Hernando de Soto

Ernando de Soto (isp. Hernando de Soto; XV əsr[1]21 may 1542[2][3][…]) — ispan dəniz səyyahı, konkistador.

Ernando de Soto
isp. Hernando de Soto
Doğum tarixi XV əsr[1]
Vəfat tarixi 21 may 1542(1542-05-21)[2][3][…]
Fəaliyyəti konkistador, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ernando de Soto 1498-ci ildə anadan olmuşdu. De Sotonun dəstəsi də Missisipi çayının mənsəbinə çatdıqdan sonra körfəzdəki ispan postuna gəlib çıxdı. De Leon və Narvayes kimi onlar da heç bir qızıl tapmadılar, qızıl əvəzinə xəstəlik və ölüm kimi həyatda axtarılmayan şeyi tapdılar.

De Soto Amerikada Xuan Ortiz adlı adamla tanış olmuşdu. O, on il idi ki, hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, onların hamısına ölümcül əzab verilmiş, Xuanın həyatını isə tayfa başçısının emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi. De Soto üç il çəkən böyük səfərə çıxmışdı və bu səfər onun ölümü ilə başa çatdı. Ondan qaçan hindu qəbiləsinin başçısına özünün dostcasına məramı barədə xəbər göndərdi, lakin başçı digər bir yeni Narvayesin gəlməsindən qorxurdu və heç bir cəhd onu gizləndiyi yerdən çıxara bilmədi. Qırmızı dərililər Şimalda çoxlu qızıl olduğunu bildirdilər. Bu onların hiyləsi idi ki, ağlar onların torpaqlarından çıxıb getsin. Adətən tuzemlər bu hiylədən tez-tez istifadə edirdilər və bu arzu edilən effekti verməkdə faydasız olmurdu. De Sotonun ordusu indiki Corciya ştatına gəlib çıxdı, Cənubi Karolinaya çatdı. Burada meyvə salxımları ilə yüklənmiş qəribə ağaclar, hər rəngdə olan güllər, saysız-hesabsız rəngarənglikdə bitkilər və otlar var idi. Burada Amerikaya məxsus olan heyvanlar və quşlar görünürdü. İspanlar isə qızıl axtarırdılar.

Hindular burada möhkəm tikilmiş evlərdə yaşayırdılar və torpağı becərirdilər. Onlar sivilizasiyalaşmış xalqlara yaxın idilər və bu səviyyə İspaniyadakı aşağı sinifdən olan adamlarınınkına bərabər idi. Hindu tayfa başçılarından biri de Sotonun dostluq barədəki təklifinə cavab olaraq demişdi: "Başqaları keçmiş illərdə sizin lənətə gəlmiş irsinizdən bizim sahillərimizi zəhərləmişdi. Onlar sizin kim olduğunuzu mənə bildirdilər. Budurmu Sizin işiniz? Bir torpaqdan başqasına avaralar kimi dolanmaqmı, kasıbları saymamaqmı, müdafiəsizləri öldürməkmi? Müharibə - budurmu hər şey. Onu mən xahiş edim?" İspan komandanı onun bu cəsarətinə və cavabındakı iti ağlına heyran qalmışdı. Yenə danışıqlara cəhd etsə də, hər şey əbəs idi.

İspan ordusu hindu ölkəsi Vitaçukoya gələndə de Soto başçı ilə dostlaşdı, lakin tərcüməçi Xuan Ortiz xəbər verdi ki, onlar bütün ordunu məhv etmək üçün qəsd hazırlayır. Həmin bədbəxt günə gəlib çatanda de Soto Vitoçukonun yanında gəzirdi. Başçını 12 nəfər silahlı hindu müşayiət edirdi. Döyüş ağların qələbəsi ilə başa çatdı. Ölənə yaxın qəbilə başçısı zərbə ilə de Sotonun sifətini eybəcər hala saldı.

Bir hindu kraliçasının ölkəsində isə onlar qızıl əvəzinə mis tapdılar, ispanlar bu vaxt öz işıqlı fantaziyalarından ayıldılar. Kraliça onlara hədiyyə kimi çoxlu mirvari verdi. Buranı tərk edəndə de Soto kraliçadan onları müşayiət etməyi xahiş etdi. Kraliça xahişi rədd etdi. İspan komandanı israr edərək, qadını əslində əsir götürdü. Çoxlu yaxşılıqlardan sonra bu qəddarlıq əlaməti idi, lakin de Soto qırmızı dərililərin xəyanətkarlığından qorxurdu. 1540-cı ildə onlar çayı keçib Corciyanın şimalına döndülər. Səfər vaxtı kraliça təxti-rəvandan tullanıb iti sürətlə qaçdı və meşədə gözdən itdi.

Alabamadakı döyüşdə isə minlərlə hindu öldürülmüşdü. İspanların da çoxu ölmüşdü və qaçanlar yaralanmışdı. Həmçinin 45 at öldürülmüşdü. De Sotonun budunu nizə parçalamışdı. O, at belində, yəhərdə otura bilmirdi. Mavisadakı döyüş isə Birləşmiş Ştatlar torpağında ağlarla hindular arasında olan ən böyük döyüş idi. De Soto ya geri çəkilməli, ya da ölməli idi. O, Missisipi çayını kəşf etməli idi. 1541-ci ildə nəhayət o, gözlərini bu böyük çaya dikdi. O, malyariya ilə xəstələndi. 21 may 1542-ci ildə de Soto ruhunu allaha tapşıraraq öldü, onun adamları isə 1543-cü ilin sentyabrında Meksika körfəzindən keçib ispan koloniyasına gəlib çıxdı. De Sotonun arvadı İzabella bir neçə il sonrakı ölümünə qədər ərinə yas saxladı.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.