Ermənistanda enerji
Ermənistada enerji — Ermənistan iqtisadiyyatının bir qolu.
2014-cü ilin sonunda ölkədə 7,75 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdir. Adambaşına istehlak təxminən 2037 kVt/saat təşkil edir[1].
2012-ci ilin məlumatlarına görə[2] ölkədə elektrik enerjisinin ən böyük payı istilik elektrik stansiyalarının (İrəvan və Razdan) — 42 %, ardınca su və külək elektrik stansiylarının — 29% -dən çox — və Metsamor Atom Elektrik Stansiyasının — 29% -dən az — payına düşür[3].
Tarixi
SSRİ dağılmazdan əvvəl Ermənistan enerji sistemi Zaqafqaziyanın vahid enerji sisteminin tərkib hissəsi idi. Bu da öz növbəsində SSRİ-nin vahid enerji sisteminin bir hissəsi idi. Ermənistanın enerji sektoru elektrik enerjisi ixracatçısı olarkən digər Sovet respublikalarından gətirilən yanacaqdan (qaz, yanacaq yağı, nüvə yanacağı) istifadə edirdi. 1960–1970-ci illərdə tikilən istilik elektrik stansiyaları (İES) və 1977-ci ildə işə salınan Metsamor Atom Elektrik Stansiyası (AES) regional əhəmiyyət daşıyırdı (bu xüsusilə AES-lərə aiddir).
1989-cu ildən bu yana Zaqafqaziyanın enerji sistemləri bölündü, lakin 1996-cı ildə ikinci nüvə enerji qurğusunun yenidən işə salınması, enerji sektorundakı struktur islahatları və İran-Ermənistan yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi qonşu ölkələrə, xüsusən də Gürcüstan və İrana elektrik enerjisi ixracına imkan verdi. Bu Gürcüstana elektrik enerjisi çatışmazlığını qismən ödəməyə, Ermənistan isə mövcud elektrik enerjisi istehsal gücündən istifadə etməyə imkan verir.
Ümumiyyətlə, Ermənistan hər il orta hesabla 7,6-7,8 milyard kVt/saat elektrik enerjisi istehsal edir ki, bunun da orta hesabla 6,2 milyard kVt/saatı elektrik şəbəkələrinə verilir. Elektrik enerjisi əsasən Ermənistandan İrana, az hissəsi isə Gürcüstan və işğal altında olan Qarabağa ötürülürdü. Həmçinin Qarabağda istehsal olunan elektrik enerjisi də Ermənistana ötürülürdü. 2016-2020-ci illərdə işğal altında olan Azərbaycan ərazilərindən Ermənistana ötürülən elektrik enerjisinin həcmi 4-5 dəfədən çox artaraq 48,1 milyon kilovatsaatdan 223 milyon kilovatsaata yüksəlmişdi. Ermənistana ötürülən elektrik enerjisinin artımı Qarabağda hər il tikilən yeni SES-lərlə şərtlənirdi. Onların istehsal etdiyi elektrik enerjisi daha ucuz idi. Əgər 2016-cı ildə Sərsəng SES-i və 13 kiçik SES işləyiribsə, 2020-ci ilin sentyabrına qədər Qarabağda qanunsuz fəaliyyət göstərən SES-lərin ümumi sayı 37-yə çatmışdı, bir sıra kiçik SES-lər isə tikilməkdə idi. 2020-ci ilin dekabrında isə bölgədən Ermənistana elektrik enerjisinin axını dayanıb. İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağdakı 37 su elektrik stansiyasından 29-u Azərbaycanın nəzarəti altında keçib. Müharibə başa çatdıqdan sonra Qarabağın dağlıq hissəsindən Ermənistana heç bir elektrik enerjisi ötürülməyib.[4]
Nüvə və istilik enerjisi
Əsas istehsal gücləri İrəvanda və qonşu Kotayk və Armavir bölgələrində yerləşir[5].
Nüvə enerjisi
Bu günə qədər Metsamor AES-ın yalnız bir qurğusu 2-ci blok (VVER-440 reaktoru növü) fəaliyyətdədir. Bunun əksinə olaraq 1988-ci ildə baş vermiş zəlzələdən sonra buxar generatorunun işləkliyini yoxladıqdan sonra belə 1-ci blok bərpa olunmadı.
