Ermənistan Kommunist Partiyası (1991)
Ermənistan Kommunist Partiyası (EKP; erm. Հայաստանի կոմունիստական կուսակցության, Hayastani Komunistakan Kusaktsutyun) — Ermənistanda özünü 1920-ci ildə qurulan və Ermənistan SSR-nin mövcud olduğu dövründə (1991-ci ilə qədər) hakimiyyətdə olmuş yeganə partiya olan Sov.İKP daxilində Ermənistan Kommunist Partiyasının hüquqi varisi hesab edən siyasi partiya. Ermənistanın əsas kommunist partiyasıdır, 2006-cı ildə onun 18 min üzvü var idi.[3] "Hayastani komunist" və "Pravda Armenii" qəzetlərini nəşr edir.
Bu məqalə 1991-ci ildə təsis edilmiş partiya haqqındadır. Ermənistan SSR-dəki siyasi partiya üçün Ermənistan Kommunist Partiyası səhifəsinə baxın. |
Lideri | Taçat Sarkisyan |
---|---|
Quruluş tarixi | 29 iyul 1991 (qeydiyyatdan keçmişdir) |
Baş qərargah | İrəvan, Ermənistan |
İdeologiya | Kommunizm |
İdeoloji spektr | solçuluq, İfrat solçuluq |
Müttəfiqlər | Ermənistanın Mütərəqqi Birləşmiş Kommunist Partiyası[1] |
Gənclər təşkilatı | Ermənistan Kommunist Gənclər İttifaqı |
Üzv sayı | 18,000[2] |
Parlamentdə |
0 / 105 |
Mətbuat orqanı | "Hayastani komunist" |
Saytı | Rəsmi saytı |
Tarixi
1920-ci ilin yanvarında Ermənistan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. 13 oktyabr 1952-ci ildə onun adı dəyişdirilərək Ermənistan Kommunist Partiyası olmuşdur. Ermənistan Kommunist Partiyasının 7 sentyabr 1991-ci ildə keçirilən XXX qurultayında partiyanın buraxılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, partiya sonradan bərpa olunmuşdur. 1991-ci ildən sonra müasir Ermənistanda Ermənistan Kommunist Partiyası I və II çağırış Ermənistan Milli Məclisinin tərkibində olmuşdur.[4]
- 1995-ci ildə II çağırış – partiya 15% səs toplamışdır (6 deputat mandatı).
- 1999-cu ildə II çağırış – partiya 12,09% səs toplamışdır (9 deputat mandatı).
- III (2003), IV (2007), V (2012) çağırış parlament seçkilərində partiya Ermənistan Milli Məclisinə daxil ola bilməmişdir.
İstinadlar
- "Армянские коммунисты объявили единый список кандидатов в депутаты". 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-10.
- Gevorgyan, Siranouish; Grigoryan, Marianna. "Red Remembrance: Bolshevik revolution anniversary kindles nostalgia for diehards". ArmeniaNow. 3 November 2006. 2014-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
- "Red Remembrance: Bolshevik revolution anniversary kindles nostalgia for diehards" // ArmeniaNow. 2016-10-10 tarixində arxivləşdirilib.
- "Коммунистическая партия Армении". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.