Ernst Ruska

Ernst Ruska (alm. Ernst August Friedrich Ruska; 25 dekabr 1906[1][2][…], Heydelberq, Almaniya imperiyası[3]27 may 1988[1][2][…], Qərbi Berlin, Almaniya Federativ Respublikası[3]) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik.[5][6]

Ernst Ruska
alm. Ernst August Friedrich Ruska
Doğum tarixi 25 dekabr 1906(1906-12-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 may 1988(1988-05-27)[1][2][…] (81 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Great Cross with Star and Sash of the Order of Merit of the Federal Republic of Germany
Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1933-cü ildə Ernst Ruska tərəfindən hazırlanmış elektron mikroskop

Həyatı

Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi.

1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi.

1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı. Eyni zamanda, 1957-ci ildən təqaüdə çıxana qədər bu institutda və Berlin Texniki Universitetində professor vəzifəsində çalışdı.

1960-cı ildə Lasker mükafatını qazandı.[7] 1986-cı ildə elektron optikası sahəsindəki bir çox uğurlarına görə Fizika üzrə Nobel mükafatının yarısına layiq görüldü:[5] Herd BinniqHenrix Rorer, "Skanlama tünel mikroskopunu dizayn etdiklərinə görə" mükafatın dörddə birini qazandılar. 1988-ci ildə Qərbi Berlində vəfat etdi.

İstinadlar

  1. Ernst Ruska // Encyclopædia Britannica (ing.).
  2. Ernst August Friedrich Ruska // Brockhauz Ensiklopediyası (alm.).
  3. Deutsche Nationalbibliothek Record #118750437 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. https://www.leopoldina.org/fileadmin/redaktion/Mitglieder/CV_Ruska_Ernst_D.pdf.
  5. "The Nobel Prize in Physics 1986". Nobel Foundation. 17 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  6. Hawkes, Peter W. "Ernst Ruska". Physics Today. 43 (7). July 1990: 84–85. Bibcode:1990PhT....43g..84H. doi:10.1063/1.2810640. 2013-10-04 tarixində orijinalından arxivləşdirilib.
  7. Browne, Malcolm W. "Ernst Ruska, a German Nobel Prize Winner, Dies at 81". NY Times. 31 May 1988. 28 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2020.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.