Bir qurğunun quraşdırılmış istilik gücü 1375 MVt, elektrik enerjisi istehsalı isə 407,5 MVt təşkil edir. Metsamorda təmir kampaniyalarının müddətindən asılı olaraq orta illik elektrik enerjisi istehsalı 2,3–2,5 milyard kVt/saat arasında dəyişir[6]. 2014-cü ildə Metsamorun icazə verilən ömrü 2026-cı ilə qədər uzadıldmışdır[7].
Hal-hazırda Metsamor AES-ı tərəfindən təmin olunan istehsalın əvəz dəyəri təxminən 2,2–2,5 milyard dollardır. Quraşdırılmış blokun gücü indiki AES-dən 2 dəfə çox olan yeni nüvə elektrik stansiyalarının inşasının dəyəri 5–6 milyard dollara başa gələcəkdir.
İES
Ermənistanda 2 istilik elektrik stansiyası vardır:
- Razdan İES — illik elektrik enerjisi istehsalı 1214 milyon kVt/saat[8] (5-ci enerji bloku istisna olmaqla), gücü — 810 MVt (5-ci enerji bloku istisna olmaqla)[9], 1240 MVt (5-i daxil olmaqla) güc qurğusu)[10]
- İrəvan İES — gücü 227 MVt[11][12]
Layihə gücü 250 MVt və illik gücü isə 1,8–2 milyard kVt/saat elektrik enerjisi istehsalı olan yeni İES-in inşasına 2019-cu ilin iyul ayında İrəvanda başlanılmışdır. 250 milyon dollardan çox dəyəri olan tikinti işlərinin 2021-ci ilin payızına qədər başa çatdırılması planlaşdırılır. Zavod istismara verildikdən sonra elektrik istehsalının daha baha olduğu Razdan İES-in istismardan çıxarılması planlaşdırılır[13].
Bərpa olunan mənbələrdən enerji istehsalı
Ermənistanda elektrik enerjisi istehsalının perspektivli sektoru böyük potensialı və aldıqları elektrik enerjisinin nisbətən aşağı qiymətini nəzərə alaraq alternativ enerji mənbələrinin inkişaf etdirilməsidir. Bərpa olunan enerji mənbələrinin tədqiqi Ermənistanda bir sıra sahələrdə aparılır, bunlardan ən perspektivlisi hidroenergetika, külək, geotermal və günəş enerjisidir.
Hidroenergetika
Göyçə-Zəngi kaskadı və Bərgüşad kaskadları və kiçik su elektrik stansiyalarında elektrik enerjisinin istehsalı ildə 1500 milyon kVt/saat təşkil edir.
Ermənistanın texniki cəhətdən əlverişli su elektrik potensialı ildə 3200 milyon kVt/saat olaraq hesablanır. Mövcud 2 su elektrik stansiyasından — Göyçə-Zəngi və Bərguşaddan istifadə edərək və texniki cəhətdən mümkün olan 4 yeni Su Elektrik Stansiyasının inşası zamanı belə bir inkişaf əldə etmək mümkündür.
Digər mənbələrə görə, texniki cəhətdən mövcud potensial təxminən 7–8 milyard kVt/saata bərabərdir (≈ 30%). İki böyük çayın Bərgüşad və Zənginin texniki cəhətdən əlverişli potensialından demək olar ki, tamamilə istifadə olunur. Üçüncü nisbətən böyük çay sisteminin potensialı — Cəlaloğlu çayı üzərində yerləşən su elektrik stansiyası istisna olmaqla (26 MVt) istifadə edilmir.
Hidropotensialın tam istifadəsi ölkənin elektrik enerjisinə olan tələbatının 50% -dən çoxunu təmin edə bilər ki, bu da Ermənistanı enerji böhranlarından qoruyacaq, iqtisadiyyatın inkişafını təmin edəcək, dövlətin siyasi mövqeyini gücləndirəcəkdir. Bu əsasən su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin ən ucuz olması ilə əlaqədardır[14].
Yeni SES tikilməsi planları
Ermənistan Energetika Nazirliyinin proqramına əsasən, dövlət 2015-ci ilədək bir sıra iri su elektrik stansiyalarını istismara verməyi planlaşdırırdı:
- Mehri Su Elektrik Stansiyası. İllik gücü 100 milyon kVt/saat elektrik enerjisi istehsal edən stansiyanın layihə dəyəri 323 milyon dollardır.
- Loriberd Su Elektrik Stansiyası. İllik gücü 200 milyon kVt/saat elektrik enerjisi istehsal edən stansiyanın layihə dəyəri 80 milyon avrodur.
