamunenin əsərlərinin gözüdoymaz bir azarkeşi olan yeddi yaşlı Saqiri onun seriyasını illüstrasiyalarla təmin etmiş, ancaq öz kimliyini gizlətmişdir. Masamune və Sagirinin qarşılıqlı əlaqələri ikisinin də öz karyeralarını başlatmasına səbəb olmuşdur. Akihabara çatdıqdan sonra Masamune kitabın qəbulu ilə bağlı həyəcan keçirir, fəqət onun yanından keçən "Oreimo" ranobesindən olan bir qrup şəxs əsəri tərifləyir. Evə qayıdan Masamune Saqirini otağından çıxdığı halda gördüyündən təəccüblənir və o, Masamuneyə özünün otaqdan çıxması üçün aylarla sınaqdan keçdiyini bildirir. Onlar özlərinə yenidən söz verirlər ki, birlikdə irəli gedəcək və öz arzularını reallığa çevirəcəklər. | ||
12 | "Eromanqa festivalı" | 25 iyun 2017 |
Elf və Muramasa Masamunenin evinə gəlirlər. Onlar Masamunenin Pəri adasına getməsi üçün Saqiri ilə razılığa gəlmişdilər. Bunun qarşılığında onlar Saqiri üçün poza verəcəkdilər. Saqiri onların poza verdikləri əsnada illüstrasiylarını çəkərkən Tomoe Masamunenin evinə gəlir və ona onun son əsərindən ilhamlanan erotik bir docinşinin nüsxəsini verir. Saqiri Masamunenin yanına gəlir, nüsxəni onun əlindən alır və onu oxumağa başlayır. Nüsxəni oxuduqdan sonra o, öz vartiantını da hazırlamaq istəyir. Saqirinin variantını oxuduqdan sonra Masamune baş qəhrəmanın penisinin doğru çəkilmədiyini anlayır, ancaq bunu Saqiriyə başa sala bilmir, çünki o, bundan utanır. O, Mequmidən kömək istəyir, ancaq bunun da bir çarəsi olmuşdur. Muramasa Mikelancelonun "David" əsərinin bir eskizini göstərir ki, Masamunenin fikrini təsdiqləyə bilsin. Seriya Elf və Muramasanın evi tərk etməsi və Masamunenin Saqirini onları xoş bir şəkildə yola salmasını izləməsi ilə sona çatır. | ||
OVA 1 | "Elf Yamadanın sevgi mahnısı" | 16 yanvar 2019[35] |
OVA 2 | "Saqiri İzuminin ilk öpüşü" | 16 yanvar 2019[35] |
Qeydlər
- Birinci seriya 8 aprel 2017-ci il tarixində, saat 24:30-da yayımlanmışdır ki, bu da 9 aprelə təsadüf edir.[33]
İstinadlar
- "Oreimo Author's Ero Manga Sensei Light Novel Outlined". Anime News Network. 10 noyabr 2013. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2019.
- "Eromanga Sensei Anime Reveals Lead Voice Actor, Main Staff". Anime News Network. 27 sentyabr 2016. 2016-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2019.
- "Eromanga Sensei Anime Casts Akane Fujita as Sagiri Izumi". Anime News Network. 13 mart 2016. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2019.
- "Tiv's tweet". Twitter (yapon). 8 aprel 2017. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
アニメ「エロマンガ先生」、紗霧ちゃんのお仕事に協力させていただいてます。
- "Eromanga Sensei Anime Reveals April 2017 Premiere, More of Cast". Anime News Network. 2 oktyabr 2016. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生 妹と開かずの間". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(2) 妹と世界で一番面白い小説 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(3) 妹と妖精の島 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(4) エロマンガ先生VSエロマンガ先生G / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(5) 和泉紗霧の初登校 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(6) 山田エルフちゃんと結婚すべき十の理由 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(7) アニメで始まる同棲生活 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(8) 和泉マサムネの休日 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2017-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(9) 紗霧の新婚生活 / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(10) 千寿ムラマサと恋の文化祭". Dengeki Bunko (yapon). ASCII Media Works. 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(11) 千寿ムラマサと恋の文化祭". Dengeki Bunko (yapon). ASCII Media Works. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr.
- "エロマンガ先生(12) 山田エルフちゃん逆転勝利の巻". Dengeki Bunko (yapon). ASCII Media Works. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2022.
- "エロマンガ先生(13) エロマンガフェスティバル". Dengeki Bunko (yapon). ASCII Media Works. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2022.
- Qrin, Skott. ""Oreimo" Author's New Series Gets Manga Adaptation". Crunchyroll. 6 may 2014. 1 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(1) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- Ressler, Keren. "Dark Horse Comics to Release Eromanga Sensei Manga". Anime News Network. 4 aprel 2018. 2018-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- Ressler, Keren. "Eromanga Sensei's Elf Yamada Gets Her Own Spinoff Manga". Anime News Network. 25 may 2018. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Eromanga Sensei Volume 1 TPB". Dark Horse Comics. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(2) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Eromanga Sensei Volume 2 TPB". Dark Horse Comics. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(3) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Eromanga Sensei Volume 3 TPB". Dark Horse Comics. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(4) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(5) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(6) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2017-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "エロマンガ先生(7) / 電撃文庫公式サイト". Dengeki Bunko (yapon). ASCII Media Works. 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Oreimo Author's Eromanga Sensei Light Novels Get Anime". Anime News Network. 9 mart 2016. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Aniplex USA to Simulcast Eromanga Sensei on Crunchyroll, Daisuki, Anime Strike (Updated)". Anime News Network. 31 mart 2017. 2017-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Eromanga Sensei Gets Original Video Anime in 2018". Anime News Network. 12 noyabr 2017. 2017-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Eromanga Sensei OVA Reveals Details, January 16 Release". Anime News Network. 3 oktyabr 2018. 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "ClariS Performs Eromanga Sensei TV Anime's Opening Song". Anime News Network. 10 fevral 2017. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Aniplex USA to Simulcast Eromanga Sensei on Crunchyroll, Daisuki, Anime Strike". Anime News Network. 31 mart 2017. 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
- "Eromanga Sensei" (yapon). Tokyo MX. 2017-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
Xarici keçidlər
- eromanga-sensei.com — Eromanga Sensei ranobe seriyasının rəsmi saytı (yap.)
- eromanga-senseiusa.com — Eromanga Sensei ranobe seriyasının rəsmi saytı (ing.)
- dengekibunko.jp/title/eromanga/ — Eromanga Sensei ranobe seriyasının rəsmi saytı — Dengeki Bunko saytında. (yap.)
- daioh.dengeki.com/contents/eromanga/ — Eromanga Sensei rəsmi saytı — Dengeki Daioh saytında. (yap.)
- Eromanga Sensei (light novel) Anime News Network Ensiklopediyasında