Azərbaycan–Ermənistan müharibəsi (1918–1920)
Azərbaycan-Ermənistan müharibəsi — 1918–1920-ci illərdə Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə. Faktiki olaraq, iki ölkə müstəqilliyininin qısa müddəti ərzində — 1918-ci və 1920-ci ildə iki Azərbaycan-Ermənistan müharibəsi baş vermişdir. Regionun ərazisində Osmanlı və Britaniya imperiyaları iştirak edirdi: Osmanlı İmperiyası Mudros müqaviləsindən sonra regionu tərk etsə də, Britaniyanın təsiri, xüsusilə Densterfors qüvvələri 1920-ci ilə qədər davam etdi. Müharibə kütləvi etnik təmizləmə və bölgədə demoqrafik vəziyyəti dəyişən mart qırğınları, Bakıda ermənilərin qırğını və Şuşa qətliamı kimi etnik zorakılıqlarla müşayiət olunurdu. Müttəfiq komandanlığın və bəzi hallarda Gürcüstan hökumətinin vasitəçiliyi uğurla nəticələnmədi və müharibə yalnız əvvəlcə Azərbaycan, sonra isə Ermənistan Milli Hökumətinin XI Qızıl Ordunun zərbələri altında süquta uğramasından sonra başa çatdı.
Azərbaycan-Ermənistan müharibəsi (1918-1920) | |||
---|---|---|---|
Tarix | 30 mart 1918-28 noyabr 1920 | ||
Yeri | Azərbaycan və Ermənistan | ||
Səbəbi | Azərbaycanla Ermənistanın qarışıq əhali olan ərazilərdə torpaq mübahisələri: Naxçıvan Muxtar Respublikası, Zəngəzur, Qarabağ | ||
Nəticəsi | Sovet qoşunları tərəfindən hər iki tərəfin ərazisi işğal olunmuşdur | ||
Ərazi dəyişikliyi | Araz Türk Cümhuriyyətinin süqutu | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Zəmin
1917-ci ilin oktyabrında Rusiyada baş vermiş oktyabr inqilabından sonra Azəbaycanda da milli-azadlıq hərəkatı başlandı və 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Zaqafqaziyada üç müstəqil respublika — Azərbaycan, Ermənistan və Gürcüstan yaradıldıqdan sonra Ermənistan öz sərhədlərinin genişləndirilməsinə çalışdı, mübahisəli əraziləri beynəlxalq təşkilatların müzakirəsinə məhəl qoymadan öz köhnə torpaqları kimi qələmə verməyə başladı. Erməni millətçi separatçı qüvvələri Qarabağın dağlıq hissəsi haqqında qaldırdıqları iddialarda Azərbaycan və Gürcüstan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq məqsədilə həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibəyə başladı.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin may ayında Qarabağın erməni icması 1918-ci ilin avqust və sentyabr aylarında keçirilən konqreslərində Azərbaycanın tərkibində qalmağı qərara almışdır.[1] Lakin İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər. Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada (şəhər əhalisinin 46 faizini azərbaycanlılar təşkil edirdi) keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın tərkibinə daxil olmaq məsələsi hələ açıq hallanmırdı. Ermənistan hökuməti Dağlıq Qarabağın işğalı planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi.[2]
Naxçıvan
Oktyabr inqilabından sonra Naxçıvanda erməni və müsəlman (Azərbaycan) komitələri yaradıldı. Tezliklə erməni və müsəlman komitələri qəzada Ermənistan-Azərbaycan birgə Komitəsinin simasında vahid hakimiyyət mexanizminin yaradılmasına nail ola bildilər. Oxşar komitə həmçinin Culfada da yaradıldı və orada nüfuzlu azərbaycanlılarla ermənilər iki xalqın mehriban qonşuluq münasibətlərini pozmağa, cəhdlərin qarşısını almağa və bu məqsədlə ehtiyac olduqda ölüm cəzasından da istifadə etməyə dair qərar imzalayıblar. Eyni zamanda Naxçıvanda və Culfada həm azərbaycanlılar, həm də ermənilər tərəfindən hərbi təşkilatlar yaradıldı. Şərur-Dərələyəz qəzasının Şərur bölgəsində əhalinin mütləq əksəriyyəti azərbaycanlılar idi, ona görə də burada müştərək Komitənin yaradılmasına ehtiyac olmadı.
Qarabağda vəziyyət
İstinadlar
- Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət Arxivləşdirilib 2022-01-31 at the Wayback Machine V. A. Şnirelman, səh 200
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyətin kəskinləşməsi və erməni separatizminə qarşı mübarizə Arxivləşdirilib 2018-03-14 at the Wayback Machine Xalq Qəzeti 29.05.2013