- Şnoxs Su Elektrik Stansiyası. İllik gücü 300–440 milyon kVt/saat elektrik enerjisi istehsal edən stansiyanın layihə dəyəri 100–140 milyon dollardır[15].
2018-ci ilə kimi bu obyektlərin heç biri həyata keçirilməyib.
Kiçik SES
2018-ci ildə Ermənistanda istehsal olunan elektrik enerjisinin 20% -ni təmin edən 184 kiçik su elektrik stansiyası fəaliyyət göstərmişdir. Elektrik enerjisinin dəyəri 30 drama yaxındır[16].
Baş nazirin sözlərinə görə, onlardan 150-si pozuntularla işləyir. Ermənistanın Təbiəti Mühafizə Naziri bütün su elektrik stansiyalarından su ölçmə cihazlarının quraşdırılması tələb olunduğunu qeyd etdi. Respublikada su istehlakını tam hesablamaq üçün başqa 2100 su axını sayğacını tətbiq etmək lazımdır[16].
Ermənistan Energetika Nazirliyi ümumi gücü 257 MVt olan və illik orta hesabla 770 milyon kVt/saata yaxın 325 kiçik su elektrik stansiyasını özündə cəmləşdirən "Kiçik Su Elektrik Stansiyasının Sxemi" layihəsini hazırlamışdır. 2010-cu ildə illik elektrik enerjisi 357 milyon kVt/saat olan 81 su elektrik stansiyası kiçik çaylarda işləyirdi. 2009-cu il üçün kiçik su elektrik stansiyaları haqqında məlumat:
- İşləyən 70 SES: 81 MVt, 278 milyon kilovat-saat
- Tikilməkdə olan 64 SES: 152 MVt, 548 milyon kilovat-saat
- 115 planlaşdırılmış SES: 147 MVt, 540 milyon kilovat-saat
Günəş ES
Ermənistan ərazisi günəş enerjisi üçün əhəmiyyətli bir potensiala malikdir. 1 m² üfüqi səthin orta illik dəyəri 1720 kVt / m² (Avropada bu göstərici 1000 kVt/m²) təşkil edir. Göyçə gölü hövzəsində günəş işığının rekord müddəti ildə 2800 saatdır. İl ərzində ölkə daxilində birbaşa məruz qalma payı da əhəmiyyətlidir — 65–70%, bu da konsentrat kollektordan istifadə baxımından kifayətdir.
Respublika ərazisinin 1/4 hissəsində günəş radiasiyasının intensivliyi ildə ən azı 1850 kVt / m²-dir.
İstinadlar
- "Об отрасли - EnergyClub.am". 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.
- "Что препятствует внедрению альтернативных источников электроэнергии в Армении?". 2013-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- "Arxivlənmiş surət" (PDF). 2019-11-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-07.
- Bağırov, Firuz. "İrəvana vurulan ağır zərbə| Müharibədən sonra Qarabağın dağlıq hissəsindən Ermənistana elektrik enerjisi ötürülüb? (ARAŞDIRMA)". Ordu.Az (ingilis). 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2022.
- "Tableau Public" (ingilis). public.tableau.com. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.
- "Мовсес Варданян: ААЭС заработает на полную мощность к концу 2018 года". РИА Новости (rus). 20180515T1200+0300Z. 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
- "Армянская АЭС будет эксплуатироваться ещё 10 лет, согласно новому договору Москвы и Еревана | Region TV — Северо-Кавказское телевидение". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
- Пятый энергоблок Разданской ТЭЦ в Армении будет сдан в эксплуатацию в 1-м квартале — Котлоторг
- "Технические описание станции". www.raztes.am. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-12.
- [http://www.usea.org/Programs/Blacksea/BSTP_%20Phase_II_Report%20_RUSSIAN.pdf Arxivləşdirilib 2011-11-09 at the Wayback Machine Programs | United States Energy Association
- "Ереванскую ТЭЦ подключили к энергосети Армении досрочно". 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
- "В августе начнется программа по техническому переоснащению «Ереванской ГЭС»" (rus). 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- "В Ереване стартовало строительство новой ТЭЦ стоимостью более $250 млн". ARKA News Agency. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-12.
- Golos Armenii — Энергетика — 2025
- "Кавказский Узел | Армения и Иран начнут строить Мегринскую ГЭС 15 июня 2012 года". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
- Sputnik. ""У Пашиняна неполная информация": почему ГЭС в Армении не могут позволить себе водомеры" (rus). ru.armeniasputnik.am. 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-